Mənim ürəyim müəllimdir, saxlayıram dizim üstdə dünyanı,
O şagirdəm! öyrəndim sükut ilə əlifbanı.
Nə hər dizdə durar dünya, nə də hər şagirddən olar əzbərxan,
Nə hər qətrə olar insan, nə də hər dərya sədəfganı.
Dizim təkcə saxlamaz dünyanı, o , Nuh gəmisinin timsalı,
Qəmim- Cudi dağı, göz yaşlarım- Nuh tufanı.
Bu cürnə insanlara topuğdandı Ararat,
Onların çatmaz su dizinə, tufan tutsa dünyanı.
Dizi məktəb olan kəsdə bir qüdrət olsun ki,
Yeri gəlsə İt kimi diz çökdürə aslanı.
O kəski, dözüb dərdə, baş əyməz mərdə, namərdə,
Ona diz çökdürə bilməz, tutan dörd əllə dünyanı .
Onlar Xızırıdır zamanının, bu mənanı bilən insan,
Yaşar, e'cazda aciz edər Xızır ilə Musanı.
Onun təlqinin tərifi sükut ilə olar təhvil,
Bütün təlim müşküldür, cəhalətsə burhanı.
Mənim öyrəndiyim ilk söz bu məktəbdə “sükut” oldu,
Dil bəladır başıma, sükutumsa hər dərdimin dərmanı.
Məni ilk dərsində dildən eylədi məhrum üstad,
O dilli bərbətə, dilsiz Neyin üstadıdır əfqanı.
Qalarkən Ney kimi dilsiz, dodağından can əta etdi,
Dedi: “Ney tək gözündən al nəfəs “ -verdi bu fərmanı.
Təlqin butasında əridib yaxdı məni,
Ta məndə nə qaldı şeytan hiyləsi, nə Adəm üsyanı.
O “əbcəd” ki, mənə üstad təlim etdi təcridi,
Yazdı beynimə qanlı həriflərlə bu ürfanı.
Yazdığım bu sözləri Tanrı mənə nazil edir,
Bir dəqiqə sonra əl vərəqdə hazır edir.
Hansı kəski, bu təlimi beynində tərif edər,
Ulu Allah o kəsi ,qaranlıqdan aydınlığa tərif edər.
ŞİMDİ OKUDUĞUN
Cəngi-insan
ŞiirŞeir professional yazılmayıb. Yəqin ki, yazılış səhvləri ola bilər. Əsas məğzi başa düşün və gördüyünüz səhvləri qeyd edin düzəldim.