GÖRMƏDİM BAĞIŞLA (2)

23 11 26
                                    

_________________________________♡

"Hər kəs yalan danışır gözəl qız. Mənə bu qədər də inanma."

♡_________________________________

"Çünki artıq heç kimdən nifrət etmirəm. Həm də ata anası ilə gəzişən heç kəsi görə bilmirəm."

_________________________________♡

O şəkil də başqa çərçivədə daha əvvəlki kimi gözəl görünməyəcəkdi.

♡_________________________________♡

O an heç düşünmədən, özüm özümdən xəbərsiz bir qərar vermişdim. Və bu qərar yəqin ki, həyatımda verdiyim ən doğru və ən yanlış qərar idi.

Uşağı anasına təhvil verdikdən sonra ilk iş olaraq baş həkimin yanına getdim və sanitar olmaq istədiyimi bildirdim. O an düşündüyüm tək şey, burdakı qəhrəman əsgərlərə yardım etmək və yenicə tanış olduğum əsgəri yaxından tanımaq idi.

Xəstəxanada çalışdığım iki gün demək olar ki, onu görə bilmədim. O qədər yaralı vardı ki, heç həkimlər də bütün yaralılara çata bilmirdilər. Bu iki gün içində başqa sanitarlardan onun haqqında məlumat toplamışdım. Axı mən bu işdə artıq mütəxəssis idim. Adı Ümid idi, üç ay əvvəl onu bu gosbitala gətirmişdilər. Gələndə ağır vəziyyətdə olub, deyilənə görə onu bura Fizulidən gətirmişdilər. Sol qolu artıq qanqren olduğu üçün kəsmişdilər. Həkimin dediyinə görə gözləri heç vaxt açılmayacaqdı.

Üçüncü gün nəhayət ki, məni onun olduğu hissəyə sanitar olaraq göndərdilər və mən sonunda onu görə bildim. Çarpayısında səssizcə oturub nə isə düşünürdü. Gözlərində isə dərin kədər var idi. Bilmirdim niyə amma onu belə görmək mənə pis təsir edirdi.
Yavaş addımlarla ona yaxınlaşırdım ki, birdən başını qaldırdı, sanki kimin gəldiyini anlamağa çalışırdı:

"Salam Ümid."

"Salam."

Səsin kimə aid olduğunu anlamağa çalışırdı:

"Adım Sevdadır."

"Sən, keçən gün həyətdəki yeni sanitarsan?"

Məni tanımağı nədənsə xoşbəxt hiss elətdirmişdi.
"Hə."

"Anladım."

"İstədiyin nəsə var ? Acsansa yemək gətirim."

"Yox, heçnə istəmirəm. Çox sağol."

Daha heçnə demədim. Sakitcə oradan uzaqlaşdım. Amma ağlım hələ də o palatada, Ümidin yanında qalmışdı. O an niyə belə hiss etdiyimi anlamırdım. Anlamırdım ki, mən artıq bu cavan oğlana aşiq olmuşam.

Həmin gün bütün xəstəxananı və hətda deyərdim ki, bütün Bakını sarsan bir hadisə baş verdi. Günlərdir hər kəsin həsrətlə oyanmağını gözlədiyi naməlum əsgər artıq şəhid olmuşdu. Və bu şəhid özü ilə çox sirləri aparmış, arxasında isə bəlkə də heç tanımadığı ümid dolu insanlar buraxmışdı. Elə insanlar ki, onlar hələ də bu şəhidin öz yaxınları olduğunu düşünürdülər. Yəqin ki, həqiqətən öz əsgərlərini tapana qədər bir şübhə ilə o naməlum əsgərin məzarı başında ağlayacaqdılar. Bütün xəstəxana demək olar ki, yasa bürünmüşdü. Naməlum əsgər artıq naməlum şəhid olaraq sonsuzluğa adını yazdırmışdı.

Artıq gosbitaldakı bir ayımı tamamlamışdım. Bu bir ayda Ümidlə çox yaxınlaşmış və bir o qədər də uzaqlaşmışdıq. Onun yanındaykən özümü rahat hiss edir, bütün gün gördüyümüz ağrıları bir azda olsa unudurdum. Onun üzündəki kiçik gülümsəmə mənə bütün dünyanı bağışlamağa bəs edərdi.

Adsız KitabHikayelerin yaşadığı yer. Şimdi keşfedin