5.bölüm "Yara İzləri"

36 7 3
                                    

💗


İncidən......(Günümüz)

Səhər saat  07:00'da çalan telefonumun səsi ilə oyandım. Başım dəhşət dərəcədə ağrıyırdı. Dünən gecə çox çətin keçmişdi. Evin hər yerində qolbağı axtarmışdım. Sonra da saat 23:12'də yatmışdım. Normal da heç vaxt bu qədər gec yatmamışdım. Ona görə başım ağrıyırdı.

Telefonuma qəzəblənib yatağın üstünə atmışdım. Sonra da 5 dəqiqə sonra oyanaram deyib yenidən yatmadım. Amma lənət olasıca telefonum təzədən  çaldı.

Sonra da anam gəlib "Yenə gec qalacaqsan İnci. Dur ayağa bütün məktəb səni gözləyir dərsə başlamaq üçün qızım" dedi anam yenə deyinərək. "Durdum....." Dedim əsnəyərək. Bugün biraz normal oyanmışdım.

Bir yerdə oxumuşdum. İnsan yuxudan oyandığı ilk 10 saniyə heçnə xatırlamamış. Mən indi bunu yaşayırdım. 10 saniyə cəmi 10 saniyə xoşbəxt ola bildim. Sonra isə xatırladığım şey ilə bütün xoşbəxtliyim uçub getdi.

Biri var idi. Bizə düşmən olmuşdu. Və, bizə zərər verirdi. Bu kim idisə, bizi ya tanıyır ya da yaxşı gözətləyicidir. Çünki, qolbaqlarımızı heç kim bilmirdi. Bu kimdirsə bizim qolumuzdan çıxmayan bu qolbaqlarda bir şey olduğunu anladı.

Əslində normal bildiyiniz sadə bir qolbaq idi. Aksesuar mağazalarında 3 manat qiyməti olan bir qolbaq. Sadəcə, bu qolbaqlar bizim üçün dəyərli olan birindən idi. Buna görə.....

Ayağa qalxıb bir 10 dəqiqə həyatı sorğuladım və ətrafa boş-boş baxmağa başladım.

Sonra isə özümə gəlib vanna otağına keçdim. Üzümü soyuq su ilə yudum. Bu oyanmağıma köməklik edirdi.

Sonra isə mətbəxə keçib bir şeylər yedim. Səhər yeməklərini çox sevməzdim. Amma anam yeməsəm ki, bu mümkün deyil, məni məktəbə qədər əlində pendir çörək ilə qovalayardı.

Və, mən onu əsəbləşdirməmək üçün sakitcə bir dilim pendir belə olsa yeməyimi yeyirdim.

Yeməyimi bitirdikdən sonra pijamalarımdan xilas olub məktəb formamı geyindim. Dünən axşam gec yatdığım üçün gözümün altı şişmişdi. Bu səbəbdən biraz makyaj elədim. Yəni, göz altlarımdakı şişliyi gizlətdim və dodaqlarımı rəngləndirdim.

Mənim üçün dodaq rəngi önəmli idi. Bir də, kirpiklər. Bundan başqa bir gözəllik prinsipim yox idi. Bir insan nəfəs alırsa gözəldir.

Makyajım bitdikdən sonra telefonumu və yatağın üstündə olan çantamı alıb evdən çıxdım.

Mən özümü bildim biləli məktəbə həmişə Amir ilə gedərdim. Niyə bilmirəm amma sanki, o olmayan da özümü qəribə hiss edirdim.

Evlərinin önünə gəldikdə dərin bir nəfəs aldım və qapını yavaşca döyməyə başladım.

İki dəfə döydükdən sonra qapı açıldı. "Sabahın Xeyir" dedim ona gülümsəyərək.

"Sabahın xeyir" deyə cavab verdi o da mənə gülümsəyərək.

"Dünən nə etdin? Qolbağı axtardın?" Dedi Amir. Gələr gəlməz məndən bunu soruşmadı bütün günü bu haqda düşündüyünü göstərirdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 29 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

MelodiyaHikayelerin yaşadığı yer. Şimdi keşfedin