8. ʙöʟüᴍ

23 2 0
                                    

Grofy artıq yox idi.Yalnız qalmışdım.Ölümündən sonra malikanəsi,zaman maşını və daşlar mənə qalmışdı.Artıq bütün məsuliyyət məndəydi.Bu işin sonuna qədər getməliyim.Ancaq məni şübhəyə salan başqa bir şey var idi.Nə üçün Grofy mənə Josefuminin öldürüldüyü vaxta getməyi qadağan etdi?Silinməz mürəkkəblə yazılmış "Alın Yazısı" dedikdə nəyi nəzərdə tuturdu?Kim bilir bəlkədə öləcəyini bildiyi halda getmişdi...

Bir neçə gün sonra artıq işdən çıxmışdım.Bunu eşidən tələbələrim hər nə qədər pis olsa da məcbur idim.Qarşıma bir məqsəd qoymuşdum.Daşların sirrini öyrənəcək,istifadə edib Aiiub'u öldürəcəkdim.

Zirzəmiyə enərək Grofy'nin masasına nəzər saldım.Kitabların arasından çoxlu kağız parçaları tapırdım.Daşlar haqqında,zamanda səyahət və daha çox məsələlər haqqında fikirlərini yazmışdı.Özümü şanslı hiss edirdim.Onları götürüb yuxarı çıxdım.Əyləşib yerimi rahatladıqdan sonra Grofy'nin qeydlərini oxumağa başladım:

"Zamanda səyahət olduqca qəliz məsələdir.İnanılmaz sürətə çatıb hərəkətə keçdikdə zamanda iləri,geri getmək mümkündür.Hətta məntiqə sığmayacaq dərəcədə zamanı dayandırmaq belə mümkün olur.Uzun müddət beynimi bir sual məşğul etməyə başladı.Keçmişdə var olduğum zamana yəni özümün yanına gedə bilərdimmi?Özümü görüb onu öldürsəydim necə?Bəs onda indi var olacaq şəxs kim olardı?Aiiub nə üçün elə ən başdan geri qayıdaraq hərkəsi aciz halda məğlub edərək birinciliklə hakimiyyətini elan etmirdi?

Elə ya da belə fərqi yoxdur.Bir "şey" bunu əngəlləyir.Mən buna "Alın Yazısı" deyəcəm.Taleh bir şeyləri əngəlləyir və şəxslər özüylə yaxud yaxınlarıyla yenidən görüşdükdə onları cəzalandırır.Bu sadəcə teori olsa da məntiqli gəlir.Yaxınlarda bunu sınamaq fikrim var..."

Yazılanlar ağlabatan fikirləriydi.Yəqinki Grofy haqlıydı.Buna görə də xəbərdarlıq edirdi.Daha sonra bir neçə kağızada nəzər saldım.Daşların içindəki sonsuz enerjinin təhlükəli olduğundan danışırdı.İradəsi güclü olub onu düzgün istifadə edənlər istisna olmaqla insan bədəni üçün olduqca təhlükəliydi...

Kağızları qırağa qoyub bir qədər tavana baxaraq düşünməyə başladım.Nə etməliydim?Hardan və necə başlamalıydım?Düşünməyin mənası yox idi.Hərəkətə keçməliydim.Qaraja düşüb maşına oturdum.İlk dəfəydi ki tək səyahət edəcəkdim.Tək qalan daş da suyun içərisindəydi.Maşını işə salıb sol açarı çəkdim.Qaz pedalına basmağa başladım.Bir neçə saniyə titrədikdən sonra qum fırtınası gözlərimə dolmağa başlamışdı.Olduqca istiydi.Günəş gözlərimi qamaşdırırdı.Əlimi qaşlarıma yapışdırıb harda olduğumu anlamağa çalışırdım.Uzaqda kiçik bir şəhər görünürdü.Biraz uzaqda dayanmış piramidaları gördükdən sonra Misirdə olduğumu anlamışdım...

Maşınla ətrafda gəzinirdim.Bir qədər getdikdən sonra nil çayının yanındakı ağaclıqların arasında dayanmışdım.Çayın yanında kiçik bir yaşayış yeri var idi.Piramidalardan bir qədər aralıda kəndə oxşayan bu yer olduqca qarışıq və insanla dolu idi.Çox gözəl mənzərəsi var idi.Misir xalqı burda balıq tutur,əkinçilik və mal qarayla məşğul olurdu.
Geyimimi dəyişib onlara qarışmalıydım.Yoxsa keçən səfərki hadisəni yenə yaşamaq istəməzdim.Qayanın arxasından boylanıb göz gəzdirəndə bir yaşlı kişinin ticarətlə məşğul olduğunu gördüm.Cürbəcür əşyalar satırdı.Satdıqlarımın arasında ağ rəngli geyimdə var idi.Burdakıların böyük hissəsinin geyimi bu idi.Bəs görəsən necə ödəniş edəcəkdim?Birdən yadıma gənc şumerin mənə verdiyi dəri və boyunbağılar yadıma düşdü.Maşından onları götürdüm.Maşını da bir qədər gizlin yerdə saxlayıb yaşlıya yaxınlaşdım.İlk dəfə məni görəndə təəccübləndi.Əlimdəkiləri ona uzadıb paltarı göstərdim.Nəsə deyirdi.Jestlərlə başa salmaq üçün əlimdən gələni edirdim.Bir qədər verdiklərimi incələdikdən sonra paltarı mənə uzatdı.Tələsik paltarı alıb büründüm.Bu ağ parçanın içində sadəcə gözlərim görünürdü.Misir xalqından artıq seçilmirdim.İnsanların arasında gəzir,onları daha yaxşı incələyirdim.Kitablarda yazıldığı kimi deyildi əslində.İnsanlar göründüyündən daha ağıllı və keyfiyyətli işləyirdi...

Beləcə vaxt ötüb keçirdi.Günəş batmaq üzrəydi.İnsanlar dağılışırdı.Qayıtmağın vaxtıydı.Tam bu anda gözümə bir şey sataşdı.Bir misirli göz qırpımında itərək hərəkət edirdi.Yoxsa daşdanmı istifadə edirdi?!Məni soyuq tər basdı.Maşını gizlətdiyim yerə doğru qaçmağa başladım.Bir anlıq məni ildırım vurdu.Maşın yerində yox idi.Nə edəcəyimi bilmirdim.Gah sağa gah sola qaçıb qayalıqların arxasını bir ümidlə axtarırdım.O misirlidən şübhələnməyə başladım.Geri qayıdaraq onu axtarmağa başladım.Piramidalara doğru gedirdi.Yüyürərək onu təqib etməyə başladım.Hiss edirmişcəsinə sürətini artırmağa başladı.Mən qovalayır,o qaçırdı.Ən yaxın piramidaya çatan kimi içərisinə girdi.Risk edib məndə arxasınca getdim.Qumdaşı divarlı dar kolidorla hərəkət edirdim.Kolidor qollara ayrılır və müxtəlif otaqlara girişlər açılırdı.Labirint kimiydi.Azmışdım.İlk qarşıma çıxan otağa girdim.İçərisi parlaq əşyalar, silahlar və qablarda meyvələrlə doldurulmuşdu.Yerə sərilmiş göstərişli xalçalar da diqqətimdən yayınmamışdı.Divardan asılı xəncəri götürüb meyvələrdən dişləyə dişləyə otaqdan çıxıb kolidoru gəzməyə başladım.Daha dərinlərə enirdim.Önümdə böyük bir otaq var idi.Zəif işıqlandırılmış bu otaqdan çığırtı səsləri gəlirdi.Kürəyimi divara sürtə sürtə otağa yandan baxmağa çalışdım.Qaçan misirli ordaydı.Yanında başqalarıda var idi.Üzlərini tam görə bilmirdim.Xəncəri hazır vəziyyətdə tutub içəri sürətlə giriş etdim.Son zamanlar gördüyüm mənzərələr məni hər dəfə şok etməyi bacarırdı.İçəridə misirli oğlandan başqa xüsusi geyinmiş üç nəfər daha var idi.Aralarından birini görən kimi tanımışdım.Bu qədim misir tarixində keçən ölüm tanrısı Anubis idi.Yanındakılarda fərqli heyvan başlarına sahib olan başqa tanrılar idi.Daş onların əlindəydi.Hər şey getdikcə şəffaflaşırdı.Bu daş həqiqətən qarşılaşmaq istəməyəcəyim şeylərlə məni tanış edirdi.Əlimdə xəncər qollarımı yana açmış vəziyyətdə donub qalmışdım...

Zaman SəyyahıHikayelerin yaşadığı yer. Şimdi keşfedin