Qarşıdan istirahət günləri gəlirdi deyə, günə heç nə planlaşdırmayıb bütün gün yerimdən durmamaq istəyirdim. Mən yuxudan oyananda günorta saat 1 idi. Hal-hazırda evdə olsam, anam məni səhər 9-dan oyadıb evləri yığışdırmağa kömək etməyə məcbur edəcəkdi. Burada olmaq mənim üçün həqiqətən istirahət kimi idi. Dünəndən bəri telefonu heç yandırmamışdım. Anam, atam, qardaşımın dəfələrlə zəng edib məni axtardıqlarına əmin idim. Heç biri ilə danışmaq istəmirdim. Onlara da istirahət olsun, mənə də. Mən dartınıb ətrafa baxıram. Evdə heç öyrəşmədiyim bir sakitlik var idi. Yerimdən durub canlı insan axtarmağa başlayıram. Noranın otağına girəndə hələ də yuxuda olduğunu görüb səssiz çıxıram. Bu gün evə gedib paltarlarımı yığmalı idim. Amma bunu heç kim olmayan vaxt etmək istəyirdim. Daha bir davaya ehtiyacım yox idi. Onlardan dincəlmək istəyirəm. Heç kimin mənə yük kimi yanaşmasına icazə vermərəm. Mən əl-üzümü yuyub Nora ilə özümə səhər yeməyi hazırlamağa başlayıram. Soyuducudan yumurta, sosis, tərəvəzlər çıxarıb dadlı görünən süfrə qururam.
-Mm, nə dadlı qoxu yayılıb evə,-Nora yuxulu-yuxulu mətbəxə girir.
-Sabahın xeyir,- gülümsəyirəm.
-Sənin də. Səhərdən gümrahsan baxıram. Buna sevindim,- dünən baş verənlərə işarə edərək mənə göz vurur,- Bu enerjin lazım olacaq, çünki bir azdan Trevis bizi götürməyə gələcək.
-Nə? Hara gedirik?- masadan pendir götürüb yeyərək soruşuram.
-Sandersin valideynlərinin şəhərdən kənarda evi var. Hamımız ora yığışırıq bu gün. İndidən deyim, Nolan da orada olacaq, qorxma,- mən gülməyə başlayıram.
-Hə, Nolan getməsə, getməyəcəkdim. Nə yaxşı ki, gəlir o da,- kinayəli deyirəm.
-Az danış,- zarafatca deyir. Biz səhər yeməyini yeyib hazırlaşmağa başlayırıq. Nora qarderobunu açıb istədiyim paltarı götürməyi təklif edir. Az sonra dalımızca Trevis gəlir. Biz Cessikanı, lazım olan çantaları götürüb aşağı düşürük.
-Həyatım, salam,- Nora bizi binanın girişində gözləyən Trevisi görən kimi onun qucağına atlanır. O, Noraya sarılıb yanağından öpür. Bir neçə saat qabaq sağollaşmaqlarına baxmayaraq aylardır görüşməyənlər kimi bir-birlərinə isti münasibət göstərməklərini görmək məni çox sevindirirdi.
-Salam, Aqnes,-Trevis məni salmalayır,- gedə bilərik ya da istəsən, Nolanla get sən, hə?- mənə mülayim şəkildə təklif edir.
-Em, yox, ehtiyac yoxdur, sizinlə gedəcəyəm,- utanaraq deyirəm.
-Yaxşı, necə istəyirsən. Gedək, elədirsə,-Trevis çantaları maşına yerləşdirməyə kömək edir. Bir neçə dəqiqə sonra biz artıq yola düşürük. Sandersin evi San-Fransiskodan 2 saatlıq məsafədə idi. Yolumuz uzun olsa da, vaxt çox tez keçir. Biz şəhərkənarı evə çatanda hava qaralmaq üzrə idi. Qış olduğu üçün burada olduqca soyuq idi. Biz maşından düşüb evin girişinə doğru gedirik. Qapıda bizi Sanders və görünür ki, sevgilisi olan Barbara qarşılayır.
-Nəhayət gəldiniz, sizi gözləyirik hamımız,-Sanders deyir.
-Bro, bağışla, qızlar bir az gec hazır oldu,- Trevis yaxınlaşıb Sandersin əlini sıxır. Biz salamlaşıb üşüyərək evə keçirik. Ev çox möhtəşəm idi. Hər şey taxtadan, zövqlə mebellə doldurulmuş, iki mərtəbəli, mənzərəsi gölə açılan geniş otaqları var idi.
İçəridə bizi görüb sevinərək Nolan yaxınlaşır.
-Xoş gəldiniz,- Nolan gülümsəyərək deyib mənə yaxınlaşıb yanağımdan öpür. Mən utanıb başımı aşağı salıram. Nora səssiz gülüb mətbəxə, digər uşaqların yanına gedir.
ŞİMDİ OKUDUĞUN
Sevimli müəllimim +18
Novela Juvenil-Cerom, biz artıq bitirməliyik münasibətimizi,- dünyanın ən seksual müəlliminin gözlərinə baxıb söyləyirəm. -Bunu sənin içində olduğum vaxt deyirsən?- gülərək məni pik həddə çatdırır.