Əvvəla həəəər kəsə salamlar. Yəqin ki yaxşısınız?
Sizlər kitaba başlamadan əvvəl qeyd edim ki, burada, yazmağa başladığım gündən etibarən qələmə aldığım qısa hekayələrimi paylaşacam. Hansı ki, bunlardan bəziləri artıq müxtəlif kitablarda oxuculara təqdim olunub.
Sonra fikirləşdim ki, niyə də öz hekayələrimi kitab halına salmayım ? Bax bu fikir indi məni bura bu kəlimələri yazmağa vadar edir əziz oxucum. Və bunu da qeyd edim ki, hekayələr həm Azərbaycan, həm də Türk dilindədir.
İnşAllah oxuyarkən zövq alarsınız. 💜💜
______________________________
İlk paylaşacağım hekayə Türkiyədə "Agnes yayıncılıq" yayın evinin yayıncılığı ilə çap olunan antalogiya kitabı , "Benim Hikayem" adlı kitabda oxucularla görüşüb. Hekayə Türk dilindədir və 2 hissəli şəkildə paylaşım edəcəyəm.
Hekayəmin adı, "ÜŞÜYORUM ANNE"
İndidən xoş mütaliələr. Sizləri sevirəm əziz kitabsevərlər💜