4.bölüm "Yaralı keçmiş"

77 53 9
                                    

Musiqilər🎧: Adam, anamız babamız yok deriz, vergül

Evə gəldim, anamgil evdə yox idi. Məndə otağıma keçib, üstündəkilərdən xilas olub vanna otağına keçdim. Bugünün bütün yükünü, ağırlığını isti suya buraxdım. Uşaqlıqdan bəri ağır gün keçirdikdə bu ağırlığın isti suda məhv olduğunu, azaldığını düşünərdim.

İsti suda sakitləşdikdən sonra vanna otağından çıxdım. Mətbəxə keçib özümə bitki çayı hazırladım. 

Sonra isə otağıma keçib rəfimdən ən çox sevdiyim kitab olan "Harry Potter"  oxumağa başladım. Nə vaxt özümü pis hiss etsəm, bu kitabı oxuyurdum. Həqiqətən də mənə yaxşı gəldiyini düşünürdüm. Oradakı uşaqların başına gələn macəraları bizimkilərə bənzədirdim. Kitabı oxuyanda bir cümlə məni özünə boğdu.

Ən acı gedişlər heç bir zaman deyilməmiş olanlardır....

Bu cümlə mənə Ömərin ölümünü, o gecəni xatırlatdı. Artıq beş ay keçmişdi. Amma yenə də yoxluğunu kitab sözcüyündən belə hiss edirdim. Mən bu düşüncələrədəykən birdən əlim qoluma getdi. Bizi bir-birimizə bağlayan tək şey qolbaqlarımız idi. Nə vaxt Ömər üçün darıxırsam, qolbağıma toxunardım. Və, bizə bu qolbaqları aldığı ilk an gələrdi ağlıma. Bizə bu qolbaqları Ömər almışdı....

Əlim qoluma gedərkən qolbağımın olmadığını gördüm. "Vanna otağında salmışam" deyə düşündüm öz-özümə və vanna otağına gedib hər yerə baxdım, hətta evin hər yerinə baxdım, çantama, ciblərimə.... Amma yox idi.

Heç bir yerdə yox idi. Telefonumu əlimə alıb Amirə zəng edəcəkdim ki, qrupdan mesajların olduğunu gördüm. Telefonum səssizcə olduğu üçün heç birini eşitməmişdim.

*ROCKSTARS QRUPUNDAN MESAJINIZ VAR.

Elcan: Amir qolbağım yoxdur. Hər yeri axtardım amma tapa bilmədim:(

Miray: Mənimdə qolbağım yoxdur. Nilayın da qolbağı yoxdur. Ömər ölərkən üzərindən çıxan əşyaları götürmüşdük. Nilay Ömərin qolbağını götürmüşdü. İndi o da yoxdur. Nilay çox pisdir.

Amir: Mənimki də yoxdur. Miray sən Nilayı sakitləşdir. Hamımızın birdən qolbaqlarının itməsi normal deyil.

İnci: Mənimdə yoxdur.

Amir: Sakit olun! Sabah məktəbdə danışarıq. Sizi təlaşlandırmaq istəmərəm amma bunun olması başımızın bəlada olması deməkdir.

Bunun olması həqiqətən bizi çox sarsmışdı. Çünki, biz adi bir qolbağı belə çox bağlı idik.

Nilaydan......

Mən Nilay! 4 ay içərisində həyatı məhv olan biri.... Qolbağım mənim üçün çox mənası var idi. Çünki, o qolbaq mənə Ömərimin ilk hədiyyəsi idi. Bugün qolbağımı qolumda görməyəndə sanki, içimdən Ömər aid bir şeyi alıb götürdülər.

Miraydan, Kərimdən, anamgildən xilas olub, Ömərin məzarına getdim. Hər axşam gedib onla danışırdım. Gecə pis insanlar çox olardı. O qorxardı. Özünü pis hiss etməsin deyə yanına gedirdim. Tez önümə çıxan ilk taksiyə minib məzarlığa getdim. Taksidən endikdən sonra yavaş addımlarla məzarlıqları gəzməyə başladım. Və, nəhayət onun adının yazıldığı məzar daşını gördüm. ÖMƏR ƏSƏDLİ.....

"Ömər...."dedim gülümsəyərək. Amma bu gülümsəmə xoşbəxt bir gülümsəmə deyildi. Darıxmış, qırılmış və çox sevən birinin təbəssümü idi. Amma nə qədər də pis olsam yanına gedəndə özümü yaxşı hiss edirdim.

MelodiyaHikayelerin yaşadığı yer. Şimdi keşfedin