Sənsiz üşüdüyüm neçənci payızdı
Tək islandığım neçənci yağış yağır indi Bakıya
Heç kəsin məni eşitmədiyi bir yerdən danışıram
Görəsən neçənci məxluqam ki,
Məhkum olmuşam BakıyaHəyatın əvəzinə qərarlar almıram artıq
İlləri addımlamağa halım yoxdu
İradəmin ağzını qıfıllamışam
Sən gedəndən neçənci payızdı bu?
Bilmirsən
Bilmirəm
Mən Bakıda çox qocalmışam.