Sənə qarşı qələmi təhlükəli işlədə bilmirəm
Heç bir şeirdə sənin hissin olmadan
Misraların üstündən keçə bilmirəm
Üstümdən keçdin, yerin yeddi qat altındayamBir də isti baxışın baxmadı baxışlarıma
And içdiyim kimi, arzularımı səpəmmədim saçlarına
Ən dərin şeirim yazılsa da yoxluğuna
Misraları yandırıb, külünü uçurdacam ayaqlarınaHə, ən böyük ayıbı biz elədik, bu ölkədə, dərindən sevdik
Baxışlarının günahlı üçbucağında
Bu ölkənin iyrənc baxışlarından an-an qaça bildik
Hələ də uçuram sənin dodaqlarının xatırlanışındaHər qafiyəm dənizlər qədər səliqəli deyil
Bu əllər, səndən sonra əvvəlkilər deyil
Günəşi tapdala bir gün yeddinci qatından qayıdanda göyün
Qaranlıqda, kimsə görmədən, səni son dəfə öpüm.