"Bildiyimiz halda "kaş bilməsəydim" dediklərimiz,
bilməyib bilmək istədiklərimizdən daha ağırdır."
Azadın internata gəlişindən 2 gün keçmişdi. Lakin o hələ də onun doğma bacısı olduğumu bilmirdi. Ya da, sadəcə mən elə bilirdim. Mənə bu iki gün içində çox yaxşı və nəzakətli davranırdı. Həmişə biz 6 nəfər söhbət etdikdə vaxtı olduqca yanımıza gələr, halımı, necə olduğumu, günümün necə keçdiyini soruşar, mənə bir qardaş kimi davranardı. Lakin bizimkilərin onu sevdiyini desəm, yalan demiş olardım. Rəvan o təzə gəlməyinə baxmayaraq bizim aramıza neçə illik dost kimi qatıldığına və yersiz səmimiliyinə görə sevmirdi. Canan isə Azadın ona çox eqoist biri olaraq gəldiyini deyirdi. Fərda ilə Azadın arası normal olsa da, Səbinə və Fərayın nəyə görə Azadı sevmədikləri məlum deyildi.
— Avqustun iyirmi ikisi gəzinti var, yəni bir həftə sonra. Təxmini bir ilə yaxındır ki kiçik yaşlıları gəzməyə, tətilə aparsaq da, siz yeniyetmələr heç bir yerə getməyib. Buna görə də 15-16 yaş aralığındaki bütün şagirdlər arasından 3 günlük rayon gəzintisinə qatılmaq istəyənlər Sara müəlliməyə desin və adını yazdırsın. Gəzinti günü heç kəsin adı yazılmayacaq. Buna görə də gəzinti gününə qədər ad yazdırma işini həll edin, – dedi müdürümüz Kamal müəllim. Hal-hazırda bizi bir məktəbə görə çox böyük olan müəllimlər otağına toplamış, bir həftə sonra gedəcəyimiz gəzinti üçün məlumatlandırırdı. Normalda tez-tez belə yerlərə gedərdik lakin son bir ildə internatdan çölə bir addım belə atmamışdıq. Buna görə mən də, bu gəzintidə iştirak edəcəkdim.
— Gedə bilərsiniz.
Hamımız bir-bir müəllimlər otağından çıxıb uzun dəhlizə addımlarımızı atarkən digərlərinin sevincli söhbət səsləri bizim səslərimizə qarışmışdı. Lakin aramızdaki böyük səs-küyü bölüb marağımızı cəlb edən bir digər söhbəti başladan Canan olmuşdu:
— Mən gəlməyəcəm, ürəyim istəmir.
Hamımız Cananın niyə gəlmək istəmədiyini anlamağa çalışarkən o çoxdan ürəyinin istəmədiyini bizə bildirmişdi.
— Hamımız gəlirik Canan. Necə yəni gəlmək istəmirəm? – deyə Fərda soruşdu..
— İstəmirəm axı, ondansa öz otağımda oturub kitab oxuyaram. Üç gün boyunca sizin üçün darıxacam amma olsun, gəzintiyə gedəcək halım yoxdur.
— Canan biz həmişə sən getmək istəyəndə "yaxşı" deyib gedirdik. İndi də sən bizi qırma, gəl gedək – deyə Fərda geri cavab verdi. Bizdə "hə" deyərcəsinə mırıltılar çıxarıb Fərdanın haqlı olduğunu Canana açıqlamağa çalışdıq. Canan tez bir şəkildə fikrini dəyişən biri deyildi lakin hər nə olursa olsun fikrini dəyişməli idi. Çünki biz hara, o da ora.
— Rəvan, bəs sən necə gələcəksən? Sən cangüdənsən axı, burada qalmalısan – dedim böyük bir maraqla. Ağlıma bir anda gəlmişdi və bunu deməli idim. Qrupumuzun ən böyük sakini və ən zarafatçıllarından biri bizimlə gəlməsəydi, olmazdı.
— Ağıllı, biricik qardaşın yadından çıxıb? O buranı qoruyacaq, məndə sizi.
"Ay ağıllıların böyüyü, mən gəzintiyə çoxdan adımı yazdırmışam."
Arxadan gələn səs, əsəb pozan qəhqəhəyə malik idi. Səsin sahibi isə, az öncə gəzintiyə getməyəcəyini düşündüyümüz Azad.
— Hələ təzə gəlmisən, nəyinə lazımdır sənin gəzinti? – deyə Fəray əsəbi hiss olunan səsiylə Azaddan soruşdu.
YOU ARE READING
Yeni Dünya
ChickLitGörmə qüsurlu gənc bir qızın internat məktəbindəki həyatının çətinlikləri, bəlkə də gözlərinin qərq olduğu qaranlıqdan daha pis idi. Həyatında yaşadığı ən sadə çətinlik, bəlkə də xəbəri olmadığı çətinliklərdən fərqli olaraq əbədiyyən bildiyi və bilə...