Son hadisə bol gülüşlərlə yaddaşımızda qalmışdı.Olanları başqalarına deməmək üçün özümü güclə saxlayırdım.Zamanda səyahət olduqca əyləncəli olsada riskli idi.Sonrakı günlərdə yenidən həmin zamana gedib ordan müxtəlif növ bitkilər gətirmişdik.Grofy evində onları dibçəyə basdırmışdı.Bir növ antika toplayırdı.Grofy altıncı dibçəyi masanın üstünə qoyaraq:
Gr:Hey George.Tarix haqqında olduqca məlumatın var.Səncə hansı zamana getməliyik?Kim bilir bəlkə xəzinə də taparıq
Biraz düşündüm.Olduqca gözəl fikir idi.Ağlıma batmışdı.Ancaq hansı zamana?Əlimi çənəmə qoyaraq:
Ge:Əmin deyiləm.Məncə açarı dəfələrlə çəkərək müxtəlif zamanlara baxa bilərik
Gr:Onda hazırlaş.Gedək
Əşyaları hazırlayıb maşına mindik.Grofy bu dəfə var gücüylə pedala basaraq açarı ortaya qədər çəkdi:
Gr:Bax George.Açarın çəkilmə vaxtı pedala nə qədər bassan məkan dəyişmə qabiliyyəti qazana bilərik.
Qulaqlarım batmışdı sanki.Yüksək sürətlə hərəkət edirdik lakin heç bir şey net görünmürdü.Ətrafdan insan səsləri gəlməyə başlayırdı.Maşını saxladıqda hər şey aydın idi...
İnsanların sıxlaşdığı bir çöllükdə dayanmışdıq.Bu qədim mədəniyyət buxarlı maşına maraqla baxırdılar.Gözlərimi qıyaraq ətrafa nəzər saldım.Əllərində müxtəlif qablar,dərilər olan bu insanların çoxu kişi idi.Arxada yerləşən piramidaya bənzər tikili də gözümdən yayınmamışdı.
Gr:George.. Biz hardayıq?Bunlar kimdir?
Ge:Böyük ehtimalla qədim şumerlilərə qonaq gəlmişik.
Gr:Görəsən hücum edəcəklər?
Ge:Əmin deyiləm.Məncə düşüb onlarla görüşməliyik.
Ehmalca maşından endik.Biz ikimiz şumer toplusuyla üz üzə dayanmışdıq.Bizi öldürəcəklərindən qorxurduq.Dost olduğumuzu onlara bildirmək üçün onlara yaxınlaşıb əlimi uzatdım.Çiynində kisəsi olan keçəl bir gənc yaxınlaşıb əlimi tutub sıxdı.Alnı ağ parçayla sarıqlı bu gənc şumer gülümsəyərək danışmağa başladı.Ancaq onu anlamadığım üçün sadəcə gülümsəyərək jestlərlə özümü ifadə etməyə çalışırdım.Yanındakı iki üç nəfərdə mənə yaxınlaşıb əllərimi sıxmağa başladı.İsinməyə başlamışdılar.Bəziləri isə arxada bir biriylə pıçıldaşırdılar.Grofy'ni də çoxdan ələ keçirmişdilər.Birdən içlərindən balaca bir uşaq qaçaraq üstümə gəldi.Köynəyimi dartmağa başladı.Gülərək digər dostlarınıda öz dilində çağırdı.Daha üç oğlan və iki qız gələrək paltarlarımı incələməyə başladılar.Gülümsənərək başlarına sığal çəkdim...
Beləcə şumerlilərlə tanış olmuş olduq.Yerli xalq bizi xoş qarşıladılar.Bir birimizi başa düşmürdük ancaq əyləncəli idi.Bu gözəl görünüşlü insanlar əsasən ticarətlə məşğul olurdular.Qaynayıb qarışırdılar.Dəri,saxsı qablar,meyvə tərəvəz satırdılar.Bizi meyvəyə qonaq etdilər.Üzümün dadı əvvəl yediklərimdən daha fərqli və ləzzətli idi.Başımız necə qarışmışdısa,zaman maşınını unutmuşduq.Birdə baxdım ki zaman maşınının başına tonla adam yığışıb.Grofy'lə özümüzü çatdırıb şumerləri ordan dağıtdıq.Maşın salamat vəziyyətdəydi.Birazda qalmaq təhlükəli ola bilərdi.Maşına əyləşdik.Bu anda bayaqkı keçəl şumer torbasından iki boyunbağı və dəri çıxarıb bizə hədiyyə verdi.Əlləriylə bir iki jest göstərdi.Gedəcəyimizi başa düşmüşdü.Maşının arxasındakı fənəri götürüb ona uzatdım.Düyməsini basaraq işlətməyi öyrətdim.Gənc şumer bu sehirli işıq saçan cihazı aldığı üçün çox sevinmişdi.Grofy'lə əllərimizi yelləməyə başladıq.Onlarda gülümsəyərək əllərini yellədi.Maşını işə salıb hərəkətə keçdik.Daşla döşənmiş yolda şumerlilərin yanından ötüb keçirdik.Tam o anda yanlarından ötüb keçdiklərimizdən biri:"Sağ salamat!"-deyə səsləndi.Kim idi bunu deyən?!Onlarki bizim dilimizi bilmirdi.Arxaya dönüb baxanda inana bilmədim.Bu Aiiub idi:
Ge:Grofy lənətə gəlsin!Maşını saxla!
Gr:George sakit ol.Açarı çəkirəm hazır ol!
Əsəb başıma vurmuşdu.Qardaşımın intiqamını almalı idim.Maşından yerə tullandım.Grofy artıq açarı çəkdiyi üçün göz qırpımında maşınla ortalıqdan yoxa çıxmışdı...
Həqiqətən o idi.Qara geyimli bu iyrənc məxluq tam qarşımda idi.Sərt addımlarla yaxınlaşıb yaxasından yapışdım:
Ge:Səni burdaca öldürəcəm!
Ai:Deməli sağ imişsən.Nə üçün səndə dostunla getmədin?
Çənəsinin altından bir yumruğu yapışdırdım.Nə əcəbsə qaçmırdı.Sifətini yumruq yağışına tutdum.Yerə yıxıldı.Ağzı burnu qan içində bərkdən gülürdü.Hirsim soyumurdu.Yerdəcə təpikləyirdim.Şumerlilər bizi halqaya alaraq izləyirdi.Üstünə oturub yumruqlamağa davam edirdim.Üstüm başım qan içində idi...
Birdən göz qırpımında Aiiub yoxa çıxmışdı.Heçnə anlamamışdım.Ətrafdakılar qışqıraraq bir şey deyirdi.Ayağa qalxdım.
Ai:Burdayam.Arxana bax.
Aiiub heçnə olmamış kimi arxamda dayanmışdı.Sanki heç bütün bunlar baş verməmişdi.Üstüm başımda təmiz vəziyyətdəydi.Qan ləkələri təmizlənmişdi.Nə baş verirdi?!
Ge:Yenə nə etdin sən?!Qorxaq!
Ai:Çox acizsən.Mənə heçnə edə bilməzsən!Mənə qarşı nə edirsənsə et fərqi yoxdur.İstədiyim kimi zamanı geri çəkə bilərəm.
Yerdən böyük bir daş parçası götürüb tulladım.Anidən sağ gözümə zərbə gəldi.Çox pis ağrıdırdı.Qanayırdı və görmürdüm.Atdığım daş geri qayıtmışdı.
Ai:Axmaq!Hələ də anlamadın?Zamana istədiyim kimi hökm edə bilirəm.Həyata keçirdiyin hər bir hərəkəti belə dəyişə bilərəm.Mən getməliyəm.Səninlə oynamaq əyləncəliydi.Burda sənə bol şans...
Aiiub gözdən itdi.Yaralı gözümü tutaraq yerə çökmüşdüm.Ümidsiz haldaydım.Qədim Şumerdə həbs olmuşdum.Ayağa qalxaraq bir əlim gözümdə ətrafda gəzinməyə başladım.Nə edəcəyimi bilmirdim.Çox keçməmiş at arabasında bir neçə zirehli şumerli gəldi.Məni görən kimi düşüb başıma yığışdılar.Üstümə bağıraraq nizələrinin arxasıyla kürəyimə vururdular...
ŞİMDİ OKUDUĞUN
Zaman Səyyahı
FantasyZaman maşınıyla müxtəlif dövrlərə səyahət edən gəncin macəraları