2.Qılıncın sirri

86 1 1
                                    

Qaranlıq öz zülməti ilə birgə bütün dünyaya hökm etməkdə idi. Ay və ulduzlar isə aydınlığını əksitmirdi. Geyindiyim ağ, zərif paltar və qara korset göyüzü ilə eyni idi. Üzümə vuran külək qara saçlarımı havada ahənglə uçuşdururdu. Kəskin baxışlarım diqqətlə ətrafda gəzinir, atın cilovunu daha sıx tuturdum. Saatlardır birinci ayrım dağının sağ ətəyində dayanırdım. İstəsəm geri qayada bilərəm. Ancaq qarşımdakı mənzərənin heyranedici gözəlliyinə mətəl qalmışdım. Uca dağların ovcuna sığınmış kiçik bir qəsəbənin yanan işıqları və ay ışığına görə parıldayan, azda olsa görünən dənizdən gözlərimi ala bilmirdim.

Meşənin içindən gələn səslərlə əlim refleksiv olaraq qılıncıma getmişdi. Çiynimin üstündən baxmış, ardından arxama dönmüşdüm. İlk öncə rəngi bu qaranlıqda çətin seçilən at başı görmüşdün. Sonra isə görüşümə Rosalianın girməsi ilə əlim qılıncımdan uzaqlaşmışdı.

Saçları mənə görə xeyli uzun və cazibadər idi. Rəngi qəhvəyinin ən sevdiyim tonuna sahib idi. Gözləri torpağı andırırdı. Üstündəki qara paltarını qaranlıqdan ayırd etmək iti gözlər istəyirdi.

"Gecikdim."Dolğun dodaqlarından tökülən sözlər məni güldürmüşdü.
" Həmişəki kimi. "Dediyimə qarşılıq göz süzdüyündən görməsəm belə əmin idim." Lampanı yandır Rosa. Gec olmadan ətrafı yoxlayaq. "Başını yüngülcə tərpətmiş, şüşə lampanı yandırmışdı. Ətraf azda olsa aydınlanmışdı.Atı sağa tərəf döndürmüş, astaca getməsinə icazə vermişdim. Rosalia arxamca gəlib, yanımda yerini almışdı...

Zirvəyə çıxan yol boyu ikimizdə yorğunluqdan danışmamışdıq. At addım atdıqca nal səslərinə yarpaqların xışıltısıda qoşulurdu. Külək yüksəkliyə çıxdıqca daha da güclənirdi. Dağın təpəsinə çıxmağımıza az qalmış Rosalia lampanı söndürmüşdü. Aydınlığın qaranlıqla savaşında qalibiyyətini təmsil edən günəş öz şüalarını qürurla təqdim edərək şərqdən doğurdu. Bay rəngli atımdan düşmüş, atı arxadakı xeyli qalın gövdəli ağaca bağlamışdım. Rosaliaya baxdığımda çoxdan gözlərini ətrafda dolandırırdı. Yanına doğru addımlayıb yeşilliyə oturub dağın sol ətəyinə iynə axtarırcasına baxırdım. Yüksəkliyə görə aşağı tam görünmürdü. Rosalia dərin bir iç çəkib yanıma oturdu.

"Sanki qəsəbədə bizdən başqa biri yoxmuş kimi bu işi hər zaman bizə verirlər."Deyingən səsi bir uşağın səsindən fərqsiz idi." Təklif edildiyində heç düşünmədən qəbul edib mənidə araya qatan sən deyildin? "" Hər gün deməmişdilər." İnatkarlığını dəvam etdirib üstə çıxmağa çalışması doğrudanda gülünc idi." Hətta on-" sözünü kəsən şey mənim sürətlə oturuşumu dəyişdirməm oldu. Etdiyim hərəkətləri anlamamış olacaq ki, ilk öncə ağaran üzümə ardından gözlərimi ayırmadığım yerə baxmışdı. Gördükləri ilə mənim kimi oturuşunu dəyişdirmişdi.

"Sansora əsgərləri.." Dodaqlarımdan çıxan qısıq və soyuq sözləri kim eşitsə ona ürkütücü gələrdi. Çünki Weldan və Sansora krallıqlarını hərkəs bilir. Yüzillərdir bir-birləri ilə savaşan bu iki krallığın isə tək hədəfi var idi. Tac.
Dəyərli daşlarla bəzənilən, üzərinə qılınc təsvir edilən qızıl tac ən güclü krallığa aid olur və həmin krallığa sonsuz hökmranlıq bəxş edir. Əsrlər əvvəl başlayan savaşlar mütləq bir krallığın yox oluşuna səbəb olurdu. Ancaq axıra qalan bu iki krallıq arasında gedən müharibələr ikisinində taleyinə son qoymamışdı. İki krallıqda eyni gücdə, eyni inkişaf mərhələsində idilər. Amma krallıqlar arasında bir fərq var idi:Xüsusi güc.


Weldan xalqının gücü istədikləri zaman qılıncın toxunduğu insanı daşa çevirərkən, Sansora xalqının gücü isə qılıncın toxunduğu insanı yandırmaq idi. İşğalçı yürüşlər zamanı krallıqlar eyni gücdə olanları öz xalqının insanı edir, düşmən krallığın gücündə olanları isə edam edirdilər. Lakin bunlarla yanaşı gücsüzlərdə vardı. Gücsüzlər krallığın quluna çevrilirdi. Mənim yaşadığım qəsəbədə hamı güçsüz idi, istisnayla. Həmin istisnaysa mən idim. Mən hər iki krallığın gücünə sahib idim. Bu xüsusiyyətətim nə qədər yaxşi görünsədə, yarada biləcəyi təhlükə ağlasığmaz idi.

SEÇİM SƏNİN Hikayelerin yaşadığı yer. Şimdi keşfedin