Hər şey 11 yaşli bir qizin gülümsəməsiylə başlayir.
Bize bənzəyən ,bizdən olmayan biriylə.
Bəllidir, bu həyata biz insanlardan ferqli bir məqsədle gəldiyi. Bəlkə də insan görünuşlü bir mələkdir o. Bəlkədə yox ,O həqiqətəndə bele idi.
Onun yanindaykən bütün qəm -qüssə məndən uzaq olar. Qəmzələriylə gülümsədiyi nur üzünə şahidlik edərdim. Buralarin ən gözəl qizi idi. Butun məhəllədəki gənc subaylar aşiqdi ona,onun saf gözəlliyinə. Mən də aşiqdim onun qəlbinə.
Bəzən vicdan əzabindan onun gözlərinə baxmağa xəcalət çəkərdim. Baxişlarimin adi baxiş olmadiğinin fərqindəydim. Bu baxişlarima əngəl olmağa ,onlari yox etməyə həmişə çalişdim. Sadəcə çalişdim
Bacara bilmədim
Bacarmadim!
Çunki artiq çox gec idi. Mendə onu taniyan hərkəs kimi onu sevirdim.....
Sevirdim!
Hərkəsdən fərqli ve gözəl
Hər zaman gözlərimi qaçirar ,baxişlarimi gizlədərdim.
Ona olan hislərimi anlasin istəməzdim.
Mənim qəlbim ona bu qədər yaxinkən, onun qəlbi mene bir sərçənin göz yaşi qədər uzaq idi.
Cesarətsizliyimdən deyildi, ona hislərimi göstərməməyim. Onu incitməkdən ,gözündən düşməkden qorxduğum üçün illərlə sevgimi gizli tutdum.Onu görən de Içimdə uçuşan çəpənəklərdən xəbərdar olsaydi, bilirəm mənim üzümə baxmaz ,mənden utanardi.
Çunki mən onun qardaşiydim.
Bəli, məhz buna görə onu sevməkdən qaçdim, ama bacarmadim.