1.Bölüm."Geri dönüş"

18 10 3
                                    

Başlanma tarixi:03.01.2024

Xoş oxumalar:)

Masanın bütün üzvləri masa ətrafında idi.Masanın ətrafında olan hər bir kəsin gözü 1 nöqtəyə zillənmişdi.Masanın başında duran boş kresloya.Bir müddət sonra masanın ətrafında oturanlar qalxdıqda onlardan yalnız biri başda duran boş kreslonun sahibi seçiləcəkdi.Və bununla da
bütün yeraltı dünyanın tək sahibi olacaqdı.Yeraltının sahibi olmaq isə hər adamın işi deyildi.Bu güc,zəka və səbir tələb edirdi.Amma ən əsası isə acımasızlıq idi.Bu təşkilat düşmənlərinə acımırdı.

Masanın ətrafındakılar səssizliyini qoruyurdu.Hamı səsvermənin nəticəsini gözləyirdi.Təbii ki, bir-birlərinə öldürücü baxışlar bəxş etməyi də unutmayırdılar.

Səssizliyi gündüz vaxtı pəncərələrdən düşən günəş şüaları ilə işıqlanmış geniş salonun qapısının açılması səsi pozdu.
Salona masanın ətrafındakılar kimi
kostyum geyinmiş bir adam daxil oldu.Adam çox da sürətli olmayan addımlarla masaya yaxınlaşdı və əlindəki qutunu masanın başındakı boş kreslo ilə paralel olaraq masanın üstündə qoydu.Hamı o qutunun içində yeraltı'nın yeni sahibinin adı olduğunu bilirdi.Yetəri qədər gərgin olan masa üzvlərini bir də az öncə salona daxil olan adamın hərəkətləri əsəbiləşdirirdi.Adam sanki inad olsun deyə yavaş-yavaş hərəkət edirdi.
Heç tələsmədən qutunun qapağını açdı və içindəki zərfi götürdü.Zərfin üzərindəki möhürü qırıb zərfin içindəki kağızı da nəhayət götürə bildiyində üzvlərdən bir neçəsinin bayaqdan tutduqları nəfəslərini səsli vermələri salondakı sükutu pozdu.

İndi hamı adamın deyəcəyi adı gözləyirdi.Bir neçə saniyə sonra salonun qapısı açıldı.Amma hamı diqqətini adama yönəltdiyi üçün heç kim açılan qapıya  baxmadı.

Saniyələr sonra salonu hündür daban qadın ayaqqabısının səsi doldurdu.

*Tak tak tak

Bir addım daha

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Bir addım daha...

*Tak

Daha bir addım...

*Tak

Hələ də heç kim dönüb gələnin kim olduğuna baxmırdı.

*Tak tak

İki addım daha...

"Yeraltı'nın yeni sahibi-"

"Səsvermədə bütün üzvlərin səsləri toplanır deyə bilirdim."incə və bir o qədər də iddialı səslə söylənən bu cümlə salonda olanların dönüb səsin sahibinə baxmasına səbəb oldu.

Hamının üzündə eyni anda eyni  ifadə yaranmışdı.

Təəccüb

Qadın ona təəccüblə baxan insanlara saxta bir şəkildə gülümsədi və çiyinlərini çəkdi.

"Nə?Mənim üçün darıxdığınızı düşünmüşdüm."

İçlərindən ən yaşlı olan adam nəhayət təəccüblənməyi bir kənara qoyub danışmağı bacardı.

"Ayla??"

"Sonunda danışmağı bacardınız."

"Niyə döndün?"

"Atama aid olanı geri almağa"
qadının bu sözləri ilə yaşlı adam udqundu.Bir müddət heç bir şey söyləmədi.

"Yəni atamın üzvlüyünü davam etdirəcəyəm.Əvvəllər atamın etdiyi kimi təşkilata xidmət edəcəyəm."demişdi qadın öz sözlərinə özü də inanmayaraq.

Qadının bu sözlərindən sonra yaşlı adam rahatlamış kimi görünürdü.

"Nə yaxşı"dedi sükutu pozaraq yaşlı adam."Sevindim"

Baxmayaraq ki, o, heç də sevinmiş bir insan kimi görünmürdü.

"Kreslonun illərdir sahibi olan Akif Məmmədov'un ölmünə üzüldüm.Amma həyat davam edir.Hələ ki təşkilatda.Yeni başçıya ehtiyyacımız var.Səsvermə olub ,amma mən olmamışam səsvermədə.Ona görə də səsvermənin  yenidən təşkil olunmasını tələb edirəm."

Qadının bu sözləri ilə salonda etiraz səsləri yüksəldi.Ağız deyəni qulaq eşitmirdi.
Qadın isə eyni ifadəylə yaşlı adamın gözlərinin içinə baxdı və  heç bir şey demədən salonu tərk etdi.

Üzündə zəfər gülümsəməsi var idi.
Çünki o səsvermənin yenidən təşkil olunacağına adı kimi əmin idi.

Təşkilat binasının yalnızca şam işıqları ilə işıqlandırılmış dəhlizindən keçərkən sadecə özünün duya biləcəyi tonda uzun zamandır vaxtı çatanda
deməsi üçün gözlədiyi cümləni fısıladı:

"İt's time for revenge."

#geridönüş  #intiqam #təşkilat #yeraltı #qorxu

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jan 03 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Geri DönüşHikayelerin yaşadığı yer. Şimdi keşfedin