Ha bu arada Mavi qızılgülləri baxçaya əkmişəm.- dostunun bir anlıq necə reaksiya verəcəyini öyrənmək istədiyindən vəkilin dediyi kimi təkrarladı.
- Nə?Sən hardan bilirsən onu?
-Maviqızılgülün sahibindən.****
Vəkilin göndərdiyi mesaj Orxana Nil vasitəsiylə çatdıqda işlərin xaosa çevrilməsiylə bağlı düşüncələri Orxandan əl çəkmirdi. Bir təhər vəziyyətdən çıxmalı, işləri təkbaşına idarə etməli idi. Lakin Nilin bu işdən əl çəkməyəcəyinə və necə inadçı biri olduğuna bələd idi.
- Nil ,xəstə halımda məni dəli eləmə-"Maviqızıl gül "kodunu kimin ona deməsini öyrənməyə çalışırdı .
-Niyə dəli edirəm ki? Burda dəli olunacaq bir vəziyyət yoxdu . Nə işlər çevirdiyini deməsən ,polisə əlimdə olan məlumatları verəcəm.
- Puah, sən məni şantaj edəcək məlumatları hardan tapa bilərsən ki?- özündə razı halda , ağrılardan dolayı sızıldayıb gülərək Nilə" onsuz heçnədən xəbərin yoxdu "baxışı atdı.
- Hə demək ki," yaxşı "işlər görürsən .Özündən bu qədər əmin şəkildə danışma ,Orxan . Bax bununla şantaj edə bilərəm,elə deyil ? - əlindəki fləşkartı göstərdi.-Ya da, dur, əziyyət çəkib nəfəs yormağına ehtiyac qalmadı.Sənin yerinə deyəcək adam tanıyıram . Bu günlük səninlə danışmaq üçün az vaxt ayrılıb . Üstəlik, tək-tək içəri buraxdıqlarına görə də həmin adamı bura çağıra bilmirəm. Sabahı gözləmək məcburiyyətindəyəm .Orxanın təkidlərinə baxmayaraq Nil bir söz demədən sağollaşaraq İncinin içəri girməsini işarə etdi .
Anasına çölə çıxıb hava alacağını deyərək xəstəxananın həyətinə doğru Orxanla bağlı düşüncələrinin yaratdığı dəniz dalğası ilə birlikdə irəlilədi. Bu elə bir dalğadır ki, təsəvvürlərin ya qum fırtınalı səhraya ,ya da sakit bir okeana çevrilməsinə səbəb olacaqdı.İkili təzad düşüncələrin müsbət və ya mənfi yönümlü qərarını isə yalnız vəkilin dedikləri verəcəkdi.
Səhəri xəstəxanada açan Nil ,ilk iş tibb bacısından Orxanın vəziyyəti ilə bağlı məlumat almağı və daha sonra vəkilin nömrəsinə zəng etməli olduğunu düşündü. Orxanın vəziyyətinin dünənə nisbətdə qismən normallaşdığını deyən tibb bacısı artıq zirayətçi qəbul edəcək halda olduğunu dedi . İkinci planını həyata keçirdiyində , Orxanın başına nə gəlməsi kimi maraq dolu fikirlərinin cavabını tapacaqdı.- Alo ,salam .
- Alo, buyurun .
-Mən dünən fləşkartı verdiyiniz qızam.Orxanın vəziyyəti normaldır. İstəsəniz bu gün gələ bilərsiniz.
- Nə yaxşı. Gələcəm mütləq .
- Bu arada, mənə olub bitənlərlə bağlı məlumat verəcəyinizi də demişdiniz.Ümid edirəm ki, unutmamısınız .
- Gələndə danışarıq ,xanım qız .-soyuqqanlı gülümsünərək cavab verdiTelefonu söndürüb sözünə davam etdi .
- Bu özünü bəyənmişə bax a. Nəysə,əsas bu olanların səbəbini öyrənim sonra vəkil haqqında ətraflı araşdıraram. Görək, bu özünü bəyənmiş kimdi. Ya da o gəlməmişdən əvvəl bu videoya baxmaqçün kompüter axtarım .Uşaqlıqdan bəri özü-özünə danışaraq bir çox məsələləri həll etmiş bir qıza ətrafdakılar "dəli "gözüylə baxırdılar.Çox qəribədir ki,bir çox insana görə "normal biri "anlayışı robot həyat tərzinə əsaslanır. Bir çox insanın beynində formalaşan bu qəlibi qırmaq fikirləri özünü dərk etdiyi andan bəri təqib edirdi. İnsanlara öz həyatlarının başqalarının fikirlərinə əsaslanaraq deyil öz düşüncələrinə görə yaşamağı öyrətmək istəyi sayəsində psixoloq olmağı qərara aldı. O vaxtdan bəri ixtisası üzrə çox çalışır ,bundan əlavə,öyrəndiklərini sevdiklərinə öyrətməyə səy göstərirdi .
Nil xəstəxananın yaxınlığında yerləşən telefon mağazalarından birinə girərək kompüterdən istifadə etmək üçün icazə istədi. Fləşkartı taxıb videoya baxacağı bir vaxtda mağazanın aynabəndindən içəri təsadüfən baxan vəkil Nilin kompüterdə nəyəsə baxmağına şübhələnərək içəri girdi.
- Salam . Siz burda nə edirsiniz ,xanım qız ? -təəccüblü və bir o qədər də narahat halda kompüterə yaxınlaşaraq fləşkartın taxılı olduğu gördüyü anda çıxartdı.Əynində qara palto ,kepka və əlində maskası olan vəkili ilk başda tanımadı . Az bir vaxt keçmədiki üz cizgilərini xatırlamışdı.
- Vəkil, sizin burda nə işiniz var? Bu nə təlaşdır axı ?
- Mən sizə demədim ,bu fləşkarta baxın . Orxana verməyinizi tələb etmişdim.
-Mən elə bir şey xatırlamıram. Desəydiniz etməzdim.Vəkil bir anlıq dediklərindən sonra duruxmuşdu. Axı o həqiqətən də fləşkartı Orxana vermək lazım olduğunu deməyi unutmuşdu. Beynin müdafiə mexanizmasını işə salmaq istəsə də, bunun vacib olmadığının qərarını verdi . Tez bir zamanda Orxanın yanına getməyi düşündü.
- Xanım qız biz getməliyik. Vaxt azdı.
- Adım Nildir ."Xanım, qız" deməsəniz də olar. Özü də vəkil adamsınız, məncə məndən daha yaxşı xitabla bağlı qaydaları bilirsiniz .
- Hal hazırda bazar günüdür və mən işdə olmadığıma görə vəkil deyiləm.Nil səbrini basıb daha artıq nəsə demədən məsələnin xoşluqla həll olunacağını ümid edərək dərin nəfəs aldı. Heç bir kəlmə kəsmədən Orxanın olduğu otağa doğru birlikdə irəlilədilər. Sürəyya xanım və İncinin sual dolu baxışlarına tuş gələn Nil bir söz demədən Orxanın otağına vəkillə birgə daxil oldu . İncinin də içəri girmək istəyini görən Nil ,Orxana baxaraq onun da bilməsi gərəkən bir şey olub olmadığının cavabını göz işarətiylə alaraq ,İnciyə daha sonra vəziyyəti izah edəcəyi ilə bağlı söz verdi .
Orxan qara maska və kepka taxmış adamı görəndə kim olduğunu xatırlamaq istədi. Vəkil maskasını və kepkasını çıxaranda ,Orxanın üz cizgiləri bir az şok. bir az da əsəbi hal aldı .
- Nədi, deyəsən məni görməyinə sevinməmiş kimisən.
- Sənin burda nə işin var ? Nil ,siz tanışsızsınız ?
Nil təəccüblü halda cavab verdi .
- Başa düşmədim , siz dost deyilsiniz ?
- Dost ? Bir vaxtlar məni arxamdan bıçaqlayan adamla dost nədi düşmən də olmaram . - Orxan çarpayının kənarını sıxaraq əsəbi halda Vəkilə baxırdı.
-Sən hələ də ordasan ? Mən neçə dəfə izah elədim sənə , o mən deyildim deyə.Hər kəs "yox ,o deyil "deyəndə sən mənə qarşı çıxdın. İndi de görüm kim kimi yarı yolda qoydu?- soyuqqanlı halda gülümsünərək cavab verdi vəkil.
-Eee bəsdirin görüm . Siz bir-birinizi hardan, necə tanıyırsız ? Hələ bu qədər bir birinizə düşmənkən , siz niyə Orxana kömək etmək istəyirsiniz?
- Bilirdim elə sənin işindi Maviqızılgüllər . O yerə getməsəydim indi başıma bunlar gəlməzdi.- Orxan məyus halda cavab verdi.
-Hə, indi başdan kim danışsın ?Mən deyim yoxsa sən? Ya da elə mən danışım. Görürəm halın yoxdu danışmağa .