Gün 3(Restorandan olanlar)

5 2 0
                                    

Restoran lüks yer idi. Buradan anlamaq olar ki, o ya naxçıvanlıdı ya da yerazdı. Bunu sonra danışılacaq şeylər idi. Görək bu billurə xanım bizdən nə görübdür və sevir.
-Ruslan, ruslan. Burada oturacayıq gəl.
+Rezerv etmisən ki sən. Deməki yeməklərin puluda hazırdır.
-Hərşeyi ödəmişəm canım gözüm. Narahat olma sən.
+Canım gözüm ? Bu səncə daha tez olmadı ?
-Oops. Ola bilər. Biraz həyəcanlıyam. Gözdə əl-üzümü yuyum gəlirəm
+Yaxşı.
Qız əlində çantası ilə getdi. Geyimə görə qarışan birisi deyiləm, ama çox gözəl geyinmişdi. Qara əlbisəsi, yaşıl gözü və şəlalə kimi axan sarı saçları... Deyəsən mən tapmışdım öz həyatımda əskik olan parçamı. Xəyallara daldım bir anlıq. Sonradan orada ofisiant işləyən bahadur gəldi və dedi
-Abi çay lazımdı ?
+Gətir abi.
Çay gətirdi və getdi. Sonra o da gəldi və şirin söhbət başladı:
-Çox gec gəlmədim ?
+Kaş tez gələrdin...
-Necə ?
+A üzrlü say, o anlamda demədim.
-Həyəcanlısan ?
+Çox
-Yeməklər hazır gətirəcəklər istədiyin vaxt.
+Lap yaxşı. Kaş belə əziyyətə düşməzdin.
-Heçnə olmaz. Ruslan bəyin ürəyincə olsun əsas.
+Ruslan bəyin ürəyincə olacaq hərşey. Narahat olma.
-Baş üstə.
+Başın var olsun.
-Qəlbimdə var ol.
Bu söz biraz utandırsa da, gözəl söz idi. Lakin cavabsız saxlamamalı idim və dilləndim
+Billurə
-Bəli
+Sənin fikrincə, şeir yazan insanlar daha çox qabağa düşər yoxsa hər hansısa bir idman üzrə çempion olanlar ?
-Əlbəttə ki şeir yazanlar.
+Niyə ? Mən ki zəifəm və döyüşə bilmirəm.
-İnsanın güclü silahı qələm adlanan şey var ki, sən bunu düzgün şəkildə istifadə edirsən. Mən gücə yox, ağıla baxaram.
+Düşüncələrin qəşəngdir. Bir gün başıma bir şey gəlsə heç nə edə bilməyəcəm mən. Mənsiz necə bacaracaqsan bəs bu lənətli dünyada ?
-O nə deməkdi ? Sən var olduğun üçün dünya var. Sənin var olmadığın dünyada nə yaşam, nə də həyat var.
+İltifat üstünə iltifat. Məni utandırırsan
-Mən də şeir yaza bilirəm. Bəlkə ondan olar ?
+Aaa nə yaxşı. O zaman istərsən telefon nömrəni ver axşam şeir yazaq.
-Əlbəttə
Bu zaman yemək gəldi və masa dolmuşdu. O qədər ləzzətli çeşidlər vardı ki, heyran qaldım.
1-2 saat keçdi və restorandan çıxdıq. İkimizdə evə yollandıq və onun evinə buraxdım. Onu səslədim
+Billurə
-Bəli
+Bəs nömrə ?
-Axşam evə gələcəm.
+Yaxşı.
Mən gedərkən o dərhal gəldi və mənə sarıldı. Üzümdə gülüş cizgiləri yaranır və üzümə baxıb deyir
-Xoş gün üçün təşəkkürlər. Daim var olasan, odun bəy
+Daima qəlbiniz birisinə sadiq qalsın, parlaq günəş.
"Parlaq günəş" sözünü eşidən kimi üzümdən öpdü və evinə doğru sürətli addımlarla qaçdı. Məndə evimə yollandım. Çox yorğun gün idi. Artıq saat 22:05-i görmüşdü. Yatmalıyam.

Odun bəy və Parlaq günəşHikayelerin yaşadığı yer. Şimdi keşfedin