Not: Kitabda adı keçən məkanlar və karakterlər tamamilə xəyal ürünü olub bütün detalları ilə qurğudan ibarətdir!
Bir yolda yeriyirsən. Göz yaşlarınla.
Həyatın səni saldığı dolanbaclı yollarda ruhunu itirirsən, boğulursan. Hər addımında biraz daha itirsən. Ətrafın çıxmazlarla doludur və sən ruhunu hiss etmirsən. Səslər kəsilib. Gözlərin sadəcə çıxışı axtarır. Qaranlığı hiss edirsən amma axtarmaqdan yorulmursan. Dirənirsən və o an bir işıq gözünə dəyir. İrəliləyirsən və çıxışı görürsən. Qurtuluşu.
Bir yolda yeriyirsən. Qırıq xəyallarınla.
Dolanbaclı yolların çıxmazları artıq çıxışı göstərir və sən addımlamağa dəvam edirsən. Hər addımında biraz daha yaxınlaşırsan çıxışa. Basdığın hər addımda biraz daha qurban verirsən. Çünki bilirsən, qurban vermədən qalib ola bilməzsən. Amma gözlər yanıldar. Çıxış gördüklərin əslində daha da çıxmaza apara bilər. Gördüyün o işıq ucu əslində bir illüziyadan ibarət ola bilər. İrəliləyirsən və onu görürsən. Yox oluşu.
Bir yolda yeriyirsən. Səssiz bağırışlarınla.
Səsini duymazlar deyə qorxmursan,çünki səslər yanıldar. Sözlər yanıldar. Dolanbaclı yollarda əsir qaldığın çıxmazlar artıq evin olub.
Artıq addım atmırsan. Çünki, yoruldun. İtirməkdən yoruldun. Vazkeçirsən. Çünki, artıq qaranlığa öyrəşdin. Və qəbul edirsən. Boğuluşu.
Bir yolda yeriyirsən. Ölüm çağırışlarınla.
Dolanbaclı yolların çıxmazlarını evin bildin, çünki, qaranlığa öyrəşdin. Amma bəzən qaranlıq da zəhərli ola bilər. Evin bildiyinin divarları bir-bir çökə bilər və hətta baltanı tutan sən də ola bilərsən. Çünki, görürsən. Vazkeçiş küllərində əslində dirəniş qığılcımları var. Və bu səfər dinləyirsən qəlbinin səsini. Çünki duyursan. Qəlbin səsi yanıldmaz. Hisslər yalan danışmaz. Və o an işıq ucunu deyil, işığın özünü görürsən. Əlini uzatdıqda çıxışı hiss edirsən. Bu səfər yanlıtmır. Çünki o çıxışı özün açmısan. Özün yaratmısan. İnanmısan. Qaranlığın zəhərli sarmaşıqlarından sən qurtulmusan. İrəliləyirsən və ona baxırsan. Azadlığa. Qurtuluşa.
Bir yolda yeriyirsən və artıq bu yollar dolanbaclı deyil. Çünki qurtulmusan. Həyat istədiyi qədər çıxmaza sala bilər, çıxışlar yoxdursa biz yaradarıq. Çünki qalibiyyət də bizim əlimizdədir, inam da. Və bilirsən. Oyun bitdi, artıq qalibsən. Şah isə şah da sənsən, mat isə sən mat edərsən.
Silah səsləri ətrafı bürümüşdü. Nə olduğunu anlamırdım. Əlimdə yaxın dostumun üzü tanınmayacaq halda şəkli vardı. Yerə düşən bir məktub, qulaqlarımda silah səsləri, Sofia'nın bağırışları, Julia'nın hayqırışı. İçəridə ölümdən betər bir halda olan Lucas.
Həyatım faciələr üzərinə qurulu idi. Lakin bu olmamalıydı. Dostlarımla sınanmamalı idim. Həyat bu qədərmi zalımdı?
Qulağımda yüksək bir çınlama hiss edirdim. Dizlərim tutmur, qulaqlarım duymurdu. Ətrafıma baxırdım. Hər yer bulanıqlaşmağa başlamışdı. Bu qədərmi idi hər şey? Bu şəkildəmi bitəcəkdi? Belə bitməməli idi. Özümə gəlməli idim. Ayaqlarımın üzərində durmalı, dostlarımı çəkdiyim bu bataqlıqdan xilas etməli idim.
ŞİMDİ OKUDUĞUN
SON DİRƏNİŞ TƏK VAZKEÇİŞ (Ölüm Çiçəkləri)
RomansaHəyat əslində son addımı atacağın anda yenidən başlayar. İnsan öldüyünü sanar ama həyat onu elə bir çəkər ki pəncələri arasına, öldüyün anda yenidən açarasan dünyaya gözlərini. Daha ölü bir şəkildə. Dirənər həyata qarşı amma ölünün dirənişi əslində...