7. Artıq gecdir.

23 2 7
                                    

 "Bəzən başımıza gələn hadisələrə qarşı

ah çəkib zamanı geri qaytarmaq istəyirik,

lakin bəzi qərarları dəyişmək üçün, artıq

gec olduğunun fərqinə varırıq..."

 Tarix: 08.22.2024

Bu gün gəzinti günü idi. Hər birimiz həqiqətən çox sevincli idik. Lakin hiss edirdim ki, Canan sevincli olsa da, bizə baxmış, sevinc hisslərinin ardında gizlənən narahatlıq və kədər vardı. Nəyə görə olduğunu bilmirdim, amma yaxşıca başa düşmək olurdu, o bu gəzintiyə getmək istəmirdi. Hissləri qarmaqarışıq idi və bu hisslərin öhtəsindən gəlmək üçün içini rahatlıqla doldurub gözəl hiss etməyə çalışırdı... Onsuzda, bu adi bir gəzinti idi. Və mən düşünürdüm ki bu peşman olmayacağımız, gözəl xatirələrlə geri dönəcəyimiz bir şeydir. Elə deyilmi?

— Ayy! Çox həyəcanlıyam. Düz üç gün əylənəcəyik, gəzəcəyik, tozacayıq. Çox sevinirəm, həmdə çox!

Gülümsədim.

— Hər birimiz sevinirik, çünki bu il getdiyimiz ilk gəzinti olacaq. Üstəlik rayona gedirik, həm də üç günlük. Xoşbəxt olmalıyıq da.

— Mən hazıram, – deyə yavaş addımlarla yanımıza gəldi Canan. Səsi mənə heç həyəcanlı gəlmirdi, lakin üstünə çox getməyəcəkdim. Gəzinti boyu isə, onu sevindirib, əyləndirməyə çalışacaqdım!

— Lap yaxşı gülüm, – dedi və dərin bir nəfəs aldı Səbinə, ardından uzaqdan yavaş-yavaş addımlarının səsi gələn Fərdaya səsləndi:

— Fərda! Gəl çıx. Bayaqdan səni gözləyirik. Qızlardan gec hazırlaşırsan.

Hamımız güldük. Fərda yanımda durdu. Dərin bir nəfəs alıb özünə xəfif gülərək Səbinəyə cavab verdi:

— Sən sus, çox danışma. Mən baxımlı bir oğlanam, hazırlaşmağım da gec çəkir.

Fərda da daxil hər birimiz bərkdən gülməyə başladıq. Lakin bizə həyətdə belə bərkdən güldüyümüz üçün qarışmır, və ya danlamırdılar. Çünki hal-hazırda həyətdə gəzintiyə gedən çoxlu yaşıdlarımız var idi. Bir azdan iki avtobus gələcəkdi və yarı-yarı qruplara bölünərək avtobusda gəzintimizə başlayacaqdıq. Buna görə də hazırlaşıb həyətdə dayanmış söhbət edirdik.

— Cangüdəniniz, yəni mən, sizinlə olmayacağam ha! Özünüzə diqqət edin və sağ-salamat geri qayıdın, – dedi Rəvan. Fəray gülərək zarafat dolu cavab verdi: "Hə hə, guya sən olanda bizi çox qoruyursan axı."

— Bayaq Səbinəyə deyirdin: sus, sus. İndi də sən sus. Böyük qardaş tövsiyyəsi verirəm burada.

Gülüşmələrimiz davam etdi. Həyətdəki uşaqların səslərinə qarışdı. Və ardından açılan yekə qapı səsinin ardından iki avtobus səsi eşidildi. Gəzintimiz az sonra başlayacaqdı, az sonra, yola çıxacaqdıq...

                                                                                              ***

— Səssiz olun! Hamı yerlərinə oturdu?

Artıq hər kəs öz yerinə oturmuşdu. Əşyalarımızı da yerləşdirmişdik. Kamal müəllimin verdiyi sualla hamımız bir ağızdan: "Bəli!" dedik.

Yeni DünyaWhere stories live. Discover now