İnsanlar.

257 94 20
                                    

İnsandır möcüzələr yaradan,
Möcüzələri dağıdan da insandır.
Dağları dələn də insandır,
Sevən qəlbi dələn də.
Səhralara düşən də insandır,
Sevən qəlbi səhraya çevirən də.
Eşqi üçün yanan da insandır,
Aşiqini atəşlərə atan da.
Sevgisi uğrunda zəhər içən də,
Eşq şərbətini zəhər edən də insandır.
Sevdiyi yolunda əzablar çəkən,
Sevəni əzaba salan da insandır.

İnsanlar!Bölünməyək,bölməyək,
Ömrümüzün mənasını dərk edək,
Məhəbbətin qiymətini anlayaq.
Saf məhəbbət ruhumuzu oxşasın,
Əsl sevgi ömrümüzü bəzəsin.
Məhv etməyək qəlbimizi,
Söndürməyək eşqimizi.
İnsanlığa dəyər verək,
Xoşbəxtliyin qədrini bilək.

YAŞAMDAN ANLAR......Hikayelerin yaşadığı yer. Şimdi keşfedin