Etiraf

258 20 7
                                    

-Universitet necə idi?
-Ola bildiyi qədər iyrənc
-Axı sən necə xəyallar qurmuşdun
-Hər şey xəyallarda gözəldir
-Uşaqlar necə?
-Onlara normal tanışa bildim ki
-Niyə?
-Mehmana görə
-Hansı Mehman? Sinif yoldaşın?
-Aha
-Niyə yaxşı uşaqdır o?
-Sizin üçün hə, mənim üçün yox
-Bu uşaqdan nə istəyirsən anlamıram ki
-O məndən nə istəyir (Mehman məktəbin yaraşıqlı mavişi adlanır. Həmçinin mənim sinif yoldaşımdır. Yaxşı uşaqlar sırasına daxil "inək"lərdən biridir. O sinifdə tək rəqibi mən idim. 11 ci sinifə və hətta qəbul gününə kimi eyni mühitdə bir -birimizi didməklə məşğulduq.Onunla 4 il daha xəyal etdiyimdə dəli olurdum)
-Yemək yeyirsən?
-Həm hə, həm yox. O iyrənci gördüm iştaham qaçdı
-Iştahanı geri çağır
-Çox gülməlisən ,ana! (Kinayəli gülüşlə )
Kompüterdə mənasız bir qorxu filmi izlədikdən sonra yuxuya getmək istəyirdim, amma olmurdu. Bu səbəbdən qulağıma qulağcıq qoyub həzin musiqi dinləməyə başladım. Əslində həzin musiqi sevirəm deyilə bilməz, amma mənasını başa düşmədiyim ,sırf görünüş olsun deyə qulaq asılan "rock music" fanatı da deyildim. Nəhayət ki, yatdım. Oyandığımda telefonumu qətlə yetirilmiş, bütün enerjisi tükənmiş halda gördüm. Səhərə qədər qulağımda nəsə oxuyurmuş və "playlist" bitəndə telefon da bitib. Başım ağrayırdı ,çox güman ki səbəbi də bilirdim. Bu mənim "hüzünlü, həzin playlist "im idi.Anamgilin səsinə oyanmışdım həmin gün. Yatağından qalxmağa çalışırdım, amma yastığım mənə gəl-gəl deyirdi. Özümdə güc toplayıb qalxmağa çalışdım. Bir, iki və üçüncü cəhddə ayağa qalxdım. Hamam otağına keçib əl- üzümü yudum. Səhərlər oyananda çox üşüyürdüm. Evdəkilər qan azlığı deyir, mən isə xarakterə bağlıyırdım bu söhbəti. Yenidən öz otağıma keçib geyimləri geyinməyə başladım. Ağ bir paltar geyinmişdim .Dizə qədər gəlirdi. Qısa qol və enli. Altında bir sarı "converse",saçlarımı da yana tökdüm. Mətbəxə keçib
-Sabahınız xeyir
-Hər vaxtın xeyir
-Mənim qızım bu gün çox gözəl görsənir
-Sənin kimi ,ata
-Qisqanmaga başlayıram artıq (anam gülərək bizə baxdı )
Yeməyi yeyib çıxmağa hazırlaşırdım ki
-Bu gün səni mən apara bilərəm, mələyim?
-Əlbəttə
Evdən çıxıb universitetə getməyə hazırlaşırdım. Atam məni maşınla universitetin qabağına qoyub getdi
-Sağ ol, ata
-Allah zehin açıqlığı versin
Universitet Mehmanla çox acı verici. ...Ən azı Aytənlə gələrdi, başı qarışardı. (Aytən sinifdə türklər demişkən "takildigi" qız idi.) Bütün günü mənə söz atmaqla məşğul idi. Yeni kurs yoldaşlarım ilk dəfə təəccüb reaksiyası versələr də ,deyəsən öyrəşmişdilər. Tənəffüsdə qolundan tutub
-Bura gəl
-Nədir?Etiraf falan edəcəksən?
-Nə etiraf? Deyirəm mənə sataşma, bəsdir ,bezdim
-Məktəbdə yarım qalan işim var, tamamlayıram
-Tamamlama, mən sənlə mübarizəni dayandırdım
-Yəni ,məğlub olduğunu boynuna alırsan
-Yox!Heç vaxt!
-Bax belə. .
-Sənə dedim axı
-Əslində mən də yorulmuşam ,bilmirəm
deyim
-Nəyi?
-Bilirsən, Ee, yox deməsəm yaxşıdır
-Zarafatlarına qulaq asan deyiləm
-Zarafat deyil
-Bura gəlmə hekayəmi bilirsən
-Maraqlı gəlmir
-Səninlə bağlıdır
-Yenə maraqlı gəlmir, çox güman ki əsəblərimlə oynamağa gəlmisən
-Yox ,yox. Etiraf etməyə
-Nəyi?
-Səni necə sevdiyimi
-Sən?
-Yox, divar!Utanırdı deməyə.
-Eh, get uşaqlarla oyna
-Inan mənə!
-Nifrət etdiyin bir adama
-Əslində bugünə kimi nifrət etdiyimi düşünürdüm, amma elə deyilmiş.
-Uff ,sənə inanacağımı düşünmürsən hər halda. Sənə bu cür oynamaq yaraşmır
-Oynamıram !Tək yazdığım yer bura oldu. Sənə görə gələcəyimi təhlükəyə atdım
-Alqışlar!
-Zarafat etmirəm, sənin qəhvəyi gözlərin məni səhralara aparır
-Söz tapa bilmirsən! Aytənin mavi gözləri də səni dənizlərə aparırdı
-Boğuldum da ,görmədin
-Məncə bu qədər yetər
-Mənə inan!
Otağa girib heçnə olmamış kimi davranmağa başladım

ƏlvidamHikayelerin yaşadığı yer. Şimdi keşfedin