1. | Balaca Puella | 🎒

93 27 41
                                        

1887, 1 dekabr.
Bazar ertəsi

Salam, mənim adım Puella'dır. Bu isə anamın mənə aldığı yeni gündəliyim. Mənim 2 gün sonra 6 yaşım olacaq, məktəbə getmək üçün çox səbrsizlənirəm. Anam məktəbin çox maraqlı olacağını düşünür.

Anam mənə elə bu il yazmağı və oxumağı öyrədib, çox tez öyrəndiyimi dedi.

O günün böyük bir hissəsini işdə olur, mən də evdə tək qalmalı oluram, bu isə mənim heç xoşuma gəlmir. Bunu anama demişəm, ancaq o, əgər işləməsə ac qalacağımızı deyir. Mən yemək yeməyi də sevirəm, ac qalmaq istəmədiyim üçün də anamın işləməyinə razı oldum.

Onunla birlikdə işə getmək istəyirdim, ancaq icazə vermədi. Buna görə ona çox əsəbiləşmişdim.

Mən rəsm çəkməyi çox sevirəm, hətta bir neçə gün əvvəl çəkdiyim rəsmi bura yapışdıracam:

Mən rəsm çəkməyi çox sevirəm, hətta bir neçə gün əvvəl çəkdiyim rəsmi bura yapışdıracam:

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Baxın, necədir? Yaxşıdır, hə?

Ancaq rəngli karandaşlarım olsa idi daha yaxşı olardı. Dostum Melhor'un rəngli karandaşları var və rəsmləri daha yaxşıdı. Məndə olmadığı üçün yazı ilə yazdım donumun qırmızı olduğunu.

Burda anam ilə özümü çəkmişəm, anam çox qəşəng olduğunu dedi, hətta böyüyəndə rəssam ola biləcəyimi də dedi. Yaxşı fikirdir, ancaq mən yazıçı olmaq istəyirəm, bunu anama dedim, o da mənimlə fəxr etdiyini dedi. "Fəxr etməyin" nə olduğu bilmirəm, bunu anamdan soruşmağa çəkindim, yəqin ki, yaxşı bir şeydir.

Bu gün anamdan ad günümdə mənə məktəb üçün qırmızı rəngdə çanta almasını istədim və qəbul etdi. Qırmızı mənim ən sevdiyim rəngdir. Buna çox sevindim. Hər kəs kimi mənim də çantam olacaq, bu çox möhtəşəm bir şeydir. Bilirsiz, hələ içində çoxlu kitablarım da olacaq.

2 dekabr, çərşənbə axşamı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

2 dekabr, çərşənbə axşamı.

Bu gün heç yaxşı deyiləm.

Anamdan ad günümdə rəngli karandaşlar da almasını istədim, ancaq dedi ki, sadəcə bir şey ala bilər, artıq çanta istəmişəm. Mən anamı çox istəyirəm, amma o deyəsən məni sevmir, çünki istədiyim hər şeyi almır. Elə ancaq dediyi bir söz var, "buna pulumuz çatmır". Mən də dedim ki, "onda çantanı da alma" sonra qaçıb otağıma gəldim.

19:00

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

19:00

Anam indiyə çoxdan gəlmiş olmalı idi. Həmişə saat 6-da işi bitir və evə gəlir. Artıq 1 saat keçib və anam hələ də gəlməyib. Evdə tək çox qorxuram, kaş ki, anamı əsəbiləşdirməyərdim. Bilirəm, o məndən küsüb, ona görə də evə gəlməyib. Heç vaxt belə etməzdi.
Sabah da ad günümdü, yəqin ki, çantanı da almayacaq anam. İndi də mən ondan küsürəm, daha danışmayacam onunla.

🧙‍♂️ | Salam, necəsiniz? Kitabı rəfinizə əlavə etməyi unutmayın📚

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

🧙‍♂️ | Salam, necəsiniz? Kitabı rəfinizə əlavə etməyi unutmayın📚

🎒 | Bəyəndiniz, Balaca Puella'nın hekayəsinin ilk bölümünü?

🎨 | Rəsmlər necə idi, Puella'nın rəsmləri?

🧝‍♂️ | Kitabı oxuyan ən azından 5-10 nəfər olsa, davam edəcəm, yoxsa bilmirəm, edərəm, ya yox, ancaq vaxtım olduqca yazmağa çalışacağam.

🧙‍♂️ | Siz də hekayənin davamını istəyirsinizsə, dostlarınızla paylaşaraq, vote və rəy yazaraq dəstək ola bilərsiniz, təşəkkür edirəm!

📍 | Kitab sehrlidir🔮 xoş mütaliələr!☘

Balaca PuellaHikayelerin yaşadığı yer. Şimdi keşfedin