Hər il olduğu kimi bu il də bizim kiçik qəsəbəni qar qucaqlamışdı.O qədər şiddətli qar yağırdı ki, heç nə görünmürdü.Qəsəbədə yaşayan hər kəs evlərində isti sobanın yanında oturub, bu şiddətli qar fırtınasının faciə gətirməməyi üçün dua edirdi.Digər evlərə baxanda qəsəbənin məşhur həkiminin,müəllimlərin evləri daha gözəl və möhkəm tikilmişdi.Bəs o evlərin içində yaşayanlar da gözəl insanlarmı idi?
Saat gecə on ikiyə yaxınlaşırdı.Yavaş-yavaş evlərin ışıqları sönməyə başlayırdı.
Saleh həkim həyat yoldaşı Lalə və 9 yaşlı oğlu Tərlan ilə masada oturub söhbət edirdi.
-Nəhayət ki,bu günü də xəstəsiz yola verdik,yoxsa bu çovğunda yollarda qalardım.
Saleh həkimin bu sözü Tərlanı qıcıqlandırmışdı və dilləndi:
-Ata, sənin işin çovğun da olsa insanlara kömək etmək demək deyil? Televizorda,kitablarda həkimlər qəhrəman kimi göstərilir...Axı sən heç nə etmədən qəhrəman ola bilməzsən!
Saleh həkim oğlunun sözünə cavab vermək əvəzinə başından vurdu:
-Görünür, səni anan çox qudurdub, sizə xərclədiyim pulları toplasam, 100 qəhrəmanlıq heykəlinin pulu edər.
-Mən amma sənin kimi olmayacam,qəhrəman bir həkim olacam.
Saleh həkim gülməyə başladı:
- sən aldığın o qiymətlərlə 11-ci sinfə qədər gəlib çatsan,şükür elə. Hələ də vurma cədvəlini bilmirsən. Mənim kimi savadlı olmaq əvəzinə,getdin savadsız anan tərəfə oxşadın.
Tərlan atasının bu cavabından sonra nə deyəcəyini bilmədi və yatmağa qərar verdi.
Bu zaman qapı bərk döyülməyə başladı.Elə bərk döyülürdü ki, az qala yerindən çıxsın.
Saleh həkim qapını açdı.
Qıpqırmızı olmuş burnu və yanaqları, yaş dolu gözləri olan bir qız uşağı onun qolundan tutub dartmağa başladı.
Saleh həkim geri çəkildi:
-ay bala,dayan görüm,nə olub?
Titrəyə-titrəyə danışmağa çalışan qız uşağı yenidən həkimin qolundan yapışdı:
- A-anam...çox xəstədi...xahiş edirəm,gəlin!
- Anan?
- Mirvari...a-adı Mirvari! Onu tanıyırsız,gəlin,xahiş edirəm!
Saleh evinin içinə doğru geri çəkilməyə davam elədi:
- Deməli, falçı Mirvari...
- Xahiş edirəm,kömək edin!
- Mən bu çovğunda heç yerə gedən deyiləm! Yaxşısı budur ki, ananı xəstəxanaya apar.
Balaca qız yenidən həkimi özünə çəkməyə çalışdı:
- Mən bu çovğunda bura gələ bildimsə,siz də ora gedə bilərsiz! Bizim xəstəxanaya getmək üçün maşınımız yoxdur axı! Bəs dövlət sizə buradaki insanları sağaltmağınız üçün pul vermir? Anamı sağalt! Bu sənin borcundu!
Həkim uşağı itələdi. Balaca qız yenidən ayağa qalxmağa çalışırdı:
- Sənin anan kəndin ən pis və murdar insanıdı! Sizin yaşadığınız evə belə gəlmərəm,qaldı ki, ananı sağaltmaq! Cəhənnəm ol evinə,yetimçə! Bilinmir heç atası kimdi,gəlib mənə ağıl öyrədir!
Həkim qapını örtüb içəri keçdi.
Balaca qız digər qapıları döyməyə başladı.
- Kömək edin! Kömək edin!
Bir qapı açıldı, xala uşağa baxıb gözlərini bərəltdi:
- Ay Allah, kafirin qızı! Südabə,içəridən sirkə gətir, ifritə Mirvarinin qızı qapıma əl vurdu!
Balaca qız qaçaraq uzaqlaşdı.Döydüyü hər qapıda təhqirlər,söyüşlər eşidirdi. Evinə gəlib çatdı.Anasının olduğu yatağa yaxınlaşdı,gözlərindəki yaş sel kimi axırdı sanki. Anası onun başını sığalladı:
- Nə oldu?...gəlməyəcəklər?
- F-fırtına var deyə...yollar bağlı imiş...Həkim də evdə deyildi...Ana.
- düzünü de,səni...incitmədilər ki, yenə? Məktəbdəki kimi...
Balaca qız özünü saxlaya bilmədi və anasını bərk qucaqlamağa başladı.
- Bizi niyə sevmirlər? Biz pis insanlar deyilik axı! Onlar özləri gizlincə sənin yanına gəlib,fal baxdırırlar! Sonra isə başqalarının yanında sənin haqqında çox pis danışırlar! Burada heç yaxşı insan yoxdu,ana?
Anası gülümsəməyə çalışdı:
- Var,qızım...Sən varsan.Yaxşılıq elə bir şeydir ki, etdikcə görəcəksən ki, başqalarına da təsir edir. Düzdür,əlimdən gələni elədim,çalışdım ki, burada yaşayanlara yaxşı şeylər öyrədim,özümdən sonra yaxşı bir iz qoyum.Onlar daha çox...gələcəkdə nələr olacağı ilə maraqlanırdılar.Varlı ola biləcəyəmmi? Ərim mənə geri qayıdacaqmı? şöhrətim olacaqmı?
Anası ışığa baxıb davam elədi:
- Ancaq heç biri soruşmadı ki, gələcəkdə insanlara bir xeyrim dəyəcək mi? Kimlərə kömək edəcəm? Kimisə xoşbəxt edə biləcəm?
- Ana,danışıb özünü yorma.
- Qoy doyunca danışım...
- Sənin sağaltma iksirin var ya da dərman? Əgər yoxdursa, izah elə,mən dərman düzəldərəm.
Anası qızının axan burnunu əli ilə sildi.
- Bəzi xəstəliklərin dərmanı yoxdur,Bendis...Qəlb yarası sağalmaz yaradır, ən bahalı,ən güclü dərmanlar qəlbin üstündəki yaraları yara bandı kimi yalandan örtə bilər.
- Atamın verdiyi yara bu qədərmi dərin olub,ana?
- Kaş üstündə sadəcə yaralar olardı. Amma qəlbimin yarısını apardı getdi atan.
- Mən sənə qəlbimin yarısını verəcəm! O-onda...onda sağalarsan?!
- qəlblərimizin ölçüləri eyni deyil axı,gözəl qızım.
- ancaq içlərindəki bir-birimizə qarşı olan sevgi eyni ölçüdədir,elə deyil, ana?
Anası gülümsəyər.
- Səni düzgün böyütmüşəm.Özümdən sonra yaxşı bir iz qoymaq istəyirdim...Sən özümdən sonra qoyduğum ən yaxşı izsən,Bendis.
- Belə danışma,qorxuram, vida edirsən...elə bil.
- Mənə diqqətlə qulaq as indi. Səhər açılan kimi sənin üçün hazırladığım çanta ilə meşəyə doğru get, orada nənənin evi var,nənən səni gözləyir.
- Niyə? niyə ora getməliyəm ki?
- yaxşı qız olmaq istəyirsənmi, Bendis?
- istəyirəm!
- onda ananın sözünə qulaq as və məni bərk qucaqla.Gözlərini yum və nə baş versə,açma gözlərini.Eşitdiyin şeyləri eşitməmiş kimi davran.
Bendis anasının sözünə qulaq asar,onu bərk qucaqlayıb gözlərini yumar.
-Səni çox sevirəm,Bendis...
Mirvari onu bərk qucaqlayıb,öskürməyə başlayar.Dərin-dərin nəfəs alıb-verər.
Sonra nəfəs səsləri kəsilər.Bendis anasına səslənər,ancaq cavab gəlməz.
Qışqırıb,hönkürtü ilə ağlayar.
- KÖMƏK EDİN!
O gecə qar fırtınası faciə yaratmamışdı.Faciəni yaradan insanlar idi.
ŞİMDİ OKUDUĞUN
Bendis və meşənin uşaqları
ChickLitDeyir ki, sehirli süpürgə hər yerə aparır...Bəs arzularıma gedən yola niyə apara bilmir? - Meşəyə yaxın kiçik bir qəsəbədə yalnız yaşayan 17 yaşlı cadugər Bendis, buranın mühafizəkar əhalisinə qarşı mübarizə aparır və onlara cadugərlərin də yaxşı bi...