Həyat çox qəribədir və günü-günündən daha da qəribələşdiyini görmək məyusedicidir. Sual verməyə başlayırsan, sorğulayırsan, bir səbəb axtarırsan. Ancaq nə bir səbəb tapırsan, nə də bir nəticə. Dönüb-dolaşıb bütün oxları yenə öz üzərinə çəkirsən. Özünü günahlandırırsan, təqsiri özündə tapırsan. Halbuki sənin heç bir yanlışın yoxdur bəlkədə..
Zaman irəlilədikcə əslində heç nəyin bir məna kəsb etmədiyini anlayırsan. Tam da o zaman öldürürsən özünü bütün ümidlərin ilə. Zatən insanı yaşadan şey də ümidlərdir, onu da itirdinsə bir məna qalmayıb deməkdir. Kor-koranə yaşamaq isə, yaşamamaqdan betərdir.
Onsuz yaşadığın müddətcə heç nə stabil qalmaz. Ömür boyu bir dəyişmənin, çaxnaşmanın içində taparsan özünü. İllər keçər, mövsümlər dəyişər, insanlar həyatına gələr-gedər, bəziləri yaşadar səni, bəzilərini isə öldürər. Bəzən isə sən öldürərsən onları qəlbində.
Buna görə də həmişə bir qarışıqlıq hökm sürər insan həyatında. Seçim və güc sənin əlində olar. Bacarsan uğurla, səbirlə hər şeyə qalib gələrsən. Ya da əzilərək məğlub olmağı seçərsən. Ancaq həyat sənə həmişə bu iki seçimi verməz. Bəzilərini zülmə məhkum edər. Ən çox zərbə alanlar da məhz onlar olar- özünə bir yer, bir ev tapa bilməyənlər. Hər qalxdıqlarında yerə düşənlər, ailəsindən sevgi görməyənlər, cəmiyyət tərəfindən təcrid olunanlar, qayğıdan məhrum qalanlar, insan həyatında bir yer tuta bilməyənlər, heç kəs tərəfindən sevilməyənlər, imkansızlıqla böyüyənlər, böyüməyə məcbur qalan uşaqlar, içindəki həyat eşqini öldürməyə düçar olanlar və daha bir çoxları.
İnsanı yaşadan nədir bilmirəm ancaq öldürən şeylərin çoxunu dilə gətirdim bayaq. Elə bizim ən çox istədiyimiz şey də yaşamaqdı sadəcə. Yaşamaq... sözün əsl mənasında yaşamaq...
Təəssüf ki yaşamaq- layiqincə yaşamaq elə də asan iş deyil. Layiqincə yaşamaq üçün isə nələrisə fəda etməlisən, əziyyət çəkməli, yeri gələndə düşüb, sonra yenidən qalxmağı öyrənməlisən. Bəzən səhv də olsa addım atmalısan. Yanlış da olsa tərcübə etməlisən. Çünki həyatın qanunu budur.Bəxtiyar Vahabzadə "Ömür" şeirində yazdığı kimi:
Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
ŞİMDİ OKUDUĞUN
Boşluqdakı Səs
No FicciónDaha özün belə özünü anlamazkən insanların səni anlamasını gözləmək necə mənasızdırsa, özünlə etdiyin müharibə də bir o qədər mənasız və boşunadı. Çünki nə bir sonu var, nə də nəticəsi... - Artıq standart bir şey üzərində yazmadığımın fərqindəyəm. H...