Kafirin pəncərəsi

304 15 1
                                    

Məni yarım buraxıb
Başqasını tamamlamağa gedirdi, o
Qoxusu bulaşmış yorğanlarda boğulurdum
Boğurdu məni, o

Atarkən addımlarını evimdən bayıra
Bilmirdim əlindəkiləri
Ey, bulud gözlüm, başımın dumanı boğur
Qaytar yuxularını

Vermədən aldığın bir iki xoşbəxtlik qırıntısıydı mənimkisi
Sən, boyalı dırnaqlarınla çaxır dadařdın
Mən səndən sərxoş idim
Bunu heç kəs bilmədi
"Sağ ol" demədən günəşi atdığın addımlarını silməmiş də heç
Nə də olsa öldürdüyün adama "sağ ol" deməzdin

Mən səhərə düşmən idim
Gecələr heç öpməzdi məni, o
Sevgimizə bulaşmış bir yataq
O yatağı tabutuma çevirib, o

Şeir yazmağımı heç sevməzdin
'Şeir səni məndən alır' pıçıltısı
Mən şeirlərimi basdırdım ayaqlarının altına
Bir ad günü hədiyyəsi

Boş evimizdə sonsuzluğa rəqs edərkən
Sən bir eşq, mən səmazən
Ay və Günəş çox boş görünür, inan
Bir kafirin pəncərəsindən

AlikhayyamHikayelerin yaşadığı yer. Şimdi keşfedin