Bölüm 1 - Tanışma

16 1 1
                                    


Yenə yayın bitişini hiss etdirən o alarm səsi...

Bəli, bugün 15 sentyabrdır və mən artıq bir abitruyent olaraq məktəbə gedirəm. Düzdü, hazırlıqlara avqust ayından başlamışıq ancaq sinif yoldaşlarımı də dostlarımı görəcəm deyə çox həyəcanlıyam. Necə də qəribədi, 10 ildən çoxdu tanıdığımız insanları hər il görsək belə yenə həyəcanlanırıq. Yeni bir şey varmı ya nə isə bəlkə dəyişib deyə ola bilərmi? Nəysə, hər zamanki kimi çantamı və test kitablarımı götürüb anama sağol deyib evdən çıxdım. Səhər yeməyini çox da sevmədiyim üçün yolda abur-cubur atışdıraraq məktəbə gedirəm. 

Evimiz məktəbdən təxmini 20-25 dəqiqə uzaqlıqda olduğu üçün məktəbə həmişə avtobusla gedirəm. Təbii ki, yer olmadığında ayaqüstə dayanmalı oldum. Çox insan darlamasın deyə həmişə avtobusun axrında gedib ayaqüsdə dayanıram. Çantamı əlimə aldım ki maneəçilik törətməyim digərlərinə, bir anda avtobus necə tormuz verdisə az qalsın yıxılırdım. Yerə düşən çantamı isə arxada oturan bir oğlan mənə tərəf uzatdı. Jaketinin papağından üzünü görməsəm də hardasa mənim yaşlarımda olardı. "Çox sağol" deyib qapı tərəfə keçdim, artıq məktəbə çatırdım.

Zəngə 5 dəqiqə qalmış qaça-qaça sinif otağına getdim tez hər kəslə görüşərək yerimə keçdim. Bir az olmaz sinif rəhbərimiz Arif müəllim içəri daxil olub hər kəsi salamladı və yeni tədris ilimizi təbrik etdi. Daha sonra içəri yeni bir şagir daxil oldu. Bu... Bu oğlan avtobusda gördüyüm oğlan idi. 

- Uşaqlar, yeni sinif yoldaşınız Murad. Artıq bizim sinifdə oxuyacaq. Murad, keç arxada boş yer var əyləş orda. Tənəffüsdə yaxınlaşıb tanışarsınız. İndi isə çox keçmədən dərsimizə başlayaq, açın kitab-dəftərləri.

Murad sakitcə pəncərə tərəfdəki ən sonuncu yerə keçib əyləşdi. Çox qəribə ki, jaketini yenə də çıxarmamışdı. Mən isə "Müəllim nəcəb kapşonunu çıxar demədi" deyə fikirləşdim. Yəqin hələ yenidi ondandı.

Bütün günü başım necə qızlarla danışmağa qarışdısa günün bitdiyini heç hiss eləmədim. Saat 13:00-da zəng vuruldu və hər kəs evlərinə dağılışdı. Mən isə evə gedərək vaxt itirə bilmərəm deyə dərs bitən kimi birbaşa hazırlıqlara gedirəm. Bu arada mən 4-cü qrupa hazırlaşıram. Həkim olmaq hər zaman arzum olub. Nə qədər çətin olsa da bacaracağıma inanıram. Onun üçün səylə çalışıb Azərbaycan Tibb Universitetinin Müalicə İşi ixtisasına daxil olmaq istəyirəm. 

Səhərə kimi necə dərs eləmişəmsə bir də budilnikin səsinə oyandım. Tez tələsik evdən çıxıb dayanacağa qaçdım. Bu dəfə şansımdan oturmağa yer var idi. Digər dayanacaqda dünənki oğlan mindi avtobusa. Onu görən kimi istəmsizcə başımı tez aşağı saldım. Nəyə görə? Utandım? Niyə utanım ki? "Oğlanın vibe-ı biraz qəribədi, ondandı" deyə fikirləşdim.

Məktəbdə diqqətim Muradın üstündə oldu, çünki mənim ətrafım və məni sevənlər çoxdur. Ancaq Murad gün boyu heçkimlə danışmır, dərsə qabağına qoyub nəsə qaralıyır, tənəffüsdə isə ancaq mahnıya qulaq asırdı. Bu isə mənə çox qəribə gəlirdi. İnsan heç mi sıxılmaz tək olmaqdan? Fikirləşdim ki, bugün hazırlığım gec başlayır deyə evə qayıdacam onsuz. Eyni avtobusla gedirik deyə yaxınlaşıb bəzi şeylər soruşa bilərəm. Zəng vuruldu, Murad çatasını yığıb otaqdan çıxdı. Mən də uşaqlarla sağollaşıb arxasıyla tez otaqdan çıxdım. Avtobus gəldi, mindik. Yaxşı ki, günorta olduğundan çox adam yox idi. Murad ən arxa sıraya gedib oturdu. Mən də gedib düz onun yanında. Murad qulaqcıqlarından birini çıxarıb dönüb mənə baxdı, çünki avtobusdakı boş yerləri qoya qoya gəlib düz yanında oturmuşdum. Mən isə əlimi ona uzadıb:

- Salam mən Bəyaz. Məktəbdə görmüş olmalısan məni, sinif yoldaşıyıq.

Saçları orta uzunluqda, açıq qəhvəyi və azca çolkalı qəşəy bir qız ona tərəf baxırdı. Pəncərədən vuran meh isə saçlarını arxaya uçurdur, Bəyazın vurduğu ətri hər tərəfə yayırdı. Murad bu mənzərənin qarşısında donub qalmışdı.

- Murad? - dedi Bəyaz

Murad isə kapşonun aşağı eliyib yavaşca Bəyazın əlini sıxdı:

- Salam, mən Murad.

Bəyaz Muradın gözlərinə ilk dəfə baxdı. Saçları tünd şabalıdı rəngdə, dağınıq, gözləri isə tünd yaşıl. Bəyaz içindən: "wow, belə gözləmirdim".

- Belə birdən-birə gəlib oturdum, üzrlü say. Neçə dəfədi görürəm səni bu avtobusda. Yaxın yaşayırıq deyəsən. Həm də sinif yoldaşıyıq, ona görə danışmaq istədim. Sinifdə heçkimlə danışmadığını gördüm, niyə?

+ Yeni birilərilə tanışmağı çox da sevmirəm.

Bəyaz Muradın dediyini eşitməməzliyə vurub suallarına davam elədi:

- Uşaqlar 10-cu sinifdə məktəb dəyişməyi çox da sevmirlər normalda. Nəcəb sən dəyişdin?

+ Bəzi özəl səbəblərə görə.

- Danışmağı çox sevmirsən anladım, amma yolda adam birilə söhbət eliyəndə sıxılmır. Üstəlik eyni tərəfdə qalırıq. 

+ Üzrlü say, ona görə yox. Sadəcə biraz tədirgin oldum, birdən-birə gəldin deyə.

Bəyaz gülümsəyib başını yellədi. Murad isə sakit tonla:

- Mən burda düşməliyəm, hələlik. - dedi Murad

+ Hələlik.

Növbəti dayanacaqda isə mən düşdüm. Evə gedib paltarımı dəyişdim, yeməyimi yeyib tez hazırlığa qaçdım. Gün boyu isə beynimdə avtobusda danışdıqlarımız və Muradın gözləri idi. Bu nədi? Ürəyim çırpınır düşündükcə. Özünə gəl Bəyaz, diqqətin yayınmasın. 

BəyazHikayelerin yaşadığı yer. Şimdi keşfedin