1.bölüm| Kimsəsiz masallar

293 33 31
                                    

Ölüm çiçəkləri 2 kitablıq bir seriadır.

1. Son dirəniş tək vazkeçiş
2. Dirənişsiz isyan

Not: Kitabda adı keçən məkanlar və karakterlər tamamilə xəyal ürünü olub bütün detalları ilə qurğudan ibarətdir!


"Biri var idi biri yox idi "deyə başlamayacağam hekayəmə. Çünki bir masal ola biləcək qədər şəffaf deyildi həyatım. Nə bir krallığın şahzadəsi ola biləcək qədər məsum, nə də ən böyük savaşların olduğu diyarların savaşçısı ola biləcək qədər güclü idim. Bir hekayənin baş rolu ola bilməzdim. Ya da bir filmin. Qatil idim mən. Belə biri olmağı mən seçməmişdim.

Nə əlimdə tutduğum silahdı məni güclü qılan, nə də dik duruşum. Qaranlıqdan belə qorxan biri idim. Bəli, ən çox qaranlıqdan qorxuram. Amma ən çox da qaranlığa aidəm.

Kimsəsiz masalların baş roluyam mən.

Saat çoxdan 8-i ötürdü. Lənət olsun, bu gün də gecikəcəkdim! İti addımlarla küçədə irəliləyirdim. Havanın dondurucu soyuğu bədənimi ürpərdsə də ləngimədən küçəni döndüm. Burası insanların ən sıxlıqla hərəkət etdiyi küçə idi. Hər səhər adamla dolu olan bu küçə indi də əvvəlkindən fərqlənmirdi.

İnsanların nəfəsi bir-birinə qarışarkən dəqiqələrdir düşən şərfimin ucunu sərtcə arxaya atdığımda insanlara çarparaq addımlarımı yenidən sürətləndirdim.

Qolumdakı saatla yenidən gözlərim kəsişdiyində lənətlər yağdıraraq dolu küçədən çıxdım və ana yola doğru addımlamağa başladım.

Maşınlar sürətlə hərəkət edərkən qırmızı işığın yanmasını gözlədim. Maşınlar dayandığında artıq qaçmağa başladım. Qaçarkən insanlarla toqquşurdum. Narazı səslərinə qulaq asmadan metronun olduğu yerə çatana qədər qaçmağa dəvam etdim.

İnsanlarla dolu metronun içərisinin sıxlığına lənətlər yağdıraraq irəlilədim. Saat artıq 9-a az qalmışdı. Dəqiqələr sonra metroya oturdum və titrəyən telefonumun səsini alaraq açdım.

Sofianın səsini güclüklə eşidirdim."Alya, saatdan xəbərin var? Dərs bitəcək. Sən haradasan?"Sözlərinə qarşılıq sanki görəcək kimi göz süzdüm.

"Metrodayam, Sofia, 5 dəqiqəyə orada olaram"

5 dəqiqəyə oradamı olaram? Öz dediyimə inanmayaraq önümə döndüm.

Yanvar ayının 7-si idi. Hava olduqca soyuq idi. Əynimə geyindiyim qara uzun palto belə bədənimi isitməyə bəs etmirdi.

Metro dayandığında sürətlə çıxdım və qaçmağa başladım. Təxmini 10 dəqiqə sonra universitetin qarşısında idim. Sürətlə içəri keçərək tələbə kartımı oxutdum və öz fakültəmə tərəf addımladım.

Kompüter mühəndisliyi oxuyurdum.

2-ci dərs dəqiqələr əvvəl başlamışdı. Başımla müəllimə salam verib arxa sıralardan birinə-Sofianın yanına keçdim. Sürətlə kompüteri çıxarıb stola qoydum. Dərsin mövzusundan belə xəbərim yoxdu. 2 həftədir dərslərdə iştirak etmirdim.

Sofia son günün məlumatlarını və dərs notlarını verərkən ağlım tamamilə başqa yerdəydi.

Çox vaxt dərslərə girmirdim. Vaxtımın çoxunu ya cinayət işləməklə ya da dostlarımla keçirirdim. Bu həyatda onlardan başqa kimsəm qalmamışdı: Lucas, Sofia, Julia,Nancy və Fred.

SON DİRƏNİŞ TƏK VAZKEÇİŞ  (Ölüm Çiçəkləri)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin