Əlvidam

94 13 5
                                    

-Hanı o?
-Sakit olun!
-Mehman! Sevgilim!
-Sakit olun (yanıma gəlib qoluma sakitləşdirici iynə vurdu, qışqırıb ayağa qalxmağa çalışsam da, bunu bacarmadım )
Niyə axı? O içkini harda içmişdi? Biz o "iyrənc " anlayışı toyumuza buraxmadıq,amma o tapıb içmişdi. Vacib idimi?
-Hanı o?
-Xanım, bu məktubu sizə yazıb
-Bəs özü?
-Təəssüf ki
-Yox, cümləni tamamlamayın.Yox!Yox!
Əlimdəki məktubu əsə -əsə açdım
"Mələyim, Afrika şahzadəm. ...Yazmağıma icazə vermilər, amma yazıram. Bəzən ayılıb bu məktubu tamamlamaya çalışıram. Hər dəfəsində bir cümlə. Gücüm çatmır. Buna görə boş -boş şeylər yazmayacam. .Bilmirəm tamamlamaq nəsib olar,ya yox? Bilmirəm oxuyacaqsan,ya yox?
....Sən o gün əsl mələkdin.O sadə gəlinlik sənə möhtəşəm yaraşırdı. Gözlərin səhra kimi idi. O qəzada huşunu itirmişdin,əlimi uzatdım ,amma tuta bilmədim. Bağışla!Bağışla! Sən o maşınlara bağlı ikən yanında ola bilmirəm, bağışla! Ruhum səninlədir ,mələyim! Botanik bağın xatırla, səninlə keçən 1 saat belə 100 ömürə dəyər. Sən mənim şahzadəm, həyatımın dəyərlisi. Ağlım başımda ikən normal cümlə qurmurdum .Indi necə yazıram bir Allah bilir. Səni səhradakı qum dənəcikləri qədər sevirəm. ...."
İçimdən gələn o iyrənc hıçqırığı saxlaya bilmədim. Göz yaşları ilə göz yaşlarının mürəkkəbi dağıtmış məktubunu sinəmə sıxıb ağladım. Otağıma girib təsəlli verən insanların heç birinin üzünə belə baxmadım. Içim yanırdı.,içim! Alovlar bütün bədənimi külə çevirərkən gözlərimdən yaşlar axırdı, amma nə fayda. ..Evdəkilər cənazəsinə getməlisən deyəndə yox deyirdim. Bu onun ölümünü qəbul etdim demək idi. Getməyəcəkdim ...Bunlar əzabımı dayandırmırdı...Və ,nəhayət , qərar verdim. Son arzumuzu yerinə yetirəcəkdim.Arzular sonsuzdur, məsələn:Kaş o indi burda olardı...Kaş mən onun məktubunu oxumayıb onunla bərabər ölərdim.
Amma bu arzu yerinə yetirə biləcəyim son "arzumuz " idi. Məşhur olmağı istəyirdik biz,dünyaya tanınmaq, sonsuz bir iz qoymaq. Hər şey məşhur olmaq istəyimizə görə baş verirdi. Şirkət açmaq istəyimiz, ayrılığımız,əzablarımız ....
Mən arzumuzu yerinə yetirəcəyəm deyə pıçıldadım. .Hekayəmizi yazıb nəşr edəcəm. Hər kəs oxuyacaq, sevgilim. Bəlkə bu ağrı verəcək onlara, sən bunu istəməzdin . Mən bunu bizə görə edirəm. Son arzumuz yerinə yetəcək,narahat olma, sevgilim! Sənin yanına gəlirəm. ..Sən çox saf idin. Bu çirkin dünya üçün çox saf. Allah səni əbədiyyətə götürdü. Məni də alacaq. Geyimim belə hazırdır. Sən sevdiyin mavi paltarı geyəcəm.Hava bu paltar üçün soyuqdur, amma üşümək sadəcə bir neçə dəqiqə. ..Yanına gəlirəm. ..Sənin qəbrin yaxınlığında bir məzar açdım özümə. ..Əlimdə kitabımızın bir nəşri olacaq. ..Uzanacam o məzara, yağış məni isladacaq, külək üstümə yarpaqlar atacaq, saçlarım sevdiyin kimi küləkdən üzümə yapışacaq. ...Torpağı üstümə qohumlarım yox,təbiət atacaq. Ölənə qədər, Allah məni sənə qovuşdurana qədər burda ,yanında uzanacam. Kimsə intihar etməsin. ..Bu məktubum, bu hekayəm bir son deyil, başlanğıc. Bizi bu dünya saxlaya bilmədi. Xəyanətlər, sevib sevilməyənlər ,etiraf etməyə çəkinib itirənlər ölkəsi bizi saxlaya bilmədi. Biz mübarizə aparırıq. Siz də aparın. Intihar boşluqdur,mübarizə sonsuzluq. Əlvidamız bu dünyayadır,heç dilimiz gəlmir, amma

Nədir bu ayrılıq, bu soyuqqanlıq
Üşüyür bədənim, yaman qaranlıq
7 qat torpağın dərinliyində
Əlvida deməyə gəlmir heç dilim

Əbədi dünya bizi gözləyir. ......
..Gəlirəm ,sevgilim!

ƏlvidamHikayelerin yaşadığı yer. Şimdi keşfedin