3 nəfərdən biri kompüterdən bir anlıq gözünü çəkib arxaya doğru gəriləndə gözünə Orxan sataşdı və kim olduğunu soruşdu.
-Məni bura Vəkil göndərib . Adım Orxandı .
-Vəkil? O kimdi?****
- Necə yəni, o kimdi ?
-Mən də səndən soruşuram da . Bura necə gəlib çıxmısınız ?
- Maviqızılgüllər qrupunun sahibinin verdiyi adress sayəsində gəlmişəm.Orxan vəziyyəti daha aydın izah etməkçün Vəkildən aldığı kartı göstərdi.
- Vəkil mənəm- bu anda səssiz şəkildə yaxınlaşıb kartı onun əlindən alan Vəkil hər şeyi qaydasına qoymaq üçün baş vermiş çaşqınlığa aydınlıq gətirmək istədi. Ondan əvvəl içəridə olan üç nəfərdən biri - uzun boylu , cüssəli , 25 yaşlı Murad gülmək istəyini öldürüb ciddi baxışla fikirlərini deməyə cəhd edirdi.
-Siz kimsiz ? İkinizin burda nə işi var ?
- Necə yəni, mən kiməm ? Qarşında dayanan alicənab və bir o qədər də cəlbedici insanı tanımamaq kimi bir şansın yoxdu.
- Adsız , heç tərgidə bilmədin də bu xasiyyətini. - Murad gülüşünü saxlaya bilməyib sözünə davam etdi.
-Adsız? - Orxan çaşqınlıqla Vəkil və Muradın üzünə baxırdı.
- Vaxtilə , burda olan hər bir şəxsə öz adını fərqli cür deyirdi. O vaxt bir məna verə bilmirdim etdiyinə . Sonradan anladım ki, bir növ onunçün adını fərqli demək əyləncəli gəlir . Ən yaxın dostu mən olmağıma baxmayaq , bir zamanlar mən də adının Qara olduğunu bilirdim.
Hər şey bir qırağa, Adsız , yenə hansı möhtəşəm planının qurbanını gətirmisən ?
- Murad , bir dayan. Orxan hər şeyi səhv başa düşəcək indi .Üzünü Orxana tərəf çevirərək sözünə davam etdi .
-Orxan, Muradın ad baxımından dediklərində həqiqət payı var . Çünki, əzəldən adımın Adsız olmasını sevməmişəm deyə fərqli adlarda çağırılmamı istəmişəm. Səndən də tək istəyim , məni Vəkil olaraq çağır həmişə . İlk öncə sənə burada olan proses və insanlarla tanış edim.
İlk olaraq , bizimlə həmsöhbət olan Murad kibertəhlükəsizlik üzrə mütəxəssisdir və burada bizim təhlükəsizliyimizi təmin edir . İkinci olaraq , səndən kim olduğunu soruşan əsmər , orta boylu olan Yunis həm energetika mühəndisi , həm də hackerdi. Yunisi burada "Enerjinin atası " deyə çağırırıq . Çox vacib cihazların təmirinə və ya ləğvinə xidmət edir .Və son olaraq , bizim "ölülərə fısıldayan " təxəllüslü Möhsünümüz həm Pataloq Anatom , həm də hackerdi. Möhsünlə təcrübədə olduğum məhkəmədə tanış olmuşam . Hər iki işin peşəkarıdır.- Yaxşı sizin burada biryerdə olmağınıza səbəb nədir ?
- Hamımızın bir məqsəd üçün bura toplaşmışıq. Ölkədə olan illegal işlərin kökünü tapmaq və məhv etmək. Hər birimiz illegal işlər görən şəxslərdən böyük zərbələr almış insanlarıq. Eynilə, sənin atanın ucbatından ananın başına gələnlər kimi. Üstəlik, bizim bu işdən böyük məbləğdə qazanclarımız olur . Belə ki, biz bir neçə nəfər məşhur qumarbaz şirkət adamlarını yüngülvari dolayıb , daha sonra hesablarını hack'ləyirik. Problem çıxmasın deyə qumar oynadıqları məkana daxil olub , mikrokameralar yerləşdiririk. Və həmin görüntüləri əlimizdə sübut olaraq saxlayıb, polisə göndərəcəyimizlə bağlı şantaj deməyək,sadəcə kiçik bir xəbərdarlıq edirik.
- Burada yığışmağınızın başqa bir səbəb ola biləcəkmiş kimi hiss edirəm.Orxan məsələyə şübhəci kimi yanaşdığı vaxt , Adsız heç nə demədən gözlərini olduğu yerə cəmləyərək fikrinə davam etdi.
-Əsas məsələ, sənin anan barədə danışdıqlarından sonra qərara gəldim ki, burada işləyərək,həm öz ananı qətlə yetirəni taparsan ,həm də illegal işləri törədənin başı kimdi onu .
Beləliklə , Orxan bir neçə ay müddətində hackerliklə bağlı kiçik də olsa müəyyən detallara qədər öyrənməyə başladı. Daha sonra anasının ölümündə şübhəli bildiyi şəxslər barəsində bağlı əsaslı dəlillər tapmasıyla bərabər , beynində hələ də "Adsızın əsas məqsədi nədir"sualını cavabsız qoymuşdu. Hər şeyi bir kənara atıb, əsas məsələyə qayıtmaqçün var-gücü ilə işlədi və arzusuna çatdı. Hər anında dəstək olan Adsız, ondan daha çox səbrsizlənmişdi qatilləri polisə təslim etməkdə.
Yunisin son araşdırmalarına görə digər binanın həyətindəki kameralarda Orxanın yaşadığı yerin blokuna yaxınlaşan iki nəfəri gördüyünü lakin birinin masqasına görə tam kim olduğunu aydınlaşdıra bilmədiyini Adsız bildirdi . Adsız həmin anda Yunislə birgə kameralara baxdıqda bir anlıq təəccüb içərisində nə edəcəyini bilmədən donub qalmışdı.-Adsız yaxşısan ? Səni ilk dəfədir belə görürəm .
- Bu kamera görüntülərini Orxana hələki göstərmə. Kamerada görünən şəxsin kimliyini və ən son harada olduğunu tap. Ən əsası burda olan, burda da qalacaq .
- Adsız sənin kamerada üzü görünən adamla əlaqən var ?- Orxan nəyi bilməsin?- Bir neçə dəqiqə əvvəldən içəridə olan lakin nə Adsız , nə də Yunis tərəfindən fikir verilməyən Orxan , baş verənlərə şahid oldu.