Şaham, Mənim əlimdədir söz mülkü, söz diyarı,
Məndədir bu dünyada həmin mülkün ixtiyarı.
Gizli-Gizli mənaların Məryəminə ruh verərəm,
Qəribə fikirlər aləminin şahı mənəm.
Mənəm ağılın yoxluğunda qabil vəkil,
Fəzilətin ürəyini oğurlayan cavan mənəm.
Geyib hikmət donunu, misralara söz düzürəm,
İlhamlardan süfrə açıb, beyinlərə gəl deyirəm.
Mənim bakir sözlərimin dərinində ruh tilsimi,
Bu tilsimlər nurlandırar beyinləri işıq kimi.
Sözü düzən şairlərə, sapı verən bil ki mənəm,
Bütün şeir yazanların hamısına dərs verərəm.
O zərfin qəlbin yeyən, bu nəzmimin həsrətidir,
O həsrətə şillə vuran, bu nəzmimin quvvətidir.
Yazdığım bu sözlərim hansı beynə salarsa nal,
Fələk onu hər nəfsani duyğusuna edər inkar.
Bənzətmə deyil əsla “papağımdır - əzəliyyət,
Öz nurundan Hər kəsə Don tikirəm -əbədiyyət”.
Bu sözlərim gün gələndə Şəfəq saçar,
Qaranlığın, bilinməzin qapısına olar açar.
Onlar nahaq Xəqaninin tələbəsini təqlid edər,
Abduli dəyirmandı, əlinə keçəni buğda bilər.
Bu aləmə gələn andan, mənəm ağlın bir çırağı,
Onlarsa tamam kordur görmürlər heç uzağı.
Qaf dağında tək yaşaram, çıxmaz səsim Əbabiləm,
Göylərdən əmr gəlsə, mənim daşım kağız qələm.
Müəllimim söz mülkünün padişahı,
Bax , yığılıb başın üstə Nuh tufanın buludları.
Hər kim təğzib edər, yalanlayar sözlərimi,
Deməli həmin adam çoxdan yatıb, yumub gözlərini.
Dolur yavaş-yavaş bənd, rahat uyutmaz,
Nuh tufanı gəmiyə əks bircə kəsi unutmaz.
Ana oldu torpağ sənə, südün əmdin, əmər qanın,
Salar üstünə Araratda, Nuh tufanın.
Edibsən İt kimi pislik, peşman ol “əl-əfv” Söylə,
Ki, İt də eyləyər “əf-əfv” , nəyin olsa peşmanı.
Burax, tutma 4 əllə dünyanı, gün gələr.
Söylər: “hanı padişahın, hanı xanın, hanı şahın”.
Düşərsə torpağa, ahı yıxar ərşi-müəllanı,
Boğar zalımları rahat yataqda qanlı tufanı.
Bilirəm, sözlərimi oxumaqda, anlamaqda xeyli çətin,
Səndə bil, arılar çıxmaz yaza, çəkməsən qışın əziyyətin.
Tövbə eylə, şəhadət et, tut oruc qıl namazı,
Ki, Ulu Allah axir günü qəbul etsin duanı.
ŞİMDİ OKUDUĞUN
Cəngi-insan
PoezjaŞeir professional yazılmayıb. Yəqin ki, yazılış səhvləri ola bilər. Əsas məğzi başa düşün və gördüyünüz səhvləri qeyd edin düzəldim.