İlkinə və mənə bir çanta verdilər. İçində nə olduğunu bilmirdik ama Corc bizə lazım olacağını deyirdi. İkimizdə də saat varıydı. Adanın ürəyini tapmaq üçün isə təkcə 48saatımız varıydı. Corc bizə söz vermişdi ki, əgər adanın ürəyini hər şey gec olmadan tapıb gətirib yerinə qoysaq bizim evə qayıtmamız üçün hər şeyi edəcək. Artıq biz hazır olmuşduq. Gerinsayım başladı...
İlkin və mən artıq Corcun bizə göstərdiyi yerə daxil olmuşduq. İkimizdə də başımıza bağlı halda fənər varıydı.
A- İlkin, səncə tapa biləcəyik?
İ- Məcburuq yoxsa hamı öləcək. Həm tapsaq bu adadan qurtulmuş olarıq...
Yolumuza davam edirdik. Sonra yolun bitdiyi yerə gəldik. Bu yerdə divarda olan xırda daşlar parlayırdı.
A- İlkin yolun sonudu nə edəcəyik?
İ- Yolun sonunu boş ver. Bu divardakılar..divardakılar... Almaaaazdıı, almaz... Bacardığın qədər qopart çantana yığ.
İkimizdə çox sevincli halda, görməmiş kimi almazları divardan qopardıb çantaya yığırdıq. Bir anda çatırtı səsi gəldi və yerimizdən tərpəndən heykəl kimi durduq. İkimizdə eyni anda olduğumuz yerin üzərinə baxdıq. Çox nazik təbəqədən olan bir yerin üzərində qalmışdıq.
İ- Aytən, çox yavaş-yavaş geri qayıtmağa çalışaq. Götürdüyümüz almazlar ağırlıq elədi deyə çat verir. Qırılmadan qırağa çıxaq...
Elə təzəcə addımımı atırdım kiii.... Divardan bir almaz parçası yerə düşərək təbəqəni tamam qırdı və biz çox böyük sürətlə əslində getmək isdədiyimiz yerə yəni, adanın dərinliyinə doğru düşürdük...
P.S Son bölümlərdə nədənsə medya fotoqrafı yüklənmir... Problem düzələndə foto qoyulacaq :)
YOU ARE READING
Sirli Ada
AdventureTəyyarə səyahəti zamanı təyyarə Atlantik okean üzərində qəzaya uğrayır. Çox az insan yaxınlıqda olan adaya gedib çıxa bilir. Biri də Aytən... Sevgi, macəra, aksiyon, komedi dolu bir hekayə...