Davam......

280 96 37
                                    

Yaşamağın mənasın,axtarırıq hər zaman
Fani yaradılmışdan,diləyirik dad-aman.
Mənasız həyat qurub,boşa ömür yaşayan,
Özümüzük.Məhv edən,sonra günahlandıran.

                                     *     *     *

Necədirsə qəlbimiz,elədir qismətimiz.
Necədirsə gördüyümüz,o rəngdir gözlüyümüz.
Layiqimizdir demək,aldığımız dünyadan
"Nə əkərsən,onu biçərsən" - söz qalıb atalardan.

                                     *     *     *

Əgər gözəl baxarsaq,ömrümüz də saflaşar
Gözəl ömür yaşarsaq,ruhumuz işıq saçar.
Sevgiylə,məhəbbətlə qucaqlarsaq nifrəti
Əriyər,yox olar o da gördüyü vaxt şəfqəti.

                                  *     *     *

Doğru yollar seçək ki,peşimanlıq duymayaq
Qəlbi cilalayaq ki.çirkabda boğulmayaq.
Əməllər içtən,təmiz gəlsin ki,yorulmayaq
Əbədi gözəlliklər istəyiylə yaşayaq.

YAŞAMDAN ANLAR......Hikayelerin yaşadığı yer. Şimdi keşfedin