Onunla bərabər

95 10 0
                                    

Qurmağa qorxduğum arzularımı reallaşdırmaq üçün əlimdən gələni edəcəkdim artıq. Çünki hiss etmişdim. Onun qəza keçirdiyini deyəndə qəlbimin necə vurduğunu, ruhumun bədəndən ayrıldığını hiss etmişdim. Mən ilk dəfədir ki,belə hiss edirdim. Bəlkə hər bir yaxın adam qəza keçirəndə belə olmaq olar, amma mən ağrının nə olduğunu bilirdim. Bu başqa hissdir. Ürəyimə gedən damarlarda qanın dayandığını hiss etmək, canından bir parçanın ayrıldığını düşünmək çox ağrılı idi. O günüm inanılmaz gözəl keçdi. Bu gün pis xəbər almışdım, amma onun bu gülən üzünü görmək, zarafatlarını dinləmək necə də gözəl idi. Bunu əsla xəyal etməmişdim. Mənə etiraf etməsəydi, bəlkə də bu günə kimi bu hissləri nifrət adlandıracaqdım.
Səhər dərsdən sonra mənə
-Mənimlə bir neçə qızıl saatınızı paylaşa bilərsiz, Afrika şahzadəsi?
-Çox istərdim, amma təəssüf
-Niyə soruşsam?
-Anamın ad günüdür. Bilirsən o bizim ailəmizə və mənə qarşı çox həssasdır. Bu gün onun üçün özəl deyil, amma hər birimizin yanında olmasını istəyir. Yaşlandıqca bizi itirmək qorxusu onu dəli edir. Bunun üçün üzr. Və istərsən sən də gələ bilərsən,çünki sən də ailəmizin bir üzvüsən. Yəni sənin ailə üzvümüz olduğunu düşünürəm. Yanımdasan və mənə dayaqsan,həm ailəm də səni öz uşaqları kimi sevirlər.
-Məncə bunlar bir ailə partisinə daxil olmaq üçün azdır
-Bilmirəm
-Həm bu məni həyəcanlandırır. Buna görə gələn dəfəki deyək
-InsaAllah ,ümid varam bəhanə tapmazsan
(Qəribə gülüş atdı və sağollaşdıq)
Bütün günü ailəmlə birlikdəydim ,amma fikrim onun yanında. .Düşünürdüm ki,onun qəlbinə dəymişəm ,amma ona sabah bir az gəzişək demək ,sanki illərdir bunu gözləyirmiş kimi davranmaq idi. Özümü toplayıb dərslərə hazırlaşmağa çalışırdım. Tənəffüsdə mənə
-Bugün səninlə birlikdə bir yerə getmək istəyirəm, nə deyirsən
-Əlbəttə (öz -özümə onu bir az əsəbləşdirim dedim və tez sözümü dəyişdim )
-Əlbəttə gedərəm, amma işim var.
-Yaxşı (Bir az dayandıq, amma sonra sükutu pozdu və gözləmədiyim bir ifadə ilə )
-Mənimlə görüşmək istəmirsən, hə? (Sual vermişdi sandım, amma özü-özünə cavab verdi )
-Əlbəttə!Əlbəttə istəmirsən. Sənin üstünə gəldim,elə deyilmi?
-Xeyr, Xeyr! Zarafat edirdim! Gedə bilərdik (onun belə reaksiya verəcəyini heç düşünməmişdim )
Maşına mindim və hara getdiyimizi soruşdum. Mənə sevdiyim yerə gedirik dedi.
- Sənin sevdiyin yer sevmədiyim yer ola bilər.
-Çox sual verirsən
-Ən azından sakit, ya da səs küylü olduğun de
-Sakit.
Uzun müddətli sakitlikdən sonra "botanik bağı"na gəldik. Özümü saxlaya bilməyib ona döndüm
-Mən başqa yer xəyal edirdim
-Sevdiyini düşünürdüm
-Inanmazsan,amma gəlməmişəm. Sevməyə gəldikdə isə mükəmməl bir yerdir. Mən düşünürdüm ki, kitablarda və seriallarda olduğu kimi dəniz kənarına gedəcəyik. Amma bura həqiqətən mükəmməldir.
-Buna sevindim
Sonra ağac altında oturub bir -birimizə baxdıq. Sükut çökmüşdü, amma mən sükutu pozdum
-Insanlar necə də qəribədir?
-Həyatda insan sayı qədər hekayə var. Yəni qəribə olmaları normaldır
-Yaradılış mükəmməldir, amma insanlar robot kimi eyni şeyi təkrar edirlər və bu çox sıxıcıdır. (Nəsə demək istəyirdi, amma imkan vermədim )Atom bombası yaranarkən bunun pis istifadə olunacağını bilmirdilər və nəticə:Günahsız insanların ölümü. Insanların sonu mənasız görsənir, amma mənə çox maraqlıdır
-Səni bu suallardan ayırmaq istəməzdim, amma biz bura insanlardan uzaqlaşmaq üçün gəlmişdik, deyəsən
-Tamam unutmuşam
-.... (ayağa qalxıb yeridik bir az. Onun yanında olmaq mükəmməl idi. Sanki illərdir burnum üstündə oturmuş kəpənəyi görməmiş kimi. Amma kəpənəklərin ömrü 1 gündür )
-Artıq evə getməliyəm.
-Zamanın necə axdığını hiss etmədim
-Məncə bu pisdir
-Səninlə 1 gün xoşbəxt olmaq min ilə bərabərdir
-...Eee (bayaqki kəpənək məsələsi yadıma düşdü )
Hər şey mükəmməldir. Onunla keçirdiyim bütün həftələr, günlər qızıl dəyərindədir. Hər gün səhər oyanarkən dua edirdim ki,bu əfsanə heç bitməsin. Qəlbimdə hər zaman qorxu vardı. Dərinlərdə bir qorxu, hansıki heç kəs görmürdü.

ƏlvidamHikayelerin yaşadığı yer. Şimdi keşfedin