7.bölüm| Anlaşma

73 19 7
                                    

Not: Kitabda adı keçən məkanlar və karakterlər tamamilə xəyal ürünü olub bütün detalları ilə qurğudan ibarətdir!

Ölüm bəzən heç gözləmədiyiniz bir anda sizi tapa bilərdi. Bəzən ən yaxınınızda hiss edərdiniz nəfəsini, bəzənsə varlığını unudardınız. Varoluşumuz bir oyun kimi görünə bilərdi, amma bizi dizlərimizin üzərinə çökdürəcək həqiqətin nəfəsini tam arxamızda duyduğumuzda işlər dəyişirdi.

Bəzən o uçurumun önünə öz ayaqlarımızla gedirik. O uçurumun önündə xəyal edirdik özümüzü. Ta ki, uçurum bizi özünə çəkənə qədər. O xəyal bir kabusa dönüşənə qədər. Özümüzə yuva bildiyimiz üstüaçıq məzarlar qürbət hissini verənə qədər. O zaman anlayırıq həyatın oyun olmadığını. Ya da o uçurumun önündə qurduğumuz xəyalın ayaqları altında bir sonun durduğunu anladığımızda.

Bu həyatda inandığım ən böyük yalan gözlərin yalnız həqiqəti göstərdiyi idi. Xeyr, belə deyildi. Mən o gün, o terrorda ölüm gördüm onların gözlərində. Geri dönüşü olmayan bir yol gördüm. Mən o gün öldüm.

Elə bir inandım ki, qəlbim bu yıxımla parça-parça oldu.

Oysa başdan nağıl söyləmişdilər. Mən safsa gerçək sanmışdım. O qəlb elə bir parçalanmışdı ki, zaman parçaları birləşdirsə də, qalan boşluqlar güvən hissinə aiddi. İndi mən nəfəs alsam nəyə yarar? Və ya o xəncəri tutan əllər cəzalandırılsa? Güvəni olmayan bir qəlb zatən öldüdür.

Gözlər yalan danışmasaydı, güvən bu qədər tez qırılmazdı.

İndi isə qarşımda durmuş, mən yaşayıram deyirdilər.

Bir anda gözlərim qaraldı. Aləm susdu, dünya susdu. Sadəcə onun səsi qaldı qulaqlarımda.
"Hera" deyirdi. Adım bu deyildi. Alya idim mən. ''Oyan, aç gözlərini "deyirdi. Mənim gözlərim illərdir bağlıymış məgərsə. Qaranlıq hissinə çox da yad deyiləm.
⛓️
Oyandığımda isə qoluma bağlı serumu sərtcə çəkib ataraq evi ayağa qaldırdığımı xatırlayıram. Sakitləşməyimi istəyirdilər məndən. Bəlkə beşinci dəfə idi ki, sakitləşdirici alırdım.

Xeyr! Sakit ola bilməzdim! Heçkim inandığı acı həqiqətin əslində yalan olduğunu anladığında sakit qala bilməzdi.

Saat axşama gəlirdi. Yataqdan qalxırdım. Özümü sakitləşdirməyə çalışırdım. Bir dəfə də evi ayağa qaldırsaydım, yenə də sakitləşdirici vuracaqdılar.

Qapını yavaşca araladığımda otaqdan çıxdım. Qapıdakı növbətçi şokda idi. Çünki, bayaqdan hər qalxdığımda qapıya bir təpik keçirməyi unutmurdum.

Qapıdakı adama döndüm. "Julia haradadır? Mənə onun yerini göstər!" dediyimdə səsim gözlədiyimdən yüksək çıxmışdı.

Adamsa ikilədmədən öndən yeridiyində arxasına düşdüm.

Mənim qaldığım otaq üçüncü mərtəbədə yerləşirdi. İkinci mərtəbəyə qədər düşdükdə sağ koridoru döndük və bir otağın önündə durduq. Adam geriyə çəkildi və mənsə gözləmədən içəriyə girdim. ''Julia!'' dediyimdə yerimdə dondum. Bir addım geriyə atdım. Qaşlarım çatılmışdı.

''Hera?'' dedi Ares. Onun burada nə işi vardı? Julia'nın yatağının yanındakı stulda oturmuşdu.

Sərt addımlarla ona yaxınlaşdım. "Sənin burada nə işin var? Nə oldu? Qızı döydürdükdən sonra vican əzabımı çəkirsən?"

"O nə sözdür? Onu mən döydürmədim!"

"Sənin adamlarındı onlar! Kimi aldadırsan?"

"Mənim əmrimdən çıxaraq elə bir şey etmişdilər. Zatən artıq nəfəs almırlar. Öyrəndiyim kimi hamısının canını aldım!"deyə sərtcə ayağa qalxdığında üzərimə yeridi. Lakin bir qram qorxum yoxdu.

SON DİRƏNİŞ TƏK VAZKEÇİŞ  (Ölüm Çiçəkləri)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin