2.

91 2 1
                                    

Səhər anama söz verdiyim kimi otağımı tərk eləmirəm. Atam bu gecə də evə gəlməmişdi. Qardaşımın dediyinə görə anam buna görə bütün gecəni ağlayıb. Əslinə qalsa, atamı heç qınamırdım. Bu cür qəzəbli, gərgin həyat yoldaşım olsa, mən də onun əlindən qaçardım bəlkə. Universistetə qəbul olanda edəcəyim ilk şey bu dəlixanadan qaçmaq idi. Ona görə dərsləri bacardığım qədər yaxşı oxuyub, yaxşı qiymətlərlə təqaüdlü bir universitetə sənədlərimi verməyi düşünürdüm. Onda hər şey qaydasına düşəcəkdi. Məni əzən ana, qardaş, sinif yoldaşları olmayacaqdı əhatəmdə. Tamam fərqli, yeni Aqnessa Uilyams duracaqdı qarşınızda. Dərsə getməyə icazəm olmasa da, növbəti bir neçə günü buraxdığım dərsləri evdə oxuyaraq keçirirəm. Başa düşmədiyim yerlərdə Nora mənə kömək edirdi, əlbəttə, buna vaxtı olanda. Nora vaxtının çox hissəsini Trevislə keçirirdi. Bir-birlərinə çox aşiq olduqlarını, həyatlarının sevgilərini tapdıqlarını deyirdi. Onun adına çox sevinirdim. Mənim sevgidə bəxtim gətirməsə də, xoşbəxt cütlüklər görmək məni çox xoşbəxt edirdi. Hər zaman mənim də elə sevgi tapacağımı xəyal edirdim. Bəlkə haradasa məni olduğum kimi qəbul edəcək, məni hüceyrələrimə kimi sevəcək biri var idi və hal-hazırda mənlə tanış olmağı xəyal edirdi. Bu düşüncələr məni xoşbəxt edirdi. Özümü lazımlı hiss edirdim belə anlarda.

Mən dərindən köks ötürüb noutbuku dolabçanın üstündən götürürəm. Dünənki gün həqiqətən maraqlı keçmişdi. Mister Metyunun sonda dedikləri heç yadımdan çıxmırdı.

-Yalan deməyəcəyəm, şagirdim olmasan, görüşəcəyim bir qız tipisən. Bir gündür səni tanısam da, səndə yaxın bir şey hiss edirəm. Danışığın, zövqün, görünüşün, yumor hissin çox xoşuma gəlir. Amma bunun mümkün olmayacağını ikimiz də bilirik. Ona görə səni qısqanmağa haqqım yox idi.

Bu cümlə məni xoşbəxt elədiyi kimi, eyni zamanda məyus edirdi. Xoşbəxt ona görə ki, kiminsə məni istədiyini eşitmək çox xoşuma gəlirdi. Amma niyə məyus olduğumu anlamırdım. Onlara qarşı hisslərimin olması mümkün deyildi. Mən ömrümün sonuna kimi Ronalda sadiq qalacağıma söz vermişdim özümə. Bir gün, Samantadan ayrılanda mənə gələcəyini o qədər gözəl bilirəm ki. Mümkünsüz şeyləri Mister Metyu ilə xəyal eləmək axmaqlıq olardı. Ronaldla bir araya gəlmək şansımız, Mister Metyu ilə birlikdə olmağımızdan daha yüksək idi. Fu, bu nə fikirlərdir, Aqnes. Hal-hazırda öz müəlliminlə özünü xəyal elədiyni dərk edirsən?

Mən başımı silkələyib xəyallardan özümü ayıldıram. Facebook-a girib yenilikləri izləməyə qərar verirəm. Axtarış bölməsinə Ronald Rodrigez yazıb onun səhifəsini incələyirəm. Orada Samanta ilə səyahətdən və bahalı maşınlarından başqa heç nə yox idi. Tez sıxılıb çıxıram. Bir neçə saniyə ekrana baxıb nəylə məşğul olmağı fikirləşirəm. Axtarış bölməsinə klikləyəndə, son axtarışlarda Cerom Metyu adını görürəm. *25 ortaq dost* yazısını görəndə qəzəblənməyə başlayıram. Bu adam bütün məktəbin qızlarını dostluğuna yığmağa qərar verib? Hirslənib noutbuku bağlayaraq onu kənara atıram.

Bir neçə dəqiqə sonra telefonuma bildiriş gəlir. Qəzəbim hələ də soyumamışdı. Bildirişi açanda növbəti yazını görürəm. *Jerome Mathew dostluq istəyinizi qəbul elədi* mən təşvişə düşüb onun səhifəsinə girirəm. Zibilə qalsın! İndi onu izlədiyimi biləcək! Özümə daha da qəzəblənib səsli ofuldayıram. Yastığı üzümə basaraq möhkəm qışqırıram. Həyəcanımı telefona gələn mesaj bölür.

Jerome Mathew: Miss Uilyams, sizi buaralarda görmək nə xoşdur. :)

Mən mesaja baxıb daha da həyəcan keçirirəm. Özümü heç nə olmamış kimi aparmalıyam. Elə bil bilərək ona dostluq yolladım. Mister Metyu heç nədən şübhələnməməlidir.

Sevimli müəllimim +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin