Beləliklə günlər ayları əvəzlədi və dekabr ayı gəlib çatdı. Yeni ilin gəlməsinə çox az qalıb. Muradla yaxın dost olmuşuq, o artıq sinif uşaqları ilə çox olmasa da normal münasibət bəsləyir. Düzdü, dərsdə yenə nəyisə cızma-qaralamaqla məşğul olur, ancaq mən onun kiçik sirrini öyrənmişəm. Murad əslində çox qabiliyyətli uşaqdı. Çox gözəl əl qabiliyyəti var, hətta bəzən ağılına heyran qaldığımı deyə bilərəm. Dərsləri oxuyur, sınaqlarda isə maksimum 1-2 səhvi çıxır həmişə. Biz çox vaxt bir-birimizə suallar verir, birlikdə dərs oxuyuruq. Əksərən mən çox sual verirəm, amma Murada da az kömək etmirəm.
...Dekabr ayının 25-i gəlib çatdı. Murad bu aralar biraz solğun görsənir. Çox qəribədir, əslində yaxınıq amma eyni zamanda Muradla bağlı o qədər də çox şeyi bilmirəm. Həmişə ümumi danışır, detal vermir. Mən isə danışmağa başladımsa susmaq bilmirəm. Murad bu xasiyyətimin biraz qıcıq olsa da şirin olduğunu deyir. Nəysə, həmişəki kimi bugün də Muradla birlikdə evə qayıdacıyıq. Soyuq olduğu üçün dərs qurtaran kimi əşyalarımızı götürüb dayanacağa tərəf qaçdıq. Keçib ən sondakı yerdə oturduq və mən təbii ki suallarımla Muradı bezdirməyə başladım:
- Nolub Murad? Bu aralar durğunsan?
+ Yo, heçnə olmuyub. Yəqin xəstələnəcəm, biraz halsızam.
Biraz havadan-sudan danışandan sonra dayanacaqda düşdük. Murad çox vaxt mənlə birlikdə düşürdü. Paralel sinifdəki Əli də bizim məhlə tərəflərdə qalırdı. Onun evinə oyun oynağa gedirdi. Murad Rəssamlıq Akademiyasına verməyi düşünürdü. Qabiliyyətdən keçəcəyinə əmin idi. Ancaq mən Murad daha yaxşı yerlərə qəbul ola bilər deyə hər dəfə başının ətini yeyirdim. Sonra axtarış elədim onun üçün. Polis Akademiyasına qəbul olma şansı çox idi. Dəqiq bilməsəm də ordan-burdan eşitdiklərimə görə polisdə də qabiliyyətə ehtiyac olurmuş. Şahidlərin gördüyü təqsirkarların şəklini çəkməkdə və.s. lazım olurmuş. Mən bunu dəfələrlə Murada bildirirdim. Çünki Murad humanitar yönümlü idi, xüsusən də tarixi çox yaxşı bilirdi. Onsuz fikir dəyişmək üçün gecikməmişdi, hələ qarşıda 1 ildən çox zamanı varıydı.
Axşam hazırlıqdan evə qayıdanda Muradın məhlədən çıxdığını gördüm. Sən demə hələ indi qayıdırmış evə.
- Sən hələ evə getməmisən?
+ Əşi, evə gedib yeniyəcəm bu qədər tez.
- Bəs bacın tək deyil evdə?
+ Yo, xalamla eyni binada qalırıq. Bacım həmişə onlara qalxıb atamı gözləyir. Atam da işdən çıxan kimi evə gəli onsuz.
- Atanla barışmamısan hələ?
+ Küsməmişdim ki barışam da. Uşağam mən?
- Hmm, yaxşı. Elə olsun.
Günün necə keçdiyindən biraz danışıb evlərimizə dağılışdıq. Səhərisi gün Murad dərsə gəlməmişdi. Bəlkə 1-ci dərsə gəlməyəcək düşünüb özünə heçnə yazmadım. Ancaq o gün gəlmədi. Zənglərimə də cavab vermirdi, telefonu bütün günü bağlı idi. Evə gedəndə koridorda Əli ilə Yusifi gördüm. Muradla yaxındılar onlar. Məni də elə Murada görə tanıyırdılar. Pilləkənları düşə-düşə biraz söhbətləşəndən sonra söz arası Muradı soruşdum. Ancaq onların da xəbəri yox idi.
Artıq 3 gün idi ki Murad dərsə gəlmir, sonunda mesajıma cavab verib xəstə olduğunu demişdi. Bu gün müəllim işi olduğu üçün bizi evə hazırlıqdan biraz tez buraxdı. Hava çox qəşəy olduğu üçün ayaqla getmək istədim. Qulaqcıqlarımı taxıb not dəftərimə baxa-baxa yavaş addımlara gəzirdim. Saat hələ tez olsa da qış olduğu üçün qaranlıq tez düşürdü. Mahnım birdən kəsildi, telefona zəng gəldiyini gördüm. Murad idi. - Nəcəb Murad zəng eliyir? - deyə düşünüb telefonu açdım. Səsi çox pis gəlirdi:
- Bəyaz, hardasan?
+ Hazırlıqdan çıxdım, evə gedirəm. Nolub?
- Sənlə bir şey danışmalıyam. Hansı tərəfə yaxınsan?
+ 3 dəq məktəb tərəfdə olacam. Məktəbin həyətinə gəl isdiyirsən.
- Gəlirəm indi. - deyib telefonu tez söndürdü.
Murad gələnə kimi içim-içimi yeyirdi. Görəsən nə barəsində danışacaq? Nəsə olubmu? Onsuz neçə gündü ortalıqda yox idi. Məktəbin biraz kənarında park var idi. Qış olduğundan çox adam bura gəlməzdi. Keçib skamyada əyləşib harda olduğumu Murada bildirdim. Vaxt keçsin deyə instagramda biraz fırlandım, ancaq beynimdəki suallar susmaq bilmirdi. Bir anda həyəcanlı bir səs eşitdim:
- Bəyaz!
Mən tez ayağa qalxıb səs tərəfə döndüm. Murad qaçaraq mən tərəfə gəlirdi. Gələr-gəlməz tənginəfəs şəkildə:
- Mən.. Bəyaz, sən.. Sən düz deyirsən..
+ Murad sakitləş, nəfəsini dər. Nəyi düz deyirəm?
Murad skamyada əyləşib Bəyazın ona verdiyi sudan içdi. Nəfəsini dərib sakitcə izah etməyə başladı:
- Mən neçə gündü ortalıqda yox idim. Xəstə olduğumu dedim hamıya, ancaq elə deyildi. Bəyaz, demək olar heçkimin bilmədiyi bir şeyi danışacam sənə. Ancaq mütləq ki aramızda qalmalıdı.
Bəyaz nə baş verdiyini anlamasa da bütün diqqətini Murada vermişdi. Onu ilk dəfə idi bu cür görürdü. Murad isə davam edirdi:
- Bax, mən anamı artıq 2 ildi ki itirmişəm, bunu demişdim onsuz sənə. 3 gün əvvəl polis bizimlə yenidən əlaqə saxladı və bizə qəza ilə bağlı bir neçə məlumatı çatdırmalı olduğunu dedi. Bacımı xalamgilə qoyub, qardaşımla mən tez polis məntəqəsinə getdik. Atam da işdən tez icazə alıb gəlib özünü çatdırdı. Qəzanın səbəbi və kimin törətdiyi tapılmadığı üçün cinayət işi sayılır, ancaq artıq 2 il keçdiyinə görə bu işi bağlayırlar. Anamla mən mall-a getmək üçün taksi çağırdıq, mənə yeni gödəkcə və 1-2 yeni şey almaq istəyirdim. Qar yağdığından yollar sürüşkən idi. Qarşıdan döngə varıydı, sürücü döngədən dönəndə sağdan sürətlə gələn maşın bizim taxi ilə toqquşdu. Anam da arxada sağda oturduğu üçün ən çox ciddi yaralanmanı o aldı və... - Murad nəfəsini dərib biraz göy üzünə baxdı, göz yaşlarını axıtmamaq üçün susdu, sonra yenidən davam etdi - Nəysə, uzun sözün qısası, mən sənin dediyin kimi eliyəcəm. Polis olacam.. O bizi vurub qaçan alçağı öz əllərimlə tutub atacam türməyə!
Bəyaz qulaqlarına inana bilmirdi. Hər şeyi bir qırağa qoyub, Muradın bu cür ağır müddətdən keçdiyini bilmirdi. Nə qədər pis olmuş, ağrımış, ağlamışdır indi deyə düşünürdü. Ancaq fikrində isə yalnız bu sözü tutdu: "Sonuna qədər dəstək olacam!". Bəyaz Muradın dediklərini dərk edib anladıqdan sonra:
- Biz! Sən yox, biz birlikdə edəciyik!
Murad gözləri dolmuş şəkildə üzünü Bəyaza tutdu. O böyük yaşıl gözləri bu qədər qəmgin görmək Bəyazın ürəyini parçalayırdı. Və Bəyaz heç düşünmədən sadəcə Muradı qucaqladı. Elə bərk-bərk yapışdı ki, bilsin.. Bilsin ki, Bəyaz hər zaman ona dayaq çıxacaq.
ŞİMDİ OKUDUĞUN
Bəyaz
AventuraKitab azərbaycancadır və vaxt olduqca yeni bölüm yazılacaq. Oxuduqdan sonra bölüm haqqında fikir bildirməyi unutmayın🍒