Ürəyimin baharı.

20 5 0
                                    

Həyatımın  günəşiydin ürəyimi isidən
Yox oldun getdin səbəbini söyləmədən.
Gözlərimin buludlarında gizləndin.
Ümidlə gözlədim,boğulsam da həsrətdən.

Leysanlarda boğulmadan
              Göy üzümə dönərsənmi?
Günəşim olarsanmı yenidən?

Sən dönərsən dağılar qəm buludları.
Ruhumda al- əlvan güllər açar.
Yaşamaq sevincim yenidən doğar.

Axı sən
      Həyatımın günəşiydin ürəyimi isidən.

YAŞAMDAN ANLAR......Hikayelerin yaşadığı yer. Şimdi keşfedin