Qorxular

90 9 0
                                    

Bu gün bazarertəsi idi .Yenə yerimdən qalxıb dua etdim."Onu bugün sağ-salamat görüm ,başqa heç nə istəmirəm".Fevral ayının sonları idi. Real tanışmağımızdan 6 ay keçirdi. Evdən çıxdığımda blokun qarşısında məni gözləyirdi. Üzü sapsarı idi. Sanki nədənsə qorxmuş, sonra özünə gəlmiş, amma qorxusu üzündə qalmış kimi .
Qorxduğum başıma gəlməsin, Allahım
-Sənə nə olub?
-Heç
-Heçə bənzəmir
-Atam
-Nə olub atana?
-Bütün işini itirdi...Hər şeyi. ..
-Necə yəni? (Susurdu üstünə getmək istəmədim )
Bütün yolu bir kəlimə olsun danışmadı . Universitetin yanında mənə
-Sən get, çıxışda görüşərik
-Gəlməyini istəyirəm
-Bu halda gələ bilmərəm məni anla
-Mən sənin yanında olmalıyam, amma bu dərs bizim üçün mühümdür, bilirsən
-Yəni seçim arasında qalmısan və dərsi seçirsən (Gözlərimi yerə dikdim)
-Bağışla əsəblərim yerində deyil.
-Anlayıram, amma xahiş edirəm bu dərsdə qal,sonra bərabər gedək
-Yaln..
-Etiraz istəmirəm
Bərabər o mühüm dərsdə oturduq, amma heç birimiz bir şey anlamadıq.O atasın,mən onu düşünürdüm. Dərsdən sonra bir az gəzişdik.
-Mehman
-...
-Mehman, məni eşidirsən?
-Bağışla
-Üstünə gəlmək istəmirəm, amma danışsan için rahatlayar
-Heç deməyəcəksən deyə qorxmuşdum
-Üstünə gəlmək istəmədim
-Hər şey o pul hərislərinə görə oldu . Bu günə kimi alın təri ilə işləyən, dırnaqları ilə çabalayan bir insanı yarı yolda qoydular. Və ən bərbadı onun üstünə atılan borclar. (Nəsə demək istədim, amma o davam edirdi )
Bunu necə edərlər? Axı ona necə? Danışa bilmirəm. Anam atamın bu halını görüb pərişan olub.Onları belə görə bilmirəm.
-Tünzalə xanım da anam kimi həssasdır.
-....
-Məncə onların yanında olmalısan indi Belə məsləhət vermək asan ola bilər, amma bu ən məntiqli variantdır
-Belə hallarda məntiqim işləmir
-Onların əlini tut, ümid ver.
-Boş - boş ümid hekayələrin sevmi..
-Boş deyil, real olanı deyirəm. Atan sənə dayaq olub, sən də ol. Yanınızda olmaq istərdim, amma mümkün deyil.
-Niyə?
-Bu çox ailəvi bir problemdir, buna mən daxil ola bilmərəm. Amma məni hər zaman qəlbində və yanında hiss et. Hər şey cisimdən ibarət deyil
-Düz deyirsən . Çox təəssüf ki,yenə də haqlı oldun
Bir az uzaq qalacaqdıq. Telefonla yalnız axşamlar danışacaqdıq,amma mən bunu gözə almışdım. Onun pis vaxtında yanında olmalıydım, amma o da ailəsi ilə birlikdə olmalı idi. Tünzalə xanımgili ziyarət etmək istədim. Güc topladım və oraya getdim. Bu onlara mənim var olduğumu isbat edəcəkdi sanki. Məni görən zaman süni gülümsəməyə çalışdılar, amma bunu sevmirdim .Buna görə hər nə qədər onlara əzab versəm də, incitsəm də, bütün olanları xatırlatsam da dedim
-Mən hər şeyi bilirəm
-....
-Utanmayın. Mən bura sizə görə gəlmişəm. Rahat olun. İcazə versəz sizin yanınızda olaram
-Qızım (anası mənə doğru yaxınlaşıb boynumu qucaqladı. Atasının da gözləri dolmuşdu )
Əlbəttə yanında olmağını istəyirik. Bizim bu vaxta qədər hər şeyimiz oldu,amma bizi sevən insanlardan başqa. Kaş bilsən bu necə ağırdır.
-Bilirəm. Sizin yanınızda daim olmağa razıyam.
-Çox sağ ol
-Mənim üçün şərəfdir.
Bu günüm belə keçmişdi. Özünü pis hiss edən bir insan vardı, o da Mehman. Mənə arzularını yerinə yetirə bilməyəcəm deyirdi. Buna görə günahkar hiss edirdi. Psixologiyası tamam pozulmuşdu. Biz tez-tez arzulardan danışarkən şirkət quracağımı deyirdim. Öz işimin başçısı olacaqdım. O da mənə köməyim olmasa edə bilməzsən deyirdi. Zarafatı məni qəzəbləndirəndə o bundan həzz alırdı. Indi isə həqiqətən kömək edə bilmirdi. Amma zaman var, aylar, illər var.Uzaq qaçdığını gördükcə dəli olurdum. Ruhum bədənimdən çıxacaq kimi hiss edirdim. Bir gün evdə televizor izləyərkən telefonum titrədi. Mesaj gəlmişdi. Yenə şəbəkə mesajı olduğunu düşünmüşdüm, amma vəziyyət başqa idi. Mesaj Mehmandan idi.
"5 deqe aşağı gələ bilərsən? Səninlə danışmaq istəyirəm "
"OK. Gözlə gəlirəm "
-Ana,mən aşağı düşürəm
-Hara?Xalangil gəlir
-Nə? Kimlə?
-Nəbilim. Qohumları ilə gəlir. Özəl qonaqlar
-Yaxşı. 5 dəqə gəlirəm
Aşağı endim.
-Salam
-Salam,necəsən?
-Yaxşı, sən?
-normal
-Nə əcəb gəldin?
-Sənə Təşəkkür etmək üçün. Atamgillə danışandan onlar daha gümrah hiss edirlər
-Çox gümanki sən yox
-Bu həqiqətdir
Biz danışanda yanımızdan Porsche panamera markalı maşın keçdi. Maşından xalam, gənc oğlan və 2 qadın çıxdı. Gözüm onlarda qalmışdı.
-Maşına baxırsan? (Maşınını itirdikdən sonra maşınsız gəzmək onun üçün əzab idi və sanki mənə qarşı daha qısqanc davranırdı )
-Nə əlaqə?
-Gözünü çəkə bilmirsən
-Həddini aşırsan
-Bağışla
-Xalamgildi,özəl qonaqlar ,deyəsən bunlardır.
-Qonaqlarınız gələcək.. (cümləni tamamlamaya bilmədi )
-Hə,ana?yaxşı, yaxşı gəlirəm.
-Mehman, üzr ,amma getməliyəm
-yaxşı. Sabah özəl qonaqlardan danışmağı unutma
-Baş üstə
Evdə qonaq qarşılamaq falan boş işlər idi. Nəhayət ki getdilər
-Qızım?
-Hə, ana
-Otağıma gəl
-Nə olub?
-Qapını bağla
-Ana! ?
-Xalangil bilirsən niyə gəlmişdilər?
-Yox
-Sənə görə (sözdən cümlənin arxasın başa düşmək olurdu )
-Yoxsa
-Elçi. .
-Cümləni tamamlama! Bu mövzulara yaşım çatmır
-Bilirdim, ona görə biz xəbərsizik, həm qızım balacadı dedim
-Yaxşı etdin. Bir də mümkünsə bacına de ki,belə şeylər etməsin
-onun pis məq..
-Bitdi
-Yaxşı
Səhəri gün dərsə getmədim. Çünki Mehman məni sual-cavab edəcəkdi. Ona nə deyəcəkdim? Saat 12.03 telefonum titrədi.
"Hardasan?yaxşısan? Gəlmədin deyə çox narahatam? Indi dərsdəyəm "
"Salam . yaxşıyam diqqətin üçün təşəkkür "
"Bəs niyə gəlmədin? Görüşə bilərik? "
"Özümü narahat hiss edirəm. Məndən incimədiyini güman edirəm "
"Ok . özünə yaxşı bax" Belə bir mənasız yazışmadan sonra sabah nə deyəcəyimi düşündüm. Özümü çox aciz hiss edirdim. Qorxularımın qarşısında dayanmaq varkən, mən qorxaq kimi otağımda uzanmışdım. Səhəri gün dərsə getdiyimdə ilk sualı "özəl qonaqlar kim idi? " oldu. Söhbəti dəyişmək istədim, amma olmadı.
-Ee,hm
-Kim?
-xalamgilin qohumları
-niyə gəlmişdilər?
-ee,
-Hə?
-elçiliyə
-...
-Təbii qəbul etmədik (özünü düzəltməyə çalışdı )
-Qəbul edə bilərdiz.Qohumlarındır və işləyən ,zəhmətkeş oğlana oxşayır. Arzularını reallaşdıracaq gücə malikdir
-Yenə?
-Getməliyəm ,işim var
-Meh.. (arxasın çönüb getdi )2 gün dərsdə iştirak etmədi və mesajlarıma cavab vermirdi. Üstünə getməməyə çalışdım. Sonra mənə mesaj gəldi
"Aşağı gəl, səninlə bir yerə gedəcəm "
"Ok"
-Hara gedirik?
-Sual vermə
-.....
Yenə botanik bağına gəlmişdik. Eyni ağacın altında oturmuşduq. Hava yağışlı idi və botanik bağı çox qəribə bir görünüş almışdı. Sanki botanik bağı olacaqlara ağlayırmış kimi.
-Bilirsən?
-Nəyi?
-Sözümü kəsmə
-...
-Heç vaxt filmlərdəki kimi olsun istəmirəm. Amma sən dediyin kimi hər birimiz robota çevrilirik zamanla. Bəzən kitablarda insanlar ayrılarkən sevdiklərinə elə davranırlar ki, nifrət etsin. Mən belə davranmayacam. Sən mənə həmişə hörmət et, qəlbində fədakar olaraq saxla. Atamın yanına gedərkən mənə bir söz demişdin yadındadır? Məni hər zaman qəlbində hiss et deyə ...Sən də məni elə hiss et. Bunu etdiyimə inanmıram, amma mən valideynlərimin nə çəkdiyini gördüm. Sənin həssas ananın da belə olmasın istəmirəm. Arzularını reallaşdıra bilməyəcəm. Bu mənə ağrı verəcək bilirəm. Mən valideynlərim pis hiss edəndə pərişan oldum, sən olma istəyirəm. Unutma ki,səni hər zaman sevəcəm. Sən mənim əlvida deyə bilmədiyim Afrika şahzadəmsən ,amma Əlvida.
Arxasını dönüb getdi. Qışqırmaq istədim, səsim çıxmadı. Getmə demək istədim, qürurum qoymadı. Sevgidə qürur olmursa,bəs bu nədir, Ilahi?
O burdan kənarlaşdı. Mən isə yaş otların üstünə yıxıldım.
"Getmə, məni buraxma! Mənə arzularım lazım deyil .Tək arzum sənsən. Məni burda buraxma. Yalvarıram. .." Bunu heç kəs duymurdu. Mən yaş otların ətrini içimə çəkirdim. Boğazım düyünlənmişdi .Kənarda dayanan şəkil çəkənlər
-Xanım ?
-Gedin burdan, mənə toxunmayın
-Xanım yaxşısız?
-Gedin, yalvarıram. ..
Bir az ağladım, amma ağlamaq əlac deyildi. Ayağa qalxıb eve getdim.
-Qızım, sənə nə olub?
-Heç nə,yağış. Duşa gedirəm
-Qızım bura gəl (onları dinləmədən duşa daxil oldum)
-Qızım,
-Hə ,ana
-Sənə nə olub?
-Heç nə
-Olub axı
-Bilirsənsə sual vermə
-Qızım!
-Ana!Bəzən dar gündə yaxınları görmək istərsən, amma bəzən yalnız olmaq
-Mən səni sıxmaq istəmirəm, amma danış ki, için rahatlasın. (Özümü saxlaya bilməyib başımı ayağına qoydum )
-Mehman
-Nə olub ona?
-Mən, mən. .
-Nə sən?
-Mən onu sev...
-Qızım, cümləni tamamla
-Ana!Onunla çox xoşbəxtdim (səsim qırıq -qırıq gəlirdi )
Amma atasının işləri bərbad olana kimi. .Bütün gücünü itirdi. Dünənki elçiləri görüb dəli oldu. Bu aylar çox xoşbəxt idim, amma qara buludlar. ..Ana! Bunun kabus olmasın istəyirəm, amma boğazımdaki düyün . Mən hiss edirəm ki,bu röya deyil. Bu cəhənnəm əzabıdır .Mən dözə bilmirəm
-Sən hələ gənc..
-Yox,mən ruhunda yaşlı insan gizlənən gənc cisimli insanam. O mənə bilirsən nə dedi? Mənə ailənə zülm vermək istəmirəm dedi, arzularını reallaşdıracaq gücüm yoxdur dedi, mən ailəmin əzab çəkdiyini görüb məhv oldum,sən olma istədim dedi. Mən isə heç nə deyə bilmədim. Qürurum onu əlimdən aldı.
-Qızım!
-...
-Məncə onunla danışmalısan (gözümü ona tərəf çevirib tərs -tərs baxdım, sonra yuxuladım) Bir gün daha evdə qalıb güc topladım. Sonra onu görməyə hazırdım. Qürurumla gedirdim. Onun üçün. .Qapıların vurdum, amma açan olmadı. Zəng vurdum, telefon sönülü idi.
Onu bir daha görə bilməyəcəm. ..Bunları deyib aşağı enəcəkdim ki,bir qadın məni saxladı.
-Qızım kimi axtarırsan?
-Mehmangili
-Tünzalə xanımın oğlu Mehman?
-Bəli
-onlar xəstəxanaya gediblər
-Niyə? Nə oldu?
-Oğlan yaralanıb deyəsən
-Necə? Hanı onlar? Hansı xəstəxana?
-Qızım, bilmirəm
-Bəs necə öyrənə bilərəm?
-Tünzalə xanımın nömrəsini bilirəm
-Verin mənə xahiş edirəm
-......... buyur
-çox sağ olun
Bütün yol boyu ağlayırdım. Göz yaşlarıma sahib çıxa bilmirdim. İnsanların mənə baxması vecimə belə deyildi. Xəstəxanaya çatıb onun hansı bölmədə olduğun soruşdum ,vəziyyəti ağırdı dedilər
-Tünzalə xanım, ona nə oldu?
-Salam
-Vəziyyəti necədir?
-Pisdir ,atasına görə özünü fəda etdi qəhrəman oğlum
-Nə oldu?
-Bıçaqla yaraladılar .Atasının haqqın istədi, amma olmadı. .
-Bağışlayın, yaranızı təzələdim.
Anama zəng vurub xəstəxanada olduğumu dedim. Sonra bir neçə saat sadəcə qapıya baxdım. Onun ayağa qalxmasını istədim . Amma hələ də xəbər yox idi. Tibb bacısı bizə içəri daxil ola bilərsiz dedi. Amma 1 imiz
-Tünzalə xanım, əslində yanında valideyni olmalıdır, amma mən ona söz vermişəm. sizdən mənə icazə vermənizi xahiş edirem
-Yaxşı ,qızım
Soyuq bir baxışla içəri daxil oldum
-Salam
-Salam, şahzadə .Səni görməyinə şadam -Mən də
-Gələcəyini düşünmürdüm
-özünü yorma. Bura gəlməyimin səbəbi sənsən. Icimdəki yanğındır. Gözümdəki yaşlar içimdəki yanğını söndürmədi
Sonra günlərlə onun ordan çıxmağını gözlədik
-Mənə hesab verəcəksən
-Yaxşı, Afrika şahzadəsi

ƏlvidamHikayelerin yaşadığı yer. Şimdi keşfedin