-Qancıq, sənə görə mənim dayım işini itirdi. Bunun bədəlini ağır ödəyəcəksən,- dəlilənmiş sinif yoldaşım saçımdan yapışaraq məni ayaqyolunda yerə yıxıb bağırır. Mən qıpqırmızı gözlərlə qəzəbli Samantaya baxaraq deməyə söz tapmıram. Bu həqiqətən də mənim günahım idi. Mən şikayət eləməsəm, coğrafiya müəllimimizi dəyişməyəcəkdilər. Məni bir dəfə dərsdə vurduğunu təsadüfən ağzımdan qaçırmışdım deyə, direktor Mister Smiti işdən kənarlaşdırmağa qərar verdi. Samanta hələ dönə-dönə demişdi, bunu heç kim bilməyəcək. Ona söz vermişdim və həqiqətən də, dediyim sözün üstündə durmuşdum. Sadəcə, telefonda rəfiqəmə baş vermiş hadisəni deyəndə dəhlizdə məni təsadüfən fransız dili müəlliməm eşidərək direktora çatdırmışdı.
Mister Smitə məni dərsdə vurduğuna görə inciməmişdim əslində. Özümə qarşı bu cür münasibətə öyrəşmişdim artıq. Uşaqlıqdan bəri birinci atamla anam, daha sonra qardaşım, məktəbdə oxuyandan bəri isə sinif yoldaşlarım tərəfindən daim təhqir olunub alçalırdım. Qızlar bəzən əl də qaldırırdı. Amma bu mən onları nəyləsə əsəbiləşdirəndə baş verirdi. Səbəbkarın mən olduğumu bilirdim, ona görə onları qınamırdım mənə belə davrandıqları üçün. Buna layiq idim. Boş-boş danışan, gülən, özünü cılız insan kimi aparan qızı siz də görsəniz, siz də onlar kimi əzməyə çalışardınız. Bunsuz həyat artıq təsəvvür edə bilmirdim. Mənim üçün zorakılıq gündəlik adi bir şeyə dönmüşdü. Ona görə də, Mister Smiti şikayət eləməyi belə düşünmürdüm. Söhbətimizi eşidən Miss Helqaya nə qədər yalvarıb heç kimə deməsin, yoxsa problemlərim artacaq desəm də, "Qızım, bu normal deyil, biz bu məsələni mütləq direktora çatdırmalıyıq" söyləyib məni sinif qarşısında pis vəziyyətdə saxlamışdı. Bütün sinfin çox sevdiyi və üstəlik ən varlı qızın dayısı mənim axmaqlığım üstündə işini itirmişdi. Tamamilə mənim səhvim idi. Buna görə, Samantanın hər cür "cəza" verməsinə artıq hazır idim.
-Bağışla, mən həqiqətən heç nə deməmişəm direktora. Nəyə istəsən and içirəm, Samanta. Mən Mister Smitin məktəbdən uzaqlaşmasını istəməzdim.
-Yalan deyirsən!- qarnıma növbəti təpiyi vuraraq ağrıdan yerdə qıvrılmağıma səbəb olur,- sən heç vaxt mənim dayımı sevməmisən, qancıq. Mən ona necə baxdığını görürdüm. Kaş səni daha betər vurardı. Heç nə olmaz, mən dayımın qisasını səndən alaram indi,- sürətlə mənə yaxınlaşaraq saçımdan yapışır. Bir təpiklə kabinin qapısını açır. Samantanın rəfiqələri bu müddət ərzində ondan arxada duraraq məni əyləncəylə izləyirdilər. O, ağrılı şəkildən saçımı yumruğuna dolayaraq məni var gücüylə irəli, unitaza doğru itələyir. Mən müqavimət göstərmədən istədiklərinə əməl edirəm. Başımın unitaza salınmasına hər saniyə ilə daha yaxın olduğunu hiss edib həyəcanlanmağa başlayıram. Nəhayət, unitazın qarşısında diz çöküb növbəti an nəyin baş verəcəyini təxmin edərək yaş gözlərimi yumuram,- indi baxarıq nə dərəcədə peşman olduğuna,- zəhər dolu söyləyir.
-Burada nə baş verir?!- arxadan laborantın səsi gəlir. Samanta saçlarımı buraxaraq cəld ona doğru dönür.
-Heç, Aqnessanın ürəyi bulanırdı, ona qaytarmağa kömək edirdim,- məndən uzaqlaşaraq söyləyir. Mən yerimdən tərpənməyərək yıxlmamaq üçün kabinin divarlarından son gücümlə yapışıram.
-Cəld tərk etsin hər kəs buranı, yoxsa az əvvəl gördüyüm səhnəni direktora izah etməli olacaqsınız!- laborant bağıraraq qızları ayaqyolundan bir-bir çıxarır. Samanta qıcıqlanaraq az əvvəl pəncərənin qabağına tulladığı çantasını götürüb ortalıqdan yox olur.
-Qızım, yaxşısan?- mənə yaxınlaşaraq ayağa durmağa kömək edir. Mən göz yaşlarımı silərək yerə baxıb başımı əyirəm,- tez-tez belə şeylər edirlər sənə?- mən səssiz ona baxıb burnumu çəkirəm.
ŞİMDİ OKUDUĞUN
Sevimli müəllimim +18
Teen Fiction-Cerom, biz artıq bitirməliyik münasibətimizi,- dünyanın ən seksual müəlliminin gözlərinə baxıb söyləyirəm. -Bunu sənin içində olduğum vaxt deyirsən?- gülərək məni pik həddə çatdırır.