Giriş

111 1 3
                                    

Ətrafımdan qram səs gəlməzkən, beynimin içində savaşlar gedirdi. Ürəyim ən yüksək ritminə çıxmış, nəfəs alış-verişim sürətlənmişdi. Gözlərim ağlamaqdan qan qırmızısına dönmüşdü.Qabağımı bu gözlərlə görmək möcüzə olmalıdı. Qılıncım titrək əlimdən astaca daş döşəməyə düşüb sərdabəyə bənzər otaqda əks-səda etmişdi. Qısıq hıçqırıq səslərim yavaş-yavaş çoxalırdı.
Qorxunç halda idim. Lakin qarşımdakı
mənzərə məndən daha qorxunç idi.
Gözlərim hər ikisinin üstündə ümidsizcə gəzərkən, bir addım geriyə getdim. Darmadağın olmasına baxmayaraq hələdə kəskin və öldürəsi baxışları məni bu halda belə təəccübləndirmişdi. Gecə kimi qapqara gözlərindəki güçsüzlük və yorğunluğun üstünə qalın bir pərdə çəkmiş dik duruşunu göstərəcək şəkildə gözlərimin içinə baxırdı. Başımı bir az sağa çevirmiş digər krala
baxmışdım. Günəş kimi parlaq saçları
üzünü örtsədə dəhşəti görə bilmişdim.
Dəniz gözləri birinci dəfə bu qədər dalğalı və fırtınalı idi. Dəri rəngi hər zamankinə nisbətən daha solğun idi. Yanağının kənarındakı kəsik onu daha
da fərqli göstərmişdi. Gözlərimə azda olsa gülümsəyərək baxırdı, qəmginliyini gizləməkdən ötrü. Ən axırda baxışların kim olduğuna hələdə baş aça bilmədiyim hər şeyin səbəbkarına dönmüşdü. Yavaşca süzmüşdüm onu. Tamam qara geyinmiş, görməkdən tiksindiyim üzünə bandana taxmışdı. Bandananın tərpənməsindən dodaqlarını araladığını başa düşmüşdüm.

Soyuq və sərt səsiylə:"SEÇİM SƏNİN"
demiş və dayanmışdı.
Ardından dəvam etdi:"Lorena"
Acımasızca adımı səsləndirmişdi. Yaxşı, seçim mənim idi, ancaq bu seçim edam xəbərimdan daha ağır idi.

SEÇİM SƏNİN Hikayelerin yaşadığı yer. Şimdi keşfedin