3.Sahibsiz Cümlələr

45 1 0
                                    

Leyləklər göyüzündə rəqs edir, səsləri musiqi yaradırdı. Dəniz coşqulu dalğalarını savaşırcasına yüksək uçuruma vurduğu səsindən başa düşülürdü. Günəş başımızın üstündə bizi külə çevirmək üçün cəhd edirdi.

Saatlardır yol qət edirdik. Səhərin sübündə illərdi yaşadığımız xarabalığı tərk etmiş dağın ətrafından Weldan krallığına getməyə çalışırdıq. İyirmi iki nəfərin on biri Sansora ya, qalan on biri Weldana getməlidi. Antonio digər qrupa başçılıq edərkən, Nora mənim olduğum qrupa başçılıq edirdi. Ailəm və Rosalia mənimlə gəlmişdi.

Krallığın sərhədinə xeyli yol qalmışdı. Atlar yorulmuş, daşıdıqları yük güclərini azaltmışdı. Meşə içi ilə getməyimiz görüşümü zəiflətmişdi qarşımdakı insanlarla birlikdə.

Gözlərim aclıqla yem axtarırdı. Noranın havaya qalxan əli dayanmağımızı əmr etmişdi. Atlar bir-bir dayanarkən hələdə mədəm üçün yemək axtarırdım. Sadəcə mən yox çoxumuz belə idik. Nora arxasını atla birlikdə ağırca dönüb, hamıya göz gəzdirdi.

"Burada dayanaq. Gücünüzü yığın. Ardından yola qoyularıq." Atdan düşüb cilovun izi qalan əllərimi ovmağa başladım.

Atı yanımdakı yeşilliyə boğulan ağaca bağlayıb yerə oturdum. Belimi ağaca dayayıb, gözlərimi yorğunluqla yumdum. Ayaqlarımı özümə doğru çəkdim və əllərimi üstünə atdım.

Uzaqdan eşitdiyim onlarca addım içində biri mənə doğru yaxınlaşarkən gözlərimi açmadım.Onu addımlarından tanıyırdım. Sərt və soyuq addımlar qorxutucu olsa da addımlarının arxasından gələn kölgəsi elə deyildi. Həmin kölgənin addımları hər zaman titrək olardı. Və bunu gözü bağlı belə görə biləcək tək şəxs mənəm.

Addımlar daha da səsini yüksəltərkən, yanımda bitmişdi. Eşitdiyim xışıltılardan başa düşmüşdüm yanıma oturduğunu. Gözü bağlı dedim. "Anam hardadı? Yanında kimsə var?". Yəqin yerə qoyduğu qabda su var idi. Dərin bir nəfəs aldığını eşitdim. "Jessica yanında."

Jessica anamın hər zaman çətin günündə yanında olardı. Əsmər və arıq qadın sakit görünsədə xasiyyəti elə deyildi. Baxışları bir pələng kimi öldürücü olardı. Başqalarını aciz görsədə özüdə içdən aciz idi. Ancaq sevdiklərinə olduqca mehriban davranardı.

"Gedəcəyimiz yerdə sənə nəsə olacağından qorxuram." Qısıq səsi gözlərimi sürətlə açmama səbəb olmuşdu."Qorxun lazımsızdı. Özümü qoruya bilərəm." Atam üzünü mənə doğru döndərib danışdı. " Özünü qoruya biləcəyindən əminəm. Sən Riccardo Stefaninin qızısan." Dedikləri məni həm qürurlandırmış, həmdə burnumdan güldürmüşdü. "Sadəcə ola biləcəklər onada təsir edəcək." Başı ilə işarət etdiyi təfərə doğru döndüm. Onun üçün qurulan taxta yataqda uzanan anamı gör-
məmlə yutqunmuşdum. Gözləri yorğunluqla ətrafda gəzib mənim gözlərimi tapmışdı.

Açıq qəhvəyi gözləri o qədər günahsız baxırdı ki, sanki heç bir şey yaşamamış kimi.Üzündə yaranan gülsəmə məndə də yaranmışdı. Onun da qara və ipək saçları var idi.

"Olmayacaq. Ona heç nə olmayacaq." Kəskin və qalın çıxan sözlərim atamın səma gözlərini parlatmışdı. Onun kimi olduğumu görməsi sevindirmişdi. Sürətlə ayağa qalxıb üstümü silkələdim. "Hara?" Atamın sualına " Biraz ovlanacağam." deyə cavab verdim. "Gəlməyimi istəyirsən?" "Anamın yanında qalsan yaxşı olar." Dediyimə başını sallamışdı.

Arxamı dönmüş atımın üstündə olan ox və yayı alıb, belimə taxmışdım. Saçlarımı əsalətlə havaya uçurmuş, yerdə yüzüncü yuxusunu görən Rosaliaya baxmışdım. Şirin-şirin yatan qızı oyandırmaq istəməmiş, meşənin içinə doğru yol almışdım..

SEÇİM SƏNİN Hikayelerin yaşadığı yer. Şimdi keşfedin