Ertəsi gün universitetə artıq qorxaraq gedirdim. Hər nə qədər mənimlə zarafat edən bir uşaq olsa da,o sözlərində hər zaman ciddi idi. Bunları düşünərkən universitetin artıq pilləkənlərində qalxırdım və fikrim o qədər dağınıq idi ki,qarşımda olan Mehmanı görmədim
-Salam
-Qorxdum
-Nədən?
-Səndən, birdən qarşıma çıxdın
-Mən səhərdən burda səni gözləyirəm, sən fikirli idin
-Yaxşı sən deyəndi
-Bu gün çox gözəl görsənirsən Afrika şahzadəsi (Afrika şahzadəsi nə deməkdir? Mən özümə qara dərili demələrinu sevirdim, amma qara dərili olmadığımı da bilirdim. Özümü düzəldib ona cavab qaytardım )
-Afrikanlılarda insandır!Bir az humanist ol!
-Mən onsuz da, humanam .Ingilis dilin məktəbdən bəri zəifləyib deyəsən. Afrikanlılar demişkən,onlar ən şanslı xalqdır ki, mənim şahzadəmə bənzəyirlər
-Bu qədər boşboğazlıq yetər
-Əmrin olar
Dərslərin tez bitməsini, hər şeyin yuxu olmasını xəyal edirdim. Aksiyon sevirəm, amma yorulmuşam .Dayanmaq istəyirəm, qaçmaq, çabalamaq məni tamam yorub. Yanımda oturan qız -Jalə mənə doğru əyilib
-Jasmin, niyə belə yorğunsan
-Yorğun? Ee,nəbilim
-Səninlə normal tanısa bilmədik heç
-Düz deyirsən, mühitdən bir neçə anlıq uzaqlaşmışam
-Ümid varam hər şey daha gözəl olar ..Həm sənə bir sualım daha var
-Buyur, səni dinləyirəm
-Mehman, yəni sinif yoldaşın səninlə niyə bu qədər mübahisə edirdi ilk gələn gün
-Bu bizim məktəbdən problemimiz, həmişə bir-birimizlə mübahisə edirik
-Aydındır (müəllim bizə tərəf baxıb )
-Bəlkə yekunlaşdıraq!
Hər ikimiz də susduq. Tənəffüs zamanı qızlarla bufetə qədər endik. Mehman da arxamızca gəlirdi. Iri addımlarla bizə artıq çatmışdı
-Qızlar
-Buyur, Mehman (hərəsi bir yerdən dilləndi )
-Bu günlük "snack" məndən olsun
-Xeyr, biz bunu qəbul edə bilmərik
-Ayıbdır
-Sənə əziyyət olar (hərə bir yandan nəsə deyirdi )
-Qəlbimi qırırsız
-Bunu niyə edirsən (Jalə soruşdu )
-Sən yıxılana nə səbəbdən əl verirsənsə
-Anlaşıldı
-Indi nə istədiyinizi mənə deyin ,xanımlar
Bu prosesdən sonra hamımız otağa getdik.Mehman arxada oğlanlarla gəlirdi. Ayağımı saxlayıb onu gözləməyə başladım
-Mehman, səni bir dəqiqə olar. ?
-Əlbəttə, uşaqlar gedin, mən gəlirəm
-..
-Nə olub?
-Bunları niyə edirsən?
-Nəyi?
-Nə olduğunu sən daha yaxşı bilirsən
-Mən heç nə etmirəm. Oğlanlarla gəzirdim və bitdi
-Bufetdə olanları deyirəm
-Məni tanımırmış kimi davranma!
-Elə düşünürsən ki,sənə inanıram?
-Istər inan, istər inanma. O sənin öz seçimindir
-Məncə sən xaincəsinə planlar qurursan. Məni bu fikirlə razılaşdırıb səsimi yazacaqsan, sonra mənə göstərib güləcəksən
-Sən çox serial izləmisən ,deyəsən
-Bu həqiqətdir
-Qəlbimə toxunursan
-Bu etmədiyim bir şey deyil
-Amma indi başqa hiss edirəm. Inanmaya bilərsən, amma mən səni xəbərdar etdim. Bilirsən Aytənlə ayrılmağı qərara aldıq. Əslində biz deyə bir şey yoxdur. Evə gəldiyim də atama Jasminə pis olsun deyə eyni universiteti yazacam demişdim. O isə mənə bunun nifrət olmadığını başa saldı. Sən atamgili tanıyırsan. O bugünə kimi hər şeyi öz alın təri, dırnağının qüvvəti ilə qazandı. Heç bir qohumu ona əl uzatmadı. Bu həyatda tək varlığını isbat edən mehfum ailəsidir,yəni biz. Səncə o mənə yalnış deyə bilər?
-Həm bunlar doğru olsa da,sənə qarşı nifrətim. Bəs mənim hisslerim?
-Elə deyirsən ki,sanki məcbur edirəm. Mən səni xəbərdar etmək istədim. Nə zaman istəsən burdayam dedim.
-Yaxşı, sağ ol
-Özünə yaxşı bax
Evə gedib onun dediklərini düşünürdüm
"Hər zaman sənin üçün burdayam"
Inana bilmirəm. Hisslerim o qədər qarışıq idi kj,bunları unutmaq isteyirdim,amma alınmırdı. Hər şey o qədər sürətlə baş verdi ,mən gözlərimə inanmırdım. Cümə gününə kimi iştirak etdiyim heç bir dərsdə ağız belə açmamışdı. Tənəffüs vaxtı oglanlarla çıxır və məni görməmək üçün hər şey edirdi. Bəlkə də dediyim sözdən təsirlənmiş, üstümə gəldiyini düşünmüşdü. Mən əslində nə olduğunu başa düşmürdüm, amma illərlə əqrəb kimi sancdığım insanı bu gün üzdüm deyə çox pis hiss edirdim. Jalə mənə yaxınlaşıb soruşdu
-Niyə bu qədər qəmlisən ?
-Bilmirəm
-Bilməsəydin qəmlənməzdin
-Mehman
-Qəlbini qırıb?
-Yox,yox!Əslində mən onun qəlbini qırmışam və nifrət etdiyim adamı qırdığım üçün çox utanıram
-Məncə sən buna nifrət deməkdən əl çək
-Anlamadım
-Yəni, nifrət dedikdə utanmaq,qayğısına qalmaq sözlərinin üzərindən xətt çəkirsən .Amma sən onu qəmləndirdiyin üçün özünü cəzalandırırsan .
-Fikirləşərəm bu barədə
Əslində dediklərində həqiqət vardı. Mən Mehmana qarşı içdən çox qayğıkeşdim,amma göstərməyə utanırdım. Bu hisslərə ad vermək lazım idi.
Nəhayət ki, bazar günü gəldi və yenidən universitetə getmək, səhər erkən oyanmaq kimi "qıcıq " proseslər başladı.
Otağa daxil oldum və müəllimin o maraqsız mühazirəsin dinləmək üçün özümə güc topladım. Dərsə gecikdim deyə kimsə ilə görüşə bilməmişdim. Mühazirə boyunca da özümü zorla saxlamışdım ki, qışqırmayın .Sanki hərşey üstümə gəlirdi. Divarlar,divarlar üstündə plakatlar, insanlar və s.
Tənəffüsdə sanki bir rahat nəfəs almaq üçün ayağa qalxdım və ətrafıma boylandım. O burda yox idi. Axı niyə?
Məncə xəstələnib,pis düşünmək istəmirəm.
-Jasmin, eşitdin ?
-Nəyi?
-Bilmirəm necə deyim
-Jalə, sözü oynatma ,de!
-Mehman
-Nə Mehman? Ona nə olub?
-Həyəcanlanma!Sadəcə kiçik bir avtomobil qəzası
-Nə? Hanı o? (Özümdə bilmədən əsməyə başladım )
-Xəstəxanadan evə buraxılıb
-Bu qədər tez?
-Axı dedim o qədər ciddi deyil
-Mənə görə oldu, onu görməliyəm
-Hara gedirsən? Dərs. . (Onun sözü bitmədən artıq otağı tərk etmişdim, iri addımlarla pilləkənlərdən düşür, qəlbimi yerindən çıxacaq kimi titrək hiss edirdim. Onu xəstə görmək mənə əzab verərdi. )
-Salam ,Tünzalə xala
-Salam ,qızım
-Mehmanı görə bilərəm?
-Əlbəttə, keç içəri
-Çox sağ olun (içəri daxil olduğumda ilk gördüyüm divan üzərində uzanmış və televizorda futbol izləyən Mehman idi.)
-Salam, Mehman ,necəsən? (Səs gəlmədikdə bir an onu eşitmə qabiliyyətini itirmiş olaraq xəyal etdim, amma çox şükür ki ,sadəcə qulaqcıqla olduğu üçün məni eşitmirdi )
-Ooo,Afrika şəhzadəsi xoş gəldin
-Xoş gördük, bizi çox qorxutdun
-Mehman, mən sizə çay gətirim (anası qonaq otağını tərk etdi. Son zəngdən sonra ilk dəfə idi ki,Mehmangilə gəlirdim)
-Gəldiyin üçün çox sevindim
-Mənim yerimə hər kəs belə edərdi
-Amma sən gəldiyində hərşey daha gözəl olur
-Sağ ol (bir anlıq sükut oldu otaqda. Amma uzun dəvam etmədi. Mehmanın anası əlində "çay padnosu" ilə otağa daxil oldu )
-Mehman, eyni yerdə oxuduğunuzu dedi
-Bəli, elədir
-Çox sevindim
-Biz də (Mehman bu cümləmə təəccüblənib mənə baxdı və qəribə bir gülüş yarandı üzündə )
-Jasmin ,bütün uşaqlar qəzadan sual verdi. Sən hələ də sual verməmisən
-Ağzımdan aldın
-Deyirəm də, sənin kimi hər yerə burnunu salan Afrika şahzadəsi nə əcəb ki hələ də sual verməyib
-Mehman! Qızla nəzakətli danış!
-Problem yoxdur, Tünzalə xanım
-Görürsən, ana. Qız deyir problem yoxdu
-O mədəniyyətindən deyir
-Düz deyirsən
-Mən artıq icazənizlə gedim
-Qızım, yeməyə qal. Indi hazır olacaq
-Jasmin, qalmağını istəyirəm
-Mən də istərdim ,amma dərsdən təlaşla çıxdım. Ailəmlə problem yaransın istəmirəm
-Yaxşı qızım ,anana da Salam de
-Mütləq, özünə yaxşı bax ,Mehman
-Mən də səni ötürüm
-Lazım deyil, özüm yolu tanıyıram
-Mənə xəstə kimi davranma
(Yenidən Tünzalə xanıma sağ olun deyib, qonaq otağını tərk etdim. Qapını açıb sağollaşanda Mehman qolumu tutdu )
-Demək mənə görə dərsi yarım qoydun..
-E,bilirsən
-Bilirəm, indi daha da aydın görürəm
-Anan eşidəcək
-Nəyi?
-...
-Mənə qarşı hislərinin olduğunu, bunun nifrət olmadığını anlamışdım. (Utandığımı görüb sözü dəyişdi )
-Dərslərin yerin mənə xəbər elə
-Nə dərsi?
-Anladım, mühazirələr
......