1. Bəlkə saxta qəhraman.

148 17 31
                                    

   "Bəzən qəhramanımız olaraq düşündüyümüz insanlar, əsl 

qəhramanımızın düşmənləri ola bilir."

Saatları ötən dəqiqələrin ardında qalan düşüncələr, bəzən gözlərimizin belə görə bilmədiklərini hiss edib anlaya bilirdi. Hisslərimiz, düşüncələrimizə bəzən qalib gələr, bəzən də uduzardı. Düşündüklərimizi hiss edə bilmədikdə, hisslərimizin doğru olub olmadığını anlayaraq məğlub olduğunu bilirdik. Lakin düşüncələrimizlə hisslərimiz üst-üstə düşdükdə, indi düşünüb hiss edərək hisslərin çox zaman qalib gəlmədiyini anladığım kimi anlayırdıq. Düşüncə, yaxşı düşünüb hiss etdiklərinin fərqinə vardığında, həmişə qalib gəlirdi...

Fikirləşirdim. Həqiqətən nə edəcəyimi fikirləşirdim. On yeddi yaşında olmağıma baxmayaraq bu internat məktəbində olmağım bir möcüzə idi. Əslində o möcüzə bir az da, hal-hazırda buradan qovulmamı istəyən Sara xala sayəsində gerçəkləşmişdi. Bəzi insanları bilirsiniz. İstədikləri olduqdan sonra "yardım" etdikləri insanları unudar, hətta bəzən onlara zərər belə verərdilər... Sara xala da elə insanlardan biri idi. Mən yeddi yaşımdan bəri buradayam və Sara xala ilk gəldiyim gün mənə baxmağa, qayğımı çəkməyə başlamışdı. İndi 17 yaşındayam və o mənə yaxşı davranmağı mən 15 yaşındaykən kəsmişdi. Mənə nəsə olduqda heç vecinə almaz, məni soruşmaz, istəmədən bir səhv etdikdə məni daha çox günahlandırardı. İndi isə daha betər vəziyyətdə idim. Bir il öncə bu internat məktəbindən getməli idim lakin görmə qüsuruma görə yalvar-yaxar ilə burada qalmağı bacarmışdım. Bəlkə bir çox insanın gözündə böyük və hər şeyi edib yaşaya biləcək yaşda idim amma elə deyildim. İnsanlara möhtac olduğumu bilirdim. Özümü gücsüz hiss etmək istəmirdim, güclü olmağa çalışırdım amma olmurdu. Bilirəm, bu dünyada öz istədiyi kimi yaşayan və qüsurunu yox sayan çoxlu görmə məhdudiyyətli insanlar vardı lakin mən kiçik yaşlardan çoxlu şey yaşamışdım. Və hər birini qısa bir müddətdə unuda bilməzdim. Altı yaş doğum günümdə ailəm ilə parka getmə qərarı alsaq da onlarla keçirəcəyim son xoşbəxt gün, son doğum günüm və gözlərimlə ətrafı görə bildiyim  son gün olacağını təxmin belə etmirdim. Düzdür, doğum günüm əla keçmişdi lakin geri dönərkən ağır avtomobil qəzası keçirərək ailəmi itirmişdim. Kiçik idim, çox kiçik idim. Nə edəcəyimi bilmirdim. Xəstəxana otaqlarının ən yaralı anlarında gözlərim və bədənimin bəzi hissələrinin sarğı ilə sarıldığı zaman ailəmi itirdiyimi və gözlərimin bəlkə də ömürlük bir zədə aldığını düşünmək belə istəmirdim. Bir neçə gün sonra gözlərimdəki sarğıları açdıqlarında mənə artıq görə bilməyəcəyimi demişdilər və həmin an kiçik yaşımda ala biləcəyim ən böyük travmalardan birini almışdım. Gözləmirdim, həm də heç gözləmirdim. Həmin vaxtlar cəmi altı ildir dünyanı görüb dadını çıxarmağa yeni başlamış kiçik bir körpə idim sadəcə. Çarəsiz idim, nə edəcəyimi bilmirdim. Ən xoşbəxt günlərimdən birində ailəmi və görmə qabiliyyətimi itirmişdim. Həyatımda əsla olmasını istəmədiyim şeyləri kiçik, çarəsiz və valideynlərinə möhtac bir körpə ikən yaşamaq mənə çox ağır gəlmişdi. Xəstaxanadan evə qayıtmalı olduqda, əmimlə yaşamalı olduğumu da anlamışdım. Bir il boyunca mənə "öz övladından ayırmaz" deyə düşündüyüm əmim məni yad bir kəsin övladı kimi ayırmışdı. Məni qətiyyən sevmirdi. Hər gün öz ailəsinin qarşısına qoyduğu yeməklərin çox az bir qismini mənə ayırar, həyətdə uşaqlarla oynamağıma icazə verməz, hətta məni birinci sinifdən belə məhrum buraxmışdı... Artıq məni 7 yaşında ikən, hal-hazırda əziyyətli günlərimin davam etdiyi, lakin bir çox dayağımın, mənə dəstək olan dostlarımın olduğu internat məktəbinin qapılarına buraxmışdı. Çarəsizcə burada yaşamağa məcbur qalan mən, artıq 10 ildir ki buradayam. Və çalışmalı idim, buradan qovulmamaq üçün əlimdən gələni etməli idim. Çünki buradan bütün bağlarım qopsa, həyatımdan da qopacağımı bilirdim. Qüsurum və yaşadıqlarımın məndə buraxdığı dərin yaraları toplaya biləcəyimi düşünmürdüm. Həyatımı normal bir şəkildə yaşaya biləcəyimi düşünmürdüm. Nə edəcəkdim bilmirdim, nə olacaq bilmirdim. Və bütün bu sual işarələri ilə yaşamağa davam edirdim...

Yeni DünyaWhere stories live. Discover now