1.Keçmişin İzləri

90 1 3
                                    

10 il əvvəl
İnsanların qışqırıq və və kömək səsləri, alovların xışıltısı, qılıncların toqquşması və körpələrin ağlayışları qulaqlarımı doldurarkən diz lərimi özümə doğru çəkmiş səsimi eşitməsinlər deyə səssizcə ağlayırdım. Anam ayaqlarımın ucunda oturmuş məni qorumağa çalışarkən gözləri narahatlıqla ətrafda dolanırdı. Bacım... Bu qarmaqarışıqlıqda itmişdi. Atamın onun arxasınca getməsindən xeyli vaxt keçmişdi, lakin heç birindən xəbər yox idi. Anam nə isə deyəcəkkən birdən birmərtəbəli evin damına gələn sərt formada qalın köhnə taxtaya sancmış bir anda damı alova vurmuşdu. Dodaqlarımdan bir qışqırıq çıxdığında, anam məni susdurmuş və demişdi:"Əgər bacın və atan biraz sonra gəlməzlərsə gedəcəyik" və yutqunmuşdu. Bu sözlər nə qədər çətin qəbul edilsədə buna məcburduq.

Dəqiqələr bi-birini qovalarkən ətrafdakı səslər azalmırdı. Ailəmin yarısı itmiş yoxdurlar. Evin damı tamam havaya uçmuşdu. Taxtalar bir-bir kül olub döşəməyə yüksək səslə düşərkən, anam güclüklə ayağa qalxmış mənidə qaldırmışdı. Öskürəklərim çoxalır, nəfəsim kəsilirdi. Qapını qıcırtıyla açmış, sakitcə çölə atdığım ilk addımla qarşımdakı tablo yuxu kimi gəlmişdi.İnsan cəsədləri, külə dönmüş evlər, qılınclardan tökülən qan damcıları:hər şeyin yuxu olması tək diləyim idi.'Gizli cəlladlar' ləqəbi taxdığım əsgərlər daş üstündə daş qoymamışdı. Tablonun ən dəhşətli hissəsi isə toz və qan içində olan atam və qucağındakı saçları dağılmış, üzü qana bulanmış, qarnında bıçaq olan bacım idi. Anam dizlərinin üstünə sərt bir şəkildə düşmüş ağzını əliylə tutaraq səsli ağlamağa başlamışdı. Gözlərindəki incilər təxminən yarım saat əvvəl dümağ olan ətəyini gölə çevirirdi. Mən isə hadisənin şokundan nə edəcəyimi bilmirdim. Atam tükənmiş halına baxmayaraq bacımı qucağından endirməmiş qarşımda diz çökmüşdü. Çarəsiz addımlarla bacımın solmuş bədəninin yanına getmiş qoluna toxunmuşdum.Buz kimi qolunun əlimi dondurmasına əhəmiyyət etməmiş, bədənini tərpətmişdim. Ağırca tərpənən bədənlə atama dönmüşdüm. "Ata bacım artıq yoxdu?"Atam başını yüngülcə xeyir mənasında tərpətmişdi. Ardından olduğumuz yerə yaxınlaşan addım səsləri eşidiləndə atam yorğunluqla ayağa qalxmış" Getməliyik. "demişdi. Anamın ayağa qalxması və göz yaşlarını silməsi eyni vaxtda olmuşdu. Atam bacımı buraxmayaraq gedəcəyimiz ancaq gedə biləcəyimiz heç bir yer olmayan istiqamətə doğru yol almışdı. Anam əlini tutmuş atamın
arxasınca addımlarını sürətləndirmişdi. Meşə yolu ilə getdiyimiz üçün 'Gizli cəlladlar' ın görüşündə deyildik...

Fəlakətin baş verdiyi ərazidən xeyli uzaqlaşmışdıq. Lakin gördüklərimi ağlımdan çıxarda bilmirdim. Hər addımım bacıma doğru, hər baxışım bacımın üstündə olmuşdu. Anama tərəf üzümü döndərib, sakitcə danışmışdım.
"Onlar kim idi?" sualıma anam "Bilmirəm" deyə cavab vermişdi. Onların kim olduğunu bilməsəm belə hamısından qisas alacaqdım.

Ürəyimdəki alov nə vaxtsa sönsədə külü qalacaqdı və o kül möcüzədə olsa yenidən alovlanıb başqaların cəhənnəmi olacaqdı!

SEÇİM SƏNİN Hikayelerin yaşadığı yer. Şimdi keşfedin