𝟘𝟙 | Azərbaycanca

778 8 6
                                    

Pov: Viki günahsızları xilas etmək üçün Malbonte ilə evlənməyə razılaşır

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Pov: Viki günahsızları xilas etmək üçün Malbonte ilə evlənməyə razılaşır.

Təsadüfən bir cəsədin üstünə basanda diksindim. Ətrafa baxaraq dərindən nəfəs aldım; çölün hər tərəfinə cəsədlər uzanmış və ətrafımdakı mənzərələrin ən ölümcülü olan səma al qırmızı rəngə boyanmışdı.

"Bütün bu günahsız insanlar..." gözlərim yaşararaq pıçıldadım.

Mənzərə çox dəhşətli idi; qırmızı qana batmış qanadlar, hər növ canlıların qalıqları...

"Sənə nifrət edirəm, Malbonte!" bütün gücümlə bağırdım.

Gözlərim tükürpədən mənzərənin arasında onu axtardı və yüksək bir təpənin üstündə tapdı. Bütün cəsarətimi toplayıb düz onun yanına uçdum.

"Səfeh!" səsim qəzəbdən titrəyirdi.

O, səssizcə məni müşahidə etdi.

"Neçəsini öldürəcəksən? Yetər deyilmi?! " ona baxdım.

"Yox, Viki... Lazım idi. Bu, müharibədir," dedi.

"Sənin yolunda duranları anlayıram, amma bütün günahsız canlar necə?! Sanki qan tökməkdən zövq alırsan! " qəzəblə tüpürdüm.

"Lazım olduğunu söylədim," qaşlarını çatıb dedi .

"Və daha neçə canı almağı düşünürsən? Səlahiyyətli şəxslərdən heç kim qalmayıb! " deyə çığırdım.

"Anam ölüb, Dino həlak oldu, He-Herald ..." sözlərimi hıçqırıq səsləri kəsdi, "Mimi və Lucifer ağır yaralıdır... Sənə qarşı dura biləcək başqa heç kəs yoxdur. Bəs niyə bu qırğına davam edirsən? " cavab tələb etdim.

Bayaqkı döyüşün fraqmentləri gözümün önündən keçdi. Yazıq anam, yazıq Dino, yazıq Andy ... Oh, Herald və həlak olan bütün dostlarım... sizdən ötrü necə də darıxacağam...

Malbonte bir neçə dəqiqə dərin düşüncəyə daldı. Nəhayət, başını qaldırdı və üzünə şeytani bir təbəssüm göründü.

"Deməli, dayanmağımı istəyirsən?" deyə yavaşca soruşdu.

"Hə!" mən qışqırdım.

"Və bunun qarşılığında?" qaşlarını qaldırdı.

"Nə istəsən... Hər şey, sadəcə, bunu dayandır," deyə tünd rəngli gözlərinə baxdım.

"Hər şey dedin?" bir saniyəlik dayandı, "O zaman mənim ol".

Nə? Kim olduğunu düşünür?!

"Deyəsən, səni səhv eşitdim?" ona qəzəblə baxdım.

"O halda təkrar edirəm, mənim ol," Malbonte gülümsündü.

"Heç bir vəchlə!" qışqırdım.

"Bunu bitirməyimi istəyirsən, düzdür? Təklifimi dəyişdirməyəcəm. Mənimlə evlən və heç bir cana toxunmayacağam, səni inandırıram. Kraliçam ol, bu dünyaların taleyini birlikdə həll edək," dedi.

Bir anlıq düşündüm. Seçim şansım varmı? Rədd etsəm, hər şey daha da pisləşəcək. Bəs əbədiyyətə qədər həyatımı zəhərləməyə dəyərmi? Bu günə qədər bütün ölümlər: Sammy, Adi, Laura, Andy, Dino, Herald, Mamon, Azazel, Winchesto, Anam, yüzlərlə mələk və şeytan... Siyahının sonu yox idi və nöqtə qoymasam belə davam edəcəkdi. Bu gün. İndi.

Bəs şəxsi həyatım necə olsun? Etiraf etməyə nifrət edirəm, amma o vaxt Malbonteni damda öpəndə ona qarşı hisslərim var idi. Ancaq hadisələrin bu yönə dəyişməsindən sonra sevgim tez bir zamanda nifrətlə əvəz olundu.

Seçimim yox idi. Milyonları xilas etmək üçün düşmənimlə evlənməli idim.

"Yəni, onların təhlükəsizliyinə zəmanət verirsən? Mənimkinə də? " soyuq tonda soruşdum.

"Bəli. And içirəm," dedi.

"Yaxşı, təklifini qəbul edirəm." Üz ifadəm daxildə keçirdiyim hissləri gizlədərək qısaca başımı tərpətdim.

"Yaxşı," əlini uzatdı.

"Hara?" Ona qəribə baxışlarla nəzər yetirdim.

'Bunu birdəfəlik bitirməyə, Şepfanın qapılarına" dedi.

İncə barmaqlarım onun kobud barmaqlarına keçəndə kəskin şəkildə nəfəs aldım.

Qapılara yaxınlaşarkən, "Əzizim, bundan zövq alacağına səni əmin edirəm," dedi.

...

Qızıl çərçivəli güzgüdə əksimə baxdım və fatamı düzəltdim. Bir neçə saatdan sonra evlənəcəkdim. Malbontenin Şepfanı məğlub etməsindən bir neçə gün keçmişdi. Razılaşmanı yerinə yetirmək və onun həyat yoldaşı olmaq vaxtı gəlib çatmışdı.

"Həyatım bundan sonra necə olacaq?" düşmənimlə yaşayanda? Hisslərim, görən, dəyişəcəkmi? Çiyinlərimi çəkdim.

Hələlik sadəcə nifrət var idi, qəzəbim yavaş-yavaş sönmüş, ikrah hissi ilə əvəzlənmişdi.

"Sizi gözləyirlər, xanım," qapıda bir mələk göründü.

Başımı tərpədib son dəfə güzgüyə baxdım və yavaşca otaqdan çıxdım.

Yanında şeytanlar olan Malbonteyə tərəf gedərkən mələklər məni müşayiət edirdilər. Mimi və Lucifer hələ tam sağalmamışdılar, bu səbəbdən tədbiri yalnız izləyə bilirdilər. Gəlin və bəy arasındakı bu tarazlıq Malbontenin hər iki tərəf arasındakı harmoniyanı təmsil etmək fikrinə əsaslanmışdı.

"Çox gözəl görünürsən," şəhvət dolu bir baxış Malbontenin pıçıltısına qarışdı.

Özümü onu yumruqlamaqdan çətinliklə saxlayaraq gülümsəməyə məcbur etdim. Bu kostyumda ləyaqətli göründüyünü etiraf etməli idim.

"Sən də həmçinin," deyə soyuqqanlılıqla geri pıçıldadım.

Dodaqlarımız bir-birinə toxunanda saysız-hesabsız mələk və şeytanların alqış səsləri eşidildi; bu, ictimai toy idi. Toy bitdikdən sonra Malbonte əlimi dartaraq içəri apardı.

"Gəl, əzizim, çox işimiz var," gözlərində parıltıyla dedi.

Malbonte x Vicky (Romance Club)Where stories live. Discover now