"Söhbətlərinin qızğın vaxtlarında içəri gözlənilməyən şəxslər daxil oldu."
- Vəfasız Orxan, necədir vəziyyətin?
-Yunis, sizin nə işiniz var burda?
-Biz sənin kimi vəfasızlıq edənə oxşayırıq?- deyə Murad üzünü turşudaraq cavab verdi.Nil bir anlıq düşdüyü vəziyyətdə özünü ilk dəfəydi Orxanın yanında yad biri kimi hiss edirdi. Uşaqlıq dostunun ondan heç bir şey gizlətmədiyini hər zaman düşünərdi. Amma düşündüyü ilə yaşadığı vəziyyət arasındakı təzad onu az da olsa, sarsıtmışdı. Lakin belə qətiyyətli şəkildə düşünmək də həqiqətin qapısından yan keçməyinə səbəb ola bilər. Təklikdə onun dilindən də həqiqəti eşitmək istəyirdi.
Onu düşündürən başqa bir şey daha vardı. Niyə gizli olan əməliyyatla bağlı Adsız ona hər şeyi danışdı? Nil düşüncələrin ahənginə qapılıb səssizləşərkən, İnci sükutu pozdu.-Nil, bacımın halı daha da pisləşir.
- Yenə nə oldu?
- Həkimin verdiyi dərmanları rədd edir. Nə yemək yeyir, nə də bir kəlmə danışır. Mənə kömək elə.-İnci, bağışla məni. Kaş əlimdən gələni mən də edə bilərdim bacına.- məyus halda dilləndi Orxan.
- Düşünməyin belə bəsdi. Nil, gəl, sən də bacımla bir danış. Bəlkə, səni başa düşər.Adsız vəziyyəti anlamaq üçün Orxandan nə baş verdiyini öyrəndi. Təcili işinin olduğunu deyib otaqdan çıxan Adsız, əslində, qızların arxasınca gedib vəziyyətə yaxından bələd olmağı düşündü.
Nil, sanki, arxasıyca kiminsə gəldiyini hiss edirdi lakin yanılacağını düşünüb, geriyə baxmamağı qərara aldı.İnci bacısının olduğu otağın qapısını açarkən bir daha gördükləri qarşısında dəhşətə gəldi. Ləman pəncərə kənarında əyləşib aşağıya doğru boylanmışdı.
-Ləman, eləmə, qurbanın olum. -qışqıraraq bacısını dayandırmağa çalışırdı.
- Uşaqlarım sənə əmanət. Mən dayana bilmirəm. Yaşamaq mənə ağır gəlir.Nil də gördüklərindən dəhşətə gələrək nə deyəcəyini, necə vəziyyətdən çıxacağını bilmirdi. Lakin o, bu tipli hallarda sakit olmağın doğru addıma işarə olacağını yaxşı bilirdi. Hisslərini cilovlamalı, vəziyyətdən çıxış yolu tapmalı idi. Artıq danışmağa başlayırdı ki, Adsız da içəri daxil oldu.
Nil, hisslərində yanılmamışdı. Onları nə üçün təqib etdiyinə dair heç bir fikri də yox idi.-Vəkil bəy, sizin burda nə işiniz var?
- Orxan mənə hər şeyi danışdı. Tam da vəkilə ehtiyac olunduğu ana gözlənilməyən qonaq olaraq gəlmişəm.
- Çıxın gedin burdan. Heç kimi görmək istəmirəm.
- Heç kəsi görməmək istəyi, problemlərinizi həll edə bilər? Bəlkə içinizdəki problemlərlə boğuşarkən özünüzü unutmusunuz? Dünyada heç bir şeyin qalıcı olmadığı kimi problemlər də qalıcı deyil. - tənqid etmədən, açıq və sakit şəkildə fikrini ifadə etmə bacarığı olan Adsız, vəziyyəti ələ almağa çalışırdı.- Onsuz da çox ömrüm qalmayıb. Nə yaşadım ki, nə də görüm bu dünyadan. Zəhər etdilər mənə həyatı.-Ləman kədər düyünləriylə birlikdə sözləri bir-birinin ardınca çətinliklə gətirərək cavab verirdi.
- Yaşadığınız hər nədirsə, tək həll etməyə məcbur deyilsiniz. Bir əlinizi də bizə uzatmağa şans verin. Biz, xüsusən də, mən o əli boş qaytarmacağıma sizə söz verə bilərəm.
Nil, Adsızın soyuq baxışlarının altında yatan insani hissləri anlayan birini gördüyündə ona qəribə gəlmişdi. "Görəsən, Ləmanı fikrindən daşındıra biləcək yoxsa hər şey tamamilə məhv olacaq?"-deyə düşünməyə başlamışdı. O da bu əsnada nəsə etməliydi. Bir neçə saniyə sonra ağlına ilk gələn fikirlə otaqdan çıxdı.