Yaxşı biri olmadığımı deyirsən,
Razıyam. Bunu mən də bilirəm.
Təkrar edib dönə-dönə deyirsən,
Məqsəd nədir? Görürsən ki, ölürəm.
Öldürürsən ruhumu,
Gözlərimin nurunu
Ürəyim döyünsə də,
Olub illər yorğunu.
Çarəsizlik içində
Axtarıram yolunu
Sevinmək üçün gərək
Tapım,görüm doğrunu.
Sevdiyini deyib sonra üzmək olarmı?
Sevən insanda bu qəddarlıq olarmı?
Ürəyinin yandığını görürəm amma
Mənə də canının yandığı an varmı ?
🍁🍃🍁🍃🍁🍃🍁🍃🍁🍃🍁🍃🍁🍃
Müəllif mənə əziz biridir.
ŞİMDİ OKUDUĞUN
YAŞAMDAN ANLAR......
General FictionHisslərimi ifadə etməyin yollarından biri. Dəyərli oxuyucular,ümid edirəm ki yazdıqlarım sizlərin rəğbətini qazanar :)
