Şiir

288 21 0
                                    

Bilmirəm bu gur süni işıq
Niyə gözlərimi belə qamaşdırır
Allahın da sarayına belə böyük bir çilçıraq yaraşar

Nəfəsim, günəşi söndür, sonra gəl
Bu arzu, bu həsrət, bu əclaf sənsizlik həyatımı zindan elədi
Bildim ki, cibimdə ki qutudan savayı hər şey yalandı

Mən özümdən keçdim, sənə çatdım
Başına dönüm, özündən get, sonra gəl

Mələklər, o nurlu yalanlar, taxma qanadlar
Odlu şeytan, qara günah, o ən pozğun dini yalan
Hər şey yalan, şairlər də, şeirlər də
Yalvarıram qanadlarını qır sonra gəl

Of, yenə qış, yenə qar
Qara paltomu geyinib
Ağ qara boyanmış qapqara şəhərdə gəzmək var yenə
Qurban olum, bərk-bərk geyin, sonra gəl

Hansı kitabdan danışaq gecələr
Hansı filosofu seçək bir gecəlik oxu saatına
Hansı anladar bizi bir birimizə
Sevdiyim, sən mən ol, sonra gəl

AlikhayyamHikayelerin yaşadığı yer. Şimdi keşfedin