2. Qəddar.

81 14 23
                                    

  "Sevgiyə doymuş bəzi insanlar, əsl

           sevginin nə olduğunu tam olaraq bilmirlər."     

  Bu gün internat məktəbimizə digər məktəblərdən şagirdlərin bir neçə xeyriyyəçi valideynləri, həmin şagirdlər və müəllimlər gələcəkdi. İnternatımızda bir çox azyaşlıya kömək üçün gəlmək istəyirlərmiş. Müdürümüz də bunu qəbul edib, görüş saatını bu günə təşkil edibmiş. Görüş saatı xeyriyyəçilərin uşaqları görməsindən, hədiyyələri verməsindən və müdirlə olan danışıqlarından ibarət idi. Belə günlərdə sevgiyə doymamış kiçik körpələr bizlərə baxmış daha çox sevinərdi. Sevinmək, əylənmək və yeni əşyalarla geyimlərə sahib olmaq onlarında haqqı idi. Buna görə də, bir neçə aydan bir belə hadisələrin gerçəkləşməsi gözəl olurdu.

— Vüsalə çox sevincəkdir. Elə Rüfət də. İkisi də xəbəri aldıqda sevincdən elə qışqır-bağır saldılar ki, əminəm səsi bütün dəhliz eşitmiş olar, – dedi gülərək Səbinə. Vüsalə ilə Rüfət bacı-qardaşdır. Hal-hazırda 8 yaşları var və çox mehriban uşaqlardır. Onlar körpə ikən bura gətirilmişdi və bəzən dayələrinin çox vacib işi olduqda Canan, Səbinə, vəyaxud bizim oğlanlardan biri onlara baxardı... Ən çox da Fərda. Tam bir uşaq xəstəsidir. Nə vaxt kiçik yaşlı bir uşaq, vəyaxud bir körpə görsə ya həmin uşağın yanaqlarını sıxar, saatlarla söhbət edər ya da saçlarını sığallayardı. Körpələrə qarşı böyük bir həssaslığı vardı. Öz uşağlığını gözəl yaşamamışdı və hər zaman bizə gələcəkdə necə yaxşı bir ata olma xəyalları qurduğundan bəhs edərdi. O hər mövzuda möhtəşəm olduğu kimi, bu barədə də möhtəşəm biri idi...

— Vüsalə ilə Rüfətə hədiyyə veriləndə gəlin bizdə ora gedək, görək bizimkilərə nələr hədiyyə edirlər. Onların sevinclərini görmək mənim üçün çox gözəl bir şeydir – dedi Fərda. Güldü və sevincək bir şəkildə dərin nəfəs aldı. "Məncə də, həm maraqlı olar. Mənə əsas maraqlı olanda xeyriyyəçilərin neçə nəfər olacağıdır. İnşAllah bir nəsil tökülüşməzlər bura. Sonra hər yeri gəzib üç saat danışırlar, adamın başı ağrıyır."

Səbinənin dediyi şeylərə qarşı hamımız otağı səslə dolduracaq şəkildə bərkdən güldük. Gülənlər arasında əlbəttə Səbinə də vardı. Onun sözlərinə biz gülməsək belə hər zaman öz dediklərinə gülər, bizi gülməyə məcbur edərdi. Amma həqiqətən bəzən zarafatları və ya elə-belə dediyi şeylər çox gülməli olurdu.

— Mən gəlməyəcəyəm – dedim. Böyük səssizliyin ardından Canan dilləndi:

— Sənə bir seçim təqdim etmədik. Biz hara, səndə ora. Okay canım?

Güldüm və gülümsəyərək danışmağa davam etdim: "Yaxşı yaxşı, məndə gələcəyəm."

 Gəlmək istəməmə səbəbim gələn insanların məni bir çox suala məruz qoyacağı və Sara xalanın suallara lazımsız, özümü pis hiss edəcəyim cavablar verəcək olması idi. Və mən bunu heç istəmirdim. Sadəcə Canan ilə digərlərinin mənim otaqda tək qalmağıma icazə verməyəcəklərini bildiyim üçün gedəcəkdim. Onsuzda hər zaman belə olurdu. Onlar məni əsla sıxılmağa yaxud pis bir şey olduqda tək qalmağa qoymazlar. Tək qaldıqda ağlayacağımı bilirdilər. Pis hadisələrdən tez təsirlənən biri idim və buna görə ən kiçik şeyə görə ağlayırdım. Az öncə isə sadəcə Səbinəyə çox sıxıldığımı demişdim və hal-hazırda yanımda çox danışmadığımız Fəray, Canan, Səbinə və Fərda vardı. Rəvan burada deyildi çünki məşğuldur. O 18 yaşındadır və 16 yaşında buradan məzun olduqda elə buradaca cangüdən işləməyə başlayıb. Lakin buna baxmayaraq bizimlə çox yaxın dostdur.

Yeni DünyaWhere stories live. Discover now