Bir arzu tut : 15 - ci bölümün ardı

1.8K 171 2
                                    

Castinin içindəki qəzəb hissi onun qorxu hissini silib aparmışdı gecənin qaranlığında bir xeyli var gəl etdikdən sonra bir az irəlidəki böyük daş parçasının üzərində oturub özünü sakitləşdirməyə çalışdı. bir neçə saniyə səsiz dayanmaq onun özünü birdən birə yorğun hiss etməsinə səbəb oldu. gözləri bir nöqtəyə zillənmişdi. bu vaxt isə qulaqları xanım Ameliyanın getməzdən əvvəl sözlədiyi sözləri təkrarlayırdı.. " Belə görünür ki, bu möcüzə sənə sırf insanlığın üçün bəxş edilib..." "Saf qəlbin və gözəl insanlığın üçün.."... "əvvəlki halına isə ancaq əlindəki bu silahlarınla qayıda bilərsən..""Unutma, mübarizə varsa yara üçün dərman da hökmən var..sənin dərmanın isə mərhəmətin və saf qəlbindir.."..

- O, nə demək istəyirdi axı? Yəni əgər əvvəlki kimi olsam hər şey qaydasına düşəcək? hh.. hər halda sınamaqdan başqa çarə qalmayıb, həy yola baş vurmalıyam..əvvəlki halıma isə.. yox bu mümkün deyil..itən bir həyat və geridə buraxdığım gözüyaşlı iki ailə var.. öz valideynlərim bağışlasa da övlad itkisini o biri valideynlər necə bağışlayacaq? bbbb..bəlkə..bəlkə hər şeyi danışsam anlayarlar məni, axı övladlarının süddən çıxma ağ qaşıq olmadığını onlar da bilir.. off, Tanrım,mən nələr danışıram! nə olur olsun günahlarımı öz öhdəliyimə götürməliyəm. Nəticədə hər kəsin bir günahı var elə deyil? Hər səh üçün də nəzərdə tutulan cəzalar var.. Əsas olan vicdanın cəzasından azad olmaqdır..İndi göz gözü görmür sabahı gözləyib dərhal yola düşmək lazımdır. Polis mərkəzinə gedib hər şeyi etiraf edəcəyəm. Bu iş artıq çox uzandı!

Bir arzu tutNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ