Saat 08:35 i göstərir. Yuxudan qalxdım və əl-üzümü yudum. Paltarlarımı geyindim və yemək yeməyə gedirdim ki, bir də nə görsəm yaxşıdır ? Billurə orada.
+Ay qız, dəlisən mi ? Bu saatda niyə yatmırsan ?
-Günəşin sahibinə yemək hazırladım. Daha nə istəyirsən ? Ayıb olsun aa.
Trip atır və yenə deyir.
-Təşəkkür yox, dərhal başqa cür reaksiyalar. Küsdüm.
+Ay parlaq günəş. Niyə küsəsən axı ? Anlamadım heçnə. Bir anlıq baş verdi.
-Olsun odun bəy. Keç zəhərlən.
+Əlindən gələn zəhər sadəcə məlhəm olar.
-Oooo, odun bəy. İltifatda bilərmişsiz. Maşallah, maşallah.
+Ehh. 2-3 söz bilirik əlbəttə. Gəl yeməklər soyumadan keçək süfrə başına.
-Baş üstə odun bəy.
+Başın və qəlbin daima var olsun.
Süfrə başına keçdim. Çay tökürdü mənə və söylədi:
+Çayın necə olsun ?
-Sənin kimi olsun.
+Baş üstə
Tökdüyü çay şirin çay idi. Məndə bir qurtumdan sonra üzümdə xoş cizgilər yarandı və soruşdum
+Bu çay niyə az şirindir ?
-Mən çox şirin insan deyiləm. Ona görə şirinliyi azdı.
+Sən axı gülüşünlə bərabər çox şirin qadınsan. Özünə niyə haqsızlıq edirsən ?
O gülümsədi və heçnə demədi:
+Ay gülüşünə qurban olduğum. Yaxşı ki tapdın sən məni. Xoş günlər görmədən ölməyəcəyik yaxşı mı ?
-Sənə söz, sevdiyim. Xoş günlər görmədən ölməyəcəyik.
İkimizdə yemək yedik və yetərincə doyduq. Əlləri elə yemək hazırlamışdı ki, barmağlarını yalayardı insan. Deyəsən öz yeməyinə öz gözəlliyini qatmışdı. Bu gözəllik axı çox idi. Yemək də çox dadlı idi...
Günorta vaxtı gəldi. Ortaq qərara gəldik ki, axşama yaxın sinemaya gedək. İstədiyi film "3391 km" idi. Mən heç baxmamışam. Yenədə razı qaldım və xoş an oldu. Hər səhnəsində mənə baxıb gülümsəyirdi. Gülümsəməsi elə idi ki, sanki ölən təbiətə su lazımdı. O gərəkli suyu verirdi. Təbiəti canlandırırdı. Eynilə qəlbimdə qalan təbiəti o canlandırdı. Sən bəlkədə xəyallarıma gələcək gözəl birisisən. Sənə sevgi verməyə çalışacam ki, əbədi yaşayasan. Yaxşı ki varsan.
ŞİMDİ OKUDUĞUN
Odun bəy və Parlaq günəş
General FictionBu hekayə ilk sevgimdən bəhs edəcəm. Bu hekayə səndən asılı olacaq. Bu hekayə bəlkə dünyaya sevgini öyrədəcəyik. Biz bu dünyanın yaraşığı, biz bu dünyanın tək sevgisiyik, sevdiyim...